08 Avqust 2026 21:00
2789
SİYASƏT
A- A+
Vaşinqton görüşü regionda inkişaf və tərəqqiyə yol açıb 

Vaşinqton görüşü regionda inkişaf və tərəqqiyə yol açıb 

Avqustun 8-i Azərbaycan diplomatiyasının müasir tarixində mühüm mərhələ kimi yadda qalıb. Həmin gün

Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına tarixi səfəri çərçivəsində

ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan arasında Birgə

Bəyannamə imzalandı. Bu hadisə Cənubi Qafqazda uzun illər davam edən münaqişə

dövründən sonra sülh gündəliyinin yeni mərhələyə keçidini simvolizə etdi və

regionun gələcək inkişaf perspektivlərinə yeni impuls verdi.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva qəzetimizə açıqlamasında deyib ki, Azərbaycan Cənubi Qafqazda sülh və 

sabitliyi daim dəstəkləmiş, Rusiya, İran, Gürcüstan və Mərkəzi Asiya dövlətləri

də daxil olmaqla, bütün qonşuları ilə konstruktiv münasibətləri qoruyub 

saxlayıb. 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycan regionu əsaslı 

şəkildə yenidən formalaşdırdı. Azərbaycanın

strateji vizyonu  Cənubi Qafqazı münaqişə 

meydanından imkanlar məkanına - tərəfdaşlıqlar,  investisiyalar və qarşılıqlı bağlantılarla xarakterizə olunan bir regiona çevirməkdir.  "Ağ Evdə keçirilmiş və Prezident Donald Trampın şahidliyi ilə baş

tutmuş Azərbaycan ilə Ermənistan arasında Vaşinqton razılaşmaları Cənubi Qafqazda

yeni bir dövr açdı, xüsusilə Orta Dəhlizin funksionallığını artırmaqla regional iqtisadi imkanları genişləndirməyə xidmət edəcək.


Sülh müqaviləsinin mətninin paraflanması

tərəflərin sənədin müddəaları üzrə razılığa gəldiyini təsdiqlədi. Bununla belə,

sülh təkcə sənədləri imzalamaq demək deyil — ictimai konsensus da tələb edir.

İctimai dəstək, açıq ünsiyyət və etimadın qurulması əsas şərtlərdir. Bu

kontekstdə bir sıra etimad qurucu addımlar atılıb. Tərəflərin sərhədlərin delimitasiya komissiyalarının üzvləri bir-birlərinin 

ərazilərinə daxil olublar. Delimitasiya

və demarkasiya prosesini müzakirə etmək üçün Qəbələdə, İrəvanda görüşlər

keçirilib",- deyə o əlavə edib.

Deputat bildirib ki, normallaşma prosesi çərçivəsində iki ölkə arasında vətəndaş 

cəmiyyəti mübadilələrinə  başlanılıb. Bakıdan İrəvana, İrəvandan Bakıya

“Sülh Körpüsü” təşəbbüsü çərçivəsində eyni məqsədli səfərlər  həyata keçirilib, Qəbələdə, ümumilikdə 4 görüş keçirilib. Bu proses sülh 

gündəliyinin perspektivləri üzrə vətəndaş cəmiyyətlərinin dialoqunu gücləndirir.

Bu hadisələr mühüm bir reallığı əks elətdirir:

paraflanmış sülh müqaviləsinin nəticələri artıq təkcə kağız üzərində deyil,

praktiki müstəvidə də özünü göstərir.

P.Vəliyeva xatırladıb ki,2025-ci ilin oktyabrında Azərbaycan ticarət yükləri üçün Ermənistana tranzitini açıb: "Bu, Qazaxıstan və Rusiya buğdasının Azərbaycan ərazisindən keçərək Gürcüstan vasitəsilə Ermənistana çatdırılmasına imkan verdi. Paralel olaraq, tərəflər qarşılıqlı ticarət əlaqələrini də qurublar, Azərbaycanın neft məhsullarının Ermənistana ixracı baş tutub.

Münaqişədən sonrakı mərhələdə formalaşan

yeni status-kvo Azərbaycanın təşəbbüsləri əsasında yaranıb və regionun gələcək

inkişaf trayektoriyasını müəyyən edən əsas amillərdən birinə çevrilib.

Azərbaycan yekun sülh müqaviləsinin 

imzalanması üçün gözləntilərini

dəfələrlə vurğulayıb. Sənədin imzalanması və ratifikasiyası istiqamətində

irəliləyiş, qalan şərtin həyata keçirilməsinə - Azərbaycan əleyhinə ərazi iddialarının yer aldığı Ermənistan Konstitusiyasına düzəliş

edilməsi şərtinə əsaslanır.

Təklif edilən Zəngəzur dəhlizi (TRIPP 

layihəsi) regional transformasiyanın əsas elementlərindən biridir. Dəhliz işə

düşdükdən sonra Şərq-Qərb marşrutu boyunca yeni logistika imkanları yaradacaq. Bu, həm Avropa, həm də Asiya üçün əlverişli 

layihə olacaq. Tranzit ölkələr kimi Azərbaycan və Ermənistan bu layihədən

əhəmiyyətli fayda əldə edə biləcəklər".

Deputat vurğulayıb ki, yekun sülhə gedən yolda beynəlxalq ictimaiyyətin — xarici hökumətlər, media qurumları, akademik dairələr və  vətəndaş cəmiyyətinin regionu keçmişə qaytaran köhnəlmiş narrativləri yenidən dirçəltmək əvəzinə,  sülh gündəliyini dəstəkləməsi məqsədəuyğun olardı. 

 Bununla belə,  yekun sülh müqaviləsi imzalanmasa da, iki ölkə de-fakto sülhə nail olub. Yalnız davamlı qarşılıqlı  məsuliyyətli siyasi iradə və beynəlxalq dəstək sayəsində region sülh, inkişaf və tərəqqi istiqamətində

birgə addımlaya bilər" .


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

21:29
09 Avqust

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

20:41
09 Avqust

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

19:53
09 Avqust

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

19:33
09 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

17:58
09 Avqust

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

17:45
09 Avqust

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

17:39
09 Avqust

 Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb

17:31
09 Avqust

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

17:24
09 Avqust

İDMAN Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub

16:41
09 Avqust

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

16:22
09 Avqust

“Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional inteqrasiyanın dərinləşməsinə mühüm töhfə verir”

15:06
09 Avqust

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

14:53
09 Avqust

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

14:43
09 Avqust

Avqustun 10-da hava necə olacaq?

14:41
09 Avqust

Cənubi Qafqazın yeni siyasi xəritəsi: Bakı–Vaşinqton tərəfdaşlığının yüksəlişi

13:40
09 Avqust

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

12:13
09 Avqust

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

12:01
09 Avqust

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

11:57
09 Avqust

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

11:51
09 Avqust

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

11:44
09 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!