08 Avqust 2026 11:03
3515
SİYASƏT
A- A+
Azərbaycan-ABŞ münasibətlərində uğurlu səhifə açılıb  

Azərbaycan-ABŞ münasibətlərində uğurlu səhifə açılıb  


Cənubi Qafqaz regionunda formalaşan postmüharibə reallıqları Azərbaycanı yeni dövrdə beynəlxalq birliyin aparıcı dövlətlərindən birinə çevirib. Artıq dövlətimizin bütün platformalar üzrə etibarlı tərəfdaş statusu daha da möhkəmlənib. Bu baxımdan dünyanın supergücü olan ABŞ-nin Azərbaycana marağı xüsusi olaraq artıb.

Milli Məclisin deputatı Müşfiq CƏFƏROV qəzetimizə açıqlamasında deyib ki, 2025-ci ildə Donald Trampın yenidən ABŞ Prezidenti seçilməsindən sonra münasibətlərin yeni mərhələyə qədəm qoyması üçün real perspektivlər formalaşıb: “Prezident İlham Əliyev və Prezident Donald Tramp arasında qarşılıqlı anlaşma və praqmatik əməkdaşlıq yanaşması iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsi üçün əlverişli zəmin yaradır. Enerji təhlükəsizliyi, regional sabitlik, iqtisadi əməkdaşlıq və terrorizmlə mübarizə sahələrində ortaq maraqlar, liderlər səviyyəsində aparılan dialoqlar iki ölkə arasındakı münasibətlərin inkişafını göstərir”.

Deputat qeyd edib ki, ötən il avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalar, imzalanmış sənədlər də dövlətimizin nüfuzunun göstəricisidir. Vaşinqton dünyanın iqtisadi-siyasi nəbzini formalaşdıran mühüm güc mərkəzlərindən biridir, nəhəng iqtisadiyyata, müqayisəyəgəlməz siyasi çəkiyə sahib olan bu dövlətin son proseslərdə Cənubi Qafqaza, xüsusilə, Azərbaycana diqqət yetirməsi bir çox mətləblərdən xəbər verir. ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin ölkəmizə səfəri də bu baxımdan xüsusi əhəmiyyətə malik idi.

M.Cəfərov vurğulayıb ki, Cənubi Qafqazda sülh Azərbaycanla ABŞ-nin ortaq marağındadır və iki dövlət arasında təhlükəsizlik sahəsində əməkdaşlıq, hər iki tərəf, eləcə də beynəlxalq və regional sülh və təhlükəsizliyə fayda verir. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan-ABŞ münasibətlərində yeni, uğurlu səhifə açılıb.


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

21:29
09 Avqust

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

20:41
09 Avqust

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

19:53
09 Avqust

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

19:33
09 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

17:58
09 Avqust

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

17:45
09 Avqust

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

17:39
09 Avqust

 Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb

17:31
09 Avqust

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

17:24
09 Avqust

İDMAN Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub

16:41
09 Avqust

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

16:22
09 Avqust

“Azərbaycan–Qırğızıstan tərəfdaşlığı regional inteqrasiyanın dərinləşməsinə mühüm töhfə verir”

15:06
09 Avqust

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

14:53
09 Avqust

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

14:43
09 Avqust

Avqustun 10-da hava necə olacaq?

14:41
09 Avqust

Cənubi Qafqazın yeni siyasi xəritəsi: Bakı–Vaşinqton tərəfdaşlığının yüksəlişi

13:40
09 Avqust

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

12:13
09 Avqust

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

12:01
09 Avqust

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

11:57
09 Avqust

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

11:51
09 Avqust

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

11:44
09 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!