Alqışa layiq əməl
Milli-mənəvi dəyərlərin qorunmasına son illər artan qayğı cəmiyyətimizin bütün təbəqələrində razılıqla qarşılanır. Məscidlərin, müqəddəs ocaqların, ziyarətgahların əsaslı təmirdən sonra abad görkəmi, yaraşıqlı siması istər-istəməz adamın könlündə xoş duyğular oyadır.
Hörmətli redaksiya!
Mən bütün Qarabağda məşhur Seyid Lazım Ağa ocağından söhbət açmaq istəyirəm. Bu müqəddəs ocağa respublikamızın demək olar ki, bütün guşələrindən gəlirlər. Elə gün olmur ki, burada bir neçə qurban kəsilməsin.
Lakin məni bu mövzuda söz açmağa vadar edən başqa məsələdir. Ziyarətgah yüksək zövqlə tamamilə yenidən qurulmuşdur. Təmir-bərpa işlərində qədim milli memarlıq üslubu ilə müasirliyin vəhdəti baxanı heyran edir. Yeni inşa edilmiş məqbərə memarlıq baxımından çox qiymətli bir sənət əsəridir. Burada tavandan asılmış bənzərsiz billur çil-çıraq ulduzlu asimanı xatırladır, məqbərənin geniş salonuna qeyri-adi bir möhtəşəmlik verir.
Bu müqəddəs ocaqda aparılan təmir və yenidənqurma işlərində ziyarətçilərin rahatlığı da ciddi şəkildə nəzərə alınmışdır. Ziyarətgahda görülən işlərə külli miqdarda vəsait xərcləndiyi şübhəsizdir. Diqqətçəkən məqam isə odur ki, bütün bu işləri öz şəxsi vəsaiti ilə gördürən bir iş adamı adının heç yerdə çəkilməsini istəməyib. Ocaqda onun xahişinə bu günə kimi əməl edirlər. Dinimiz gördüyü əməli dilə gətirməyən insanların xeyriyyəçiliyini digərlərindən daha üstün qiymətləndirir.
Seyid Lazım Ağa ocağını öz qəlbinin hökmü ilə yenidən quran o şəxs kimdirsə, böyük iman sahibidir. Kökünə, soyuna, öz milli-mənəvi dəyərlərinə sonsuz hörmət və ehtiramla yanaşan bu ismi-pünhanın əməli ən böyük alqışa layiqdir.
Vüsal MİRZƏYEV,
Ağdam rayon sakini
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək
27 Aprel
Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib
27 Aprel
“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib
27 Aprel
Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm
27 Aprel
Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib...
27 Aprel
Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb
27 Aprel
“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər...
27 Aprel
Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfd...
27 Aprel
DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keç...
27 Aprel
Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!