02 Sentyabr 2026 16:35
523
Səhiyyə
A- A+
72 mindən çox tibb işçisinin maaşı artırılır

72 mindən çox tibb işçisinin maaşı artırılır


Tibb sahəsində çalışan minlərlə insan üçün yeni əməkhaqqı mərhələsi başlayıb. TƏBİB sistemində çalışan 72 212 tibb işçisinin əməkhaqqı artırılır. Yeni qaydalar 2026-cı il sentyabrın 1-dən tətbiq olunur.

TƏBİB-in icraçı direktoru Anar Bayramovun sözlərinə görə, dəyişiklik orta və kiçik tibb heyətindən tutmuş həkimlərə qədər geniş bir qrupu əhatə edir. Belə ki, əməkhaqqı islahatından 36041 orta, 20367 kiçik tibb heyəti, 8675 ambulator tibbi xidmət göstərən həkim və 7129 ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya, eləcə də regionlarda kadr çatışmazlığı olan dar ixtisaslar üzrə çalışan həkim faydalanacaq.

İslahat yalnız maaşların artırılması ilə məhdudlaşmır. Yeni sistemdə əməkhaqqının müəyyənləşdirilməsində vəzifə və ixtisasla yanaşı, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda kadr təminatı da nəzərə alınacaq. Bu isə eyni vəzifədə çalışan bütün əməkdaşlar üçün eyni yanaşmadan daha fərqli, fəaliyyət və ehtiyaca əsaslanan modelin tətbiqi deməkdir.

Dəyişikliklərin maliyyə göstəriciləri də kifayət qədər böyükdür. İslahat nəticəsində TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu 189 milyon manat və ya 13,66 faiz artacaq.

Beləliklə, yeni əməkhaqqı mexanizmi bir tərəfdən tibb işçilərinin əməyinin daha fərqli meyarlarla qiymətləndirilməsinə, digər tərəfdən isə xüsusilə regionlarda və kadr çatışmazlığı olan ixtisaslarda çalışan mütəxəssislər üçün əlavə motivasiya yaradılmasına hesablanıb.


Züleyxa ƏLİYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Qazaxıstanın kimya institutları elmi əməkdaşlığı genişləndirir

16:41
03 Sentyabr

Ukraynanın xarici işlər naziri müharibənin başa çatdırılması imkanlarından danışıb

16:34
03 Sentyabr

Daha təhlükəsiz və effektiv humanitar minatəmizləmə üçün texnologiya və innovasiya

16:27
03 Sentyabr

Nyu-York məktəblərində şagirdlərin süni intellektdən istifadə etmələrinə qadağa qoyulur

16:20
03 Sentyabr

2027-ci ilə qədər ekstremal hava hadisələri riski artıracaq

16:15
03 Sentyabr

“Mygov business” platforması ilə startaplar dövlət xidmətlərindən yararlana biləcək 

16:13
03 Sentyabr

Bişkek sammiti Azərbaycanın Avrasiyadakı proseslərin sadəcə müşahidəçisi olmadığını bir daha göstərdi 

16:10
03 Sentyabr

CNN: ABŞ qüvvələri Hörmüz boğazında 40 neft tankerini müşayiət edib

16:09
03 Sentyabr

İndoneziyada meşə yanğınlarının tüstüsü Malayziya və Filippinə yayılıb

16:07
03 Sentyabr

Nepalda sel faciəsində ölənlərin sayı 1200-ü keçdi

16:05
03 Sentyabr

Formula 1 Azərbaycan Qran-prisi keçirilən günlərdə bəzi məktəblərdə tədris onlayn təşkil ediləcək

16:03
03 Sentyabr

Stanislav Damyanoviç: İnnovasiya humanitar minatəmizləməni daha təhlükəsiz və səmərəli edir

16:00
03 Sentyabr

Moldova mediası Prezident İlham Əliyevin Beynəlxalq konfransın iştirakçılarına müraciətindəki fikirlərinə geniş yer ayırıb

15:50
03 Sentyabr

Qazaxıstanın yeni hökumətində dörd nazir dəyişib

15:49
03 Sentyabr

Peşəkar Futbol Liqası Yohan Kroyf İnstitutu ilə əməkdaşlığa başlayıb

15:42
03 Sentyabr

Azərbaycan və ATƏT PA arasında əməkdaşlıq gündəliyi nəzərdən keçirilib

15:35
03 Sentyabr

Fatih Yel: Humanitar minatəmizləmədə qabaqcıl texnologiyanın əsas məqsədi insanı təhlükədən uzaqlaşdırmaqdır

15:35
03 Sentyabr

Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən biri 

15:33
03 Sentyabr

ŞƏT coğrafiyasının qlobal logistika xəritəsində Naxçıvan önəmli strateji qovşaqdır

15:30
03 Sentyabr

Tibb işçilərinin əməkhaqlarının artırılması səhiyyə sisteminin gələcəyinə qoyulan mühüm investisiyadır

15:28
03 Sentyabr

Azərbaycanı regional və qlobal əməkdaşlığın aparıcı qüvvəsinə çevrilib

15:25
03 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!