03 Sentyabr 2026 10:40
2160
Səhiyyə
A- A+
Antibiotiklər təsirini niyə itirir?

Antibiotiklər təsirini niyə itirir?


Bir vaxtlar sadə infeksiyaları qısa müddətdə aradan qaldıran antibiotiklər bu gün bəzi xəstəliklərdə gözlənilən nəticəni vermir. Pnevmoniya, qan infeksiyası və hətta adi yara infeksiyasının müalicəsi uzanır. Odur ki, həkimlər dərmanı dəyişməli və ya daha güclü antibiotiklərə müraciət etməli olurlar. Bunun əsas səbəbi insan orqanizminin antibiotikə öyrəşməsi deyil, dərmana uyğunlaşan və ona qarşı müdafiə mexanizmi yaradan bakteriyalardır. Bu proses antibiotiklərə qarşı müqavimət və ya rezistentlik adlanır.

Antibiotik qəbul edildikdə ona həssas bakteriyaların böyük hissəsi məhv olur. Lakin təsadüfi genetik dəyişikliklərə görə daha davamlı olan bakteriyalar sağ qala bilər. Onlar çoxalır, müqavimət xüsusiyyətlərini gələcək nəsillərə, bəzən isə başqa bakteriyalara ötürürlər. Beləliklə, əvvəllər təsirli olan dərman həmin bakteriya qarşısında gücünü itirir. Bakteriyalar antibiotiki parçalayan fermentlər istehsal edə, dərmanın hüceyrəyə daxil olmasına mane ola və ya onu xüsusi nasoslar vasitəsilə hüceyrədən çıxara bilirlər.

Problemin miqyasını 2025-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dərc etdiyi hesabatdan da aydın görmək olur. Hesabat qan, sidik yolları, mədə-bağırsaq sistemi infeksiyaları və qonoreya ilə bağlı 23 milyondan çox laborator təsdiqli halın məlumatları əsasında hazırlanıb. Təhlilə görə, 2023-cü ildə dünyada qeydə alınmış hər altı bakterial infeksiyadan biri istifadə edilən antibiotiklərdən ən azı birinə qarşı davamlı olub. Vəziyyət bütün regionlarda eyni deyil. ÜST-nin hesablamasına əsasən, Cənub-Şərqi Asiya və Şərqi Aralıq dənizi regionlarında infeksiyaların hər üçündən biri, Afrika regionunda isə hər beşindən biri antibiotiklərə davamlı olub. Bu fərqin səbəbi yalnız dərmanların çox istifadəsi deyil. Laboratoriya imkanlarının məhdudluğu, infeksiyaların gec müəyyən edilməsi, keyfiyyətli dərmanlara çıxışın zəif olması, xəstəxanalarda infeksiyaya nəzarət qaydalarının tam yerinə yetirilməməsi və antibiotiklərin reseptsiz alınması da müqavimətin yayılmasını sürətləndirir.

Ən ciddi təhlükə yaradan mikroorqanizmlər sırasında "Escherichia coli" və "Klebsiella pneumoniae" xüsusi yer tutur. Onlar sidik yolları və qan infeksiyalarının, sepsisin və orqan çatışmazlığının əsas səbəblərindəndir. Belə ki, dünyada "Escherichia coli" nümunələrinin 

40 faizdən çoxu, "Klebsiella pneumoniae" nümunələrinin isə 55 faizdən çoxu bu infeksiyalarda geniş istifadə edilən üçüncü nəsil sefalosporinlərə qarşı davamlıdır. Afrika regionunda bəzi göstəricilər 70 faizi ötür. Bir zamanlar son dərəcə etibarlı hesab edilən karbapenemlər də artıq müəyyən bakteriyalara qarşı təsirini itirməyə başlayır.

Mütəxəssislər bildirirlər ki, müqavimətin ən mühüm səbəblərindən biri antibiotiklərin ehtiyac olmadan qəbuludur. Soyuqdəymə, qrip və virus mənşəli boğaz infeksiyalarında antibiotik fayda vermir. Buna baxmayaraq, insanlar bəzən tez sağalmaq ümidi ilə özbaşına dərman qəbul edirlər. Antibiotikin düzgün diaqnoz qoyulmadan, uyğun olmayan dozada və lazımsız geniş təsir spektrində seçilməsi bakteriyalar üzərində əlavə seçici təzyiq yaradır. Nəticədə həssas bakteriyalar məhv olur, davamlı olanlar isə üstünlük qazanır.

Digər yanlış davranış müalicə rejiminin özbaşına dəyişdirilməsidir. Xəstə özünü yaxşı hiss etdiyi üçün dərmanı həkimin təyin etdiyi vaxtdan əvvəl dayandırır, dozanı buraxır və ya evdə qalmış antibiotiki sonrakı xəstəlik zamanı qəbul edir. Əsıində isə antibiotik həkimin müəyyən etdiyi uyğun dozada və elmi sübutlarla əsaslandırılmış ən qısa effektiv müddətdə istifadə edilməlidir. Müalicəni nə özbaşına yarımçıq saxlamaq, nə də lazımsız uzatmaq olar.

ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus 2025-ci il hesabatını təqdim edərkən antimikrob müqavimətin müasir tibbin inkişafını qabaqladığını və bütün dünyada ailələrin sağlamlığını təhdid etdiyini bildirib. Onun sözlərinə görə, çıxış yolu antibiotiklərin məsuliyyətli istifadəsi ilə yanaşı, keyfiyyətli diaqnostika, peyvəndlər, yeni nəsil dərmanlar və infeksiyaların qarşısını alan güclü səhiyyə sistemlərinin yaradılmasıdır.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xalq rəssamı Fərhad Xəlilova

00:27
24 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

00:26
24 Oktyabr

F.Q.Xəlilovun "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında

00:24
24 Oktyabr

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Həssas əhali qruplarından olan uşaqlara sosial psixoloji dəstək" və "Sosial işin idarə edilməsi (Keys menecment)" adlı müsabiqələr keçirir

00:21
24 Oktyabr

Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

21:11
23 Oktyabr

ABŞ-də strateji nüvə qüvvələrinin təlimləri başlayıb  

20:19
23 Oktyabr

Onkoloq xərçəng riskini azaltmaq üçün ət istehlakı normasını açıqlayıb  

20:17
23 Oktyabr

Britaniyadan “Hazır ol” çağırışı  

20:13
23 Oktyabr

Xankəndidə “SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forum keçirilib – YENİLƏNİB 2 

20:10
23 Oktyabr

Xankəndidə keçirilən beynəlxalq forumda “ASAN xidmət” təcrübəsi təqdim olunub  

20:09
23 Oktyabr

Tramp: İstəsək, İranın bütün neftini və ölkənin özünü ələ keçirə bilərik  

20:07
23 Oktyabr

Türkiyə və Özbəkistan nümayəndə heyətləri Zəfər parkında və Qarabağ Universitetində olublar  

19:58
23 Oktyabr

XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib  

19:23
23 Oktyabr

Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair müşavirə keçirilib 

19:18
23 Oktyabr

Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Laçın və Kəlbəcərdə vətəndaşların müraciətlərini dinləyib  

18:53
23 Oktyabr

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

18:28
23 Oktyabr

Toy səbətinə günəş doğur - Nigeriyada qeyri-adi ənənə  

18:16
23 Oktyabr

Polyester parçaları karbon qazı vasitəsilə təkrar emal etməyin üsulu tapılıb  

17:59
23 Oktyabr

Diabet xəstələri üçün qandakı artıq qlükozanı parçalaya bilən implant hazırlanıb  

17:43
23 Oktyabr

"Çampi" tayfunu nəticəsində yüzlərlə uçuş ləğv olunub  

17:39
23 Oktyabr

Çilidə uzunluğu 5 metrə yaxın olan siyənək kralı aşkarlanıb  

17:23
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!