03 Sentyabr 2026 15:25
194
SİYASƏT
A- A+
Azərbaycanı regional və qlobal əməkdaşlığın aparıcı qüvvəsinə çevrilib

Azərbaycanı regional və qlobal əməkdaşlığın aparıcı qüvvəsinə çevrilib



Sentyabrın 1-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində keçirilən “ŞƏT plyus” formatında görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı ölkəmizin regional və beynəlxalq müstəvidə artan rolunu, həyata keçirdiyi sülh siyasətini və çoxtərəfli əməkdaşlığa verdiyi önəmi bir daha nümayiş etdirdi.

Dövlət başçımızın çıxışında Azərbaycan-Qırğızıstan münasibətlərinin yüksək inkişaf dinamikası xüsusi vurğulandı. Cəmi bir ay əvvəl iki qardaş ölkə arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması əlaqələrimizin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Qırğızıstanın sosial-iqtisadi inkişafı və beynəlxalq nüfuzunun möhkəmlənməsi ilə bağlı səmimi fikirləri xalqlarımız arasındakı dostluq və qardaşlıq bağlarının möhkəm təməllər üzərində qurulduğunu təsdiqləyir.

Azərbaycan Prezidenti öz çıxışında Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqlara da xüsusi diqqət yetirdi. Bir ildən artıq müddət əvvəl Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin paraflanması regionun gələcəyi baxımından mühüm tarixi hadisədir. Otuz ilə yaxın davam edən münaqişədən sonra Cənubi Qafqazın qarşıdurma məkanından əməkdaşlıq və sülh məkanına çevrilməsi üçün real imkanlar yaranıb.

Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan bu gün regionda yalnız sülhdən danışan deyil, həm də sülhün praktiki əsaslarını yaradan dövlətdir. Ermənistanla iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı, qarşılıqlı ticarətin artırılması, tranzit imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlər Azərbaycanın gələcəyə hesablanmış konstruktiv siyasətinin bariz nümunəsidir.

Cənab Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin taleyi ilə bağlı səsləndirdiyi fikirlər isə beynəlxalq hüququn tətbiqində mövcud olan ikili standartlara diqqəti yönəldir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin öz gücü, xalqın iradəsi və dövlətimizin qətiyyətli siyasəti nəticəsində bərpa olunması tarixi ədalətin təntənəsidir. Lakin bu proses eyni zamanda beynəlxalq təşkilatların qəbul etdikləri qərarların icrası üçün daha səmərəli və təsirli mexanizmlərə ehtiyac olduğunu da ortaya qoyur.

Bu gün Azərbaycan artıq qalib və suveren dövlət kimi beynəlxalq münasibətlər sistemində fəal rol oynayır. Ölkəmiz regional əməkdaşlığın təşviqi, sülhün möhkəmləndirilməsi, nəqliyyat və enerji təhlükəsizliyinin təmin olunması, çoxtərəflilik prinsiplərinin inkişaf etdirilməsi istiqamətində mühüm təşəbbüslərlə çıxış edir.

Cənab Prezident İlham Əliyevin Bişkekdəki çıxışı bir daha göstərdi ki, Azərbaycan yalnız öz milli maraqlarını uğurla təmin edən dövlət deyil, eyni zamanda daha ədalətli, təhlükəsiz və əməkdaşlığa əsaslanan beynəlxalq münasibətlər sisteminin formalaşmasına töhfə verən etibarlı tərəfdaşdır.

Azərbaycanın yaratdığı yeni reallıqlar Cənubi Qafqazın gələcək inkişafı üçün geniş perspektivlər açır. Məhz möhtərəm cənab Prezidentimiz İlham Əliyevin uzaqgörən və prinsipial siyasəti nəticəsində ölkəmiz bu gün həm regionda, həm də qlobal miqyasda söz sahibi olan, sülh və əməkdaşlıq gündəliyini irəli sürən güclü dövlət kimi çıxış edir.


Fatma YILDIRIM,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Daha təhlükəsiz və effektiv humanitar minatəmizləmə üçün texnologiya və innovasiya

16:27
03 Sentyabr

Nyu-York məktəblərində şagirdlərin süni intellektdən istifadə etmələrinə qadağa qoyulur

16:20
03 Sentyabr

2027-ci ilə qədər ekstremal hava hadisələri riski artıracaq

16:15
03 Sentyabr

“Mygov business” platforması ilə startaplar dövlət xidmətlərindən yararlana biləcək 

16:13
03 Sentyabr

Bişkek sammiti Azərbaycanın Avrasiyadakı proseslərin sadəcə müşahidəçisi olmadığını bir daha göstərdi 

16:10
03 Sentyabr

CNN: ABŞ qüvvələri Hörmüz boğazında 40 neft tankerini müşayiət edib

16:09
03 Sentyabr

İndoneziyada meşə yanğınlarının tüstüsü Malayziya və Filippinə yayılıb

16:07
03 Sentyabr

Nepalda sel faciəsində ölənlərin sayı 1200-ü keçdi

16:05
03 Sentyabr

Formula 1 Azərbaycan Qran-prisi keçirilən günlərdə bəzi məktəblərdə tədris onlayn təşkil ediləcək

16:03
03 Sentyabr

Stanislav Damyanoviç: İnnovasiya humanitar minatəmizləməni daha təhlükəsiz və səmərəli edir

16:00
03 Sentyabr

Moldova mediası Prezident İlham Əliyevin Beynəlxalq konfransın iştirakçılarına müraciətindəki fikirlərinə geniş yer ayırıb

15:50
03 Sentyabr

Qazaxıstanın yeni hökumətində dörd nazir dəyişib

15:49
03 Sentyabr

Peşəkar Futbol Liqası Yohan Kroyf İnstitutu ilə əməkdaşlığa başlayıb

15:42
03 Sentyabr

Azərbaycan və ATƏT PA arasında əməkdaşlıq gündəliyi nəzərdən keçirilib

15:35
03 Sentyabr

Fatih Yel: Humanitar minatəmizləmədə qabaqcıl texnologiyanın əsas məqsədi insanı təhlükədən uzaqlaşdırmaqdır

15:35
03 Sentyabr

Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən biri 

15:33
03 Sentyabr

ŞƏT coğrafiyasının qlobal logistika xəritəsində Naxçıvan önəmli strateji qovşaqdır

15:30
03 Sentyabr

Tibb işçilərinin əməkhaqlarının artırılması səhiyyə sisteminin gələcəyinə qoyulan mühüm investisiyadır

15:28
03 Sentyabr

Azərbaycanı regional və qlobal əməkdaşlığın aparıcı qüvvəsinə çevrilib

15:25
03 Sentyabr

Edin Ceko Bosniya və Herseqovina millisi ilə vidalaşır

15:21
03 Sentyabr

Himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirilib

15:14
03 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!