25 Noyabr 2025 10:51
473
SİYASƏT
A- A+
Zəfərin təcəssümü  

Zəfərin təcəssümü  


Çoxəsrlik tariximizin Zəfər səhifəsinin yazılmasından sonra ölkəmizin həyatında başlanan yeni mərhələnin əsas hədəflərindən biri işğaldan azad edilmiş ərazilərimizin bərpası, Böyük Qayıdış Proqramının uğurlu icrasıdır. Azərbaycan şanlı qələbəmizin ilk günündən təkmil dirçəliş modeli ilə dünyanın diqqətində oldu. Tarixi sahibinə qovuşan  torpaqlarımızda aparılan bərpa-quruculuq işlərinin miqyasını təsəvvür etmək üçün son beş ildə  6 şəhərin, 2 qəsəbənin və 20-dən artıq kəndin doğma sakinlərinə qovuşduğunu yada salmaq kifayətdir. Bu şəhərlərdən biri də  Kəlbəcərdir.

Dövlət başçısı İlham Əliyevin tarixi Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən addımları sırasında xüsusi əhəmiyyət kəsb edən işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamına uyğun olaraq 25 noyabr Kəlbəcər Şəhəri Günüdür. Azərbaycanın hərbi-siyasi qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, Kəlbəcər, Ağdam və Laçın bir güllə belə atılmadan Azərbaycana qaytarıldı. Həmin sənəddə bu ərazilərimizin boşaldılması günləri də qeyd edilmişdir. Kəlbəcərin 15 noyabr tarixində boşaldılması nəzərdə tutulsa da, qarşı tərəf əlavə 10 gün vaxt istədi. Kəlbəcər rayonu noyabrın 25-də  Azərbaycana təhvil verildi.  Kəlbəcər şəhəri də daxil olmaqla rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Üçtərəfli bəyanatın şərtlərinə əsasən, Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər simasının və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu. Kəlbəcəri boşaldan işğalçılar rüsvayçı hərəkətləri və barbar davranışları ilə yadda qaldılar. Bu yurdun əzəli və əbədi sakinləri olan azərbaycanlılara qalmaması üçün evlərə, bağlara və digər mülki obyektlərə od vuranlar öz vəhşi xislətlərini nümayiş etdirdilər. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər bir daha erməni vandalizmini  dünyaya təqdim etdi. 

Kəlbəcər rayonu 1993-cü ilin 2 aprel tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı 511 dinc sakin öldürülmüş, 321 nəfər əsir götürülmüş və itkin düşmüşdür. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu.  Onlarla tarixi-mədəniyyət abidəsi, məktəb, uşaq bağçası, kitabxana,  klub,  mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi,  xəstəxana,  tibb məntəqəsi, yüzlərlə inzibati bina, minlərlə mənzil, maşın, texnika və s. talan edilmiş, dağıdılmış, rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır. Beynəlxalq hüquqa, BMT-nin əsas prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin qanunsuz məskunlaşdırılmasına başlanılmışdı.

Bu günlər işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Kəlbəcər də bərpa-quruculuq dövrünü yaşayır. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər rayonuna 2021-ci ilin 16 avqust tarixində reallaşdırdıqları ilk səfər burada Azərbaycan Bayrağının ucaldılması ilə tarixə yazıldı. Ötən beş ildə Prezident İlham Əliyev bu rayona 7 səfər edib. Hər bir səfər mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi, görülən işlərlə tanışlıq ilə yadda qalıb. Dövlətimizin başçısı Kəlbəcərə ilk səfəri zamanı “Ermənilər 30 il ərzində bizim torpaqlarımızı ancaq istismar edirdi, təbii sərvətləri talayırdı, evləri dağıdırdı, sökürdü. Sonra da deyirdi ki, bura erməni torpağıdır. Bura heç vaxt erməni torpağı olmayıb və bundan sonra heç vaxt olmayacaq. Bu, Azərbaycan torpağıdır. Biz azərbaycanlılar – bu torpaqların sahibləri qayıtmışıq. Düşməni torpağımızdan qovaraq, düşmən ordusunu məhv edərək, qəhrəmanlıq, fədakarlıq göstərərək qayıtmışıq” söyləyərək onu da qeyd etmişdir  ki, Kəlbəcər  təbiət nöqteyi-nəzərdən ən gözəl rayonlardandır. Ermənilər təbiətimizə nə qədər ziyan vursalar da, onu tam məhv edə bilmədilər.

 Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli Qərarı ilə “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilib. Kəlbəcər şəhərinin  işğala qədərki son Baş planında ərazisi 130 ha, əhalisinin sayı isə 7500 nəfər təşkil etdiyi halda, 2040-cı ilədək inkişaf konsepsiyasına uyğun olaraq bu rəqəmlər iki dəfədən çox artacaq. Şəhərin mərkəzi ortamərtəbəli çoxmənzilli və inzibati binalardan ibarət olacaq. Ətrafda isə fərdi yaşayış evlərinin tikintisi aparılacaq. Şəhərin ümumi yaşayış fondu 488 min kv.m təşkil edəcək ki, bunun da böyük hissəsi  fərdi yaşayış evlərinin, 46 min kv.m-i isə ortamərtəbəli yaşayış binalarının payına düşəcək. Ümumən 2040-cı ilədək əhalinin 4250 mənzillə  təmin olunması nəzərdə tutulub. Şəhərdə, həmçinin  məktəb, uşaq bağçasının,  2 xəstəxananın,  reabilitasiya mərkəzinin, İşğal və Zəfər muzeylərinin, mehmanxanaların, müxtəlif ictimai-iaşə obyektlərinin və idman meydançalarının tikintisi planlaşdırılır. Plana əsasən, şəhər ərazisinin 22 faizi  yaşıllıqlardan ibarət olacaq. Kəlbəcər şəhərində 524 ailəlik yaşayış məhəlləsi tikiləcək. Yaşayış məhəlləsi 19,5 hektar ərazidə layihələndirilib. Artıq kompleksdə dördmərtəbəli 6 bina, həmçinin “townhouse” tipli ikimərtəbəli 39 ev də inşa olunub. İkinci mərhələdə bu kompleksə 323 ailənin köçürülməsi planlaşdırılır. Bunun üçün isə müxtəlif tipli dördmərtəbəli 16 çoxmənzilli yaşayış binası, “townhouse” tipli ikimərtəbəli 57 ev inşa olunacaq. Kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu ilin 21 avqustunda Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşdülər.  20 ailəyə mənzillərin açarları təqdim edildi.  Bu günədək  Kəlbəcərə 81 ailə, 338 nəfər köçürülüb.

Görülən işlər Azərbaycan dövlətinin gücünü, qüdrətini nümayiş etdirir.  Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir. Birinci mərhələdə Böyük Qayıdış Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq. Təbii ki, lazım olan bütün digər infrastruktur layihələri də icra edilib. İşıq, su, təbii qaz çəkilib, yollar salınıb, minalardan təmizləmə işi aparılıb. Kəlbəcər  artıq canlanır, buraya həyat qayıdır.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Kəlbəcər sakinləri ilə görüşündə qeyd etdiyi kimi, biz düşməndən qisasımızı döyüş meydanında aldıq. Biz bir daha xalqımızın böyüklüyünü göstərdik. Onların bizə etdiklərini biz onlara etmədik. Halbuki onların etdikləri heç vaxt yaddaşımızdan silinməyəcək. O cümlədən kəlbəcərlilərə qarşı edilən hərbi cinayətlər, soyqırımı, Xocalı soyqırımı, digər bölgələrdən olan vətəndaşlarımıza qarşı düşmənçilik, ədavət və vəhşilik heç vaxt yaddaşımızdan silinməyəcək və silinməməlidir.

Azad edilmiş bütün ərazilərimizdə, o cümlədən Kəlbəcərdə görülən bərpa-quruculuq işlərinin miqyası böyükdür. Soydaşlarımızın mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdışı, burada yeni həyata başlaması hər birimizi sevindirir. Dövlət başçısı İlham Əliyevin “Bizim işimiz quruculuqdur” çağırışı Böyük Qayıdış Proqramının birinci mərhələsi üçün nəzərdə tutulan hədəflərin reallıqda öz əksini tapması ilə təsdiqlənir. Bu mərhələ üçün əsas hədəf 140 min keçmiş məcburi köçkünün doğma yurd-yuvalarına qayıdışını təmin etməkdir. Azərbaycanın gücü, potensial imkanları bu hədəfə yüksək səviyyədə nail olunmasını təmin edəcək.


Vüqar RƏHİMZADƏ,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ursula Fon der Lyayen: Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaş olduğunu sübut edib 

21:04
01 İyul

Lyayen: Azərbaycan nadir ölkələrdəndir ki, regional sabitliyi və inkişafı irəli apara bilər

21:03
01 İyul

İyunda orta aylıq temperatur iqlim normasından yuxarı olub

20:54
01 İyul

Avropa Komissiyasının Prezidenti: Biz sülhü kağız üzərində deyil, real həyatda tətbiq etməyə hazırıq 

20:53
01 İyul

“Türk Dünyası Həftəsi”nin iştirakçıları Ağdam şəhərində “İmarət” Kompleksi ilə tanış olublar  

20:48
01 İyul

Ursula Fon der Lyayen sülh sazişinin paraflanmasına görə Prezident İlham Əliyevi təbrik edib 

20:23
01 İyul

Retro həvəskarları üçün yeni fotoapatlar təqdim edilib

20:19
01 İyul

Prezident İlham Əliyev: Bu gün hər bir istiqamətdə Azərbaycanın ərazisindən keçən yük həcmi artır 

20:16
01 İyul

Qızılın qiyməti ucuzlaşıb

20:12
01 İyul

Prezident: Enerji təhlükəsizliyi bu gün hər bir ölkə üçün milli maraq məsələsidir

20:11
01 İyul

Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNƏCƏK

20:07
01 İyul

Beyin sağlamlığı üçün ən yaxşı pəhriz araşdırılıb

20:04
01 İyul

Prezident İlham Əliyev: Bu gün qaz ixracımızın yarısı Avropa İttifaqına üzv dövlətlərin payına düşür 

20:01
01 İyul

Çində sənaye interneti sahəsində yeni Yol xəritəsi müəyyən edilib

19:56
01 İyul

Prezident: Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır

19:52
01 İyul

AZAL Brüsselə birbaşa müntəzəm reyslərə başlayır

19:49
01 İyul

Almaniya “Volkswagen”in zavodları bağlamaq planının qarşısını almaq istəyir

19:43
01 İyul

Prezident: Biz Avropa Komissiyası ilə əməkdaşlığımıza böyük önəm veririk 

19:36
01 İyul

Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə geniş tərkibdə görüşü olub

19:32
01 İyul

Avropada təbii qazın qiyməti iyunda 6,2 faiz ucuzlaşıb

19:31
01 İyul

Prezident İlham Əliyev: Bu gün biz Avropa İttifaqı ilə Azərbaycan arasında çox fəal dialoqun şahidiyik

19:25
01 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!