27 İyul 2022 01:05
1231
İQTİSADİYYAT
A- A+
Yeni strategiya yeni uğurlara hədəflənib

Yeni strategiya yeni uğurlara hədəflənib

 

Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" mahiyyət etibarı ilə qarşıdakı illərdə ölkənin bütün istiqamətlərdə inkişafını təyin edən vacib sənəddir. Sənəddə milli prioritetlərin əsas inkişaf istiqamətləri öz əksini tapmışdır.

Əvvəlcə onu qeyd etmək lazımdır ki, müasir dünya böhran və təhlükələrlə üzləşmək ərəfəsindədir. COVID-in geri dönməsi, meymunçiçəyi deyilən yeni virusun yayılması, üstəlik, bir sıra ölkələr arasında münaqişələrin və qarşıdurmaların müharibə həddinədək dərinləşməsi bəşəriyyətin ciddi çətinliklərlə üzləşəcəyini qaçılmaz edir. Belə mürəkkəb şəraitdə Azərbaycan Prezidentinin sosial-iqtisadi inkişaf strategiyasını imzalaması iki baxış bucağından xüsusi əhəmiyyət kəsb edir: dünyada baş qaldıran böhrandan Azərbaycan iqtisadiyyatını mümkün qədər sığortalamaq və baş verə biləcək gözlənilməz iqtisadi kataklizmlərin qarşısını vaxtında almaq.

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın təsdiq edilməsi haqqında imzaladığı sərəncamda Nazirlər Kabinetinə göstəriş verilir ki, "icrası davam etməkdə olan konsepsiya, strategiya, dövlət proqramı, milli fəaliyyət planları və bu kimi digər sənədlərin strategiya ilə əlaqələndirilməsi istiqamətində zəruri tədbirlər görsün". Bu yerdə qeyd edək ki, Azərbaycan Prezidenti strategiyanın icrasında yeni beyin mərkəzinin iştirakını da vacib sayır. Sənəddə göstərilir ki, strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) həyata keçirsin.

İnkişaf Strategiyasında milli prioritetlərin ən vacib istiqamətləri öz əksini tapmışdır. Eyni zamanda müasir çağırışlara və beynəlxalq standartlara uyğun olaraq Azərbaycanda iqtisadi inkişafın, yeni innovativ iqtisadiyyatın daha geniş çərçivələrdə tətbiqi nəzərdə tutulmuşdur.

Ekspertlər belə hesab edirlər ki, sosial-iqtisadi inkişaf strategiyasının prioritetlərində diqqətçəkən əsas məqamlardan biri iqtisadi innovativ inkişafın daha da genişləndirilməsinə nail olmaqdır. Sənəddə digər məqam istifadə olunan dəyərdən cəmiyyətin daha yaxından faydalanması və bu dəyərin bir hissəsinin gələcək nəsillərə saxlanmasının nəzərdə tutulmasıdır. Göründüyü kimi, faktiki olaraq insan kapitalının inkişafı hesabına innovativ iqtisadiyyatın payının artırılması yaxın 5 il ərzində əsas prioritetlərdən birinə çevriləcək. Ümumiyyətlə, bu sənədin icrası ölkə iqtisadiyyatında 2022-2026-cı illərdə yeni sosial-iqtisadi inkişaf modelinin tətbiq ediləcəyini proqnozlaşdırmağa imkan verir. Ekspertlər belə hesab edirlər ki, ölkəmiz növbəti 5 ildə yeni iqtisadi model çərçivəsində daha fərqli və daha uğurlu nəticələr əldə edəcək. Bu sosial-iqtisadi inkişaf modelinin birinci mərhələsi 2022-2026-cı illəri, ikinci məhrələsi 2027-2030-cu illəri əhatə etməklə, iqtisadiyyatın innovativləşdirilməsinə yönələcək. İnkişaf strategiyasında növbəti 4 ildə ölkə iqtisadiyyatının hər il orta hesabla 3-4, o cümlədən qeyri neft-qaz ÜDM-in illik orta hesabla 5 faiz artması hədəf götürülür. Eyni zamanda özəl sektorun iqtisadiyyatda payının 88 faizə çatdırılması qarşıya məqsəd kimi qoyulur. Bu, kiçik və orta sahibkarların xüsusi qayğıkeşliklə əhatə olunması hesabına mümkün olacaq. Yeri gəlmişkən bildirək ki, sənəddə sahibkarlara dəstək üzrə sərf olunan maliyyə vəsaitinin 20-30 faizinin mikro, 35-45 faizinin kiçik və 25-35 faizinin orta sahibkarlara yönəldilməsi nəzərdə tutulur. Həmçinin sənəddən məlum olur ki, dövlətin başlıca məqsədi daxili bazarda rəqabəti gücləndirmək, yerli istehsalı genişləndirməklə yanaşı, qeyri-neft məhsulları ixracının dəyərinin 2026-cı ildə təxminən 5 milyard dollara yaxınlaşmasına nail olmaqdır.

Ayrı-ayrı sahələrin perspektivinə gəldikdə isə, orta illik artımın kənd təsərrüfatında 4, nəqliyyat sektorunda 5 faizə çatacağı, tranzit yükdaşımalarından əldə olunan gəlirin 2019-cu ilə nisbətən iki dəfə artacağı nəzərdə tutulur. İnformasiya və rabitə sektorunda isə hər il orta hesabla 10 faizdən çox artım proqnozlaşdırılır. Eyni zamanda turizm sektorunda da artım olacaq. Bütövlükdə yeni prioritetlər islahatların növbəti dövründə Azərbaycan iqtisadiyyatını yeni mərhələyə qaldıracaq.

 

Bahadur İMANQULİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Korn və baş icraçı direktoru Uilyam Darofdan  

18:59
04 İyun

Azərbaycan XİN başçısı Braziliya səfiri ilə görüşüb  

18:54
04 İyun

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

18:14
04 İyun

Azamat Abdullayev: Özbəkistan kibertəhlükəsizlik şəbəkəsini gücləndirib

17:23
04 İyun

Ermənistan və ABŞ "Tramp marşrutu" üzrə saziş imzalayıblar  

17:20
04 İyun

Qazaxıstan rəsmisi: Azərbaycanla süni intellekt və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edə bilərik  

17:17
04 İyun

Azərbaycandan Ermənistana dizel yanacağı göndərilib 

17:03
04 İyun

Azərbaycanın BƏT-in daha bir Konvensiyasına qoşulmasına dair bildiriş təşkilatın Baş direktoruna təqdim olunub  

16:41
04 İyun

Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb

16:22
04 İyun

Tokayev Sülh Şurasının baş müşaviri ilə TRIPP təşəbbüsünü və Orta Dəhlizin inkişafını müzakirə edib

16:21
04 İyun

2026 FİFA Dünya Kuboku – ilk dəfə 48 komandanın yarışacağı mundial  

16:20
04 İyun

Daxili işlər naziri Qazaxda vətəndaşların müraciətlərini dinləyib, Ağstafada isə gənclərin arasından seçim edib

16:17
04 İyun

Şuşa şəhəri dayanıqlı içməli su ilə təmin edilir

16:13
04 İyun

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar  

16:12
04 İyun

Xankəndi şəhəri fasiləsiz içməli su ilə təmin edilir

16:09
04 İyun

Sahib Məmmədov: Əmək hüquqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir

15:52
04 İyun

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat edib

15:49
04 İyun

XV Milli Məhkəmə Müsabiqəsinin qalibi məlum olub

15:48
04 İyun

Azərbaycan, Ukrayna və Moldova qurumları kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edəcək 

15:47
04 İyun

“Bitcoin”in qiyməti Yaxın Şərqdəki münaqişədən bəri ən aşağı səviyyəyə enib  

15:45
04 İyun

Zaur Əliyev: İnnovativ həllərin tətbiqi kənd təsərrüfatında məhsuldarlığın artırılması baxımından mühümdür  

15:38
04 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!