01 Oktyabr 2026 16:19
624
DÜNYA
A- A+
Yeni proqram təminatı faydalı qazıntıların axtarışına kömək edəcək

Yeni proqram təminatı faydalı qazıntıların axtarışına kömək edəcək


Rusiya Elmlər Akademiyasının Filiz Yataqlarının Geologiyası, Petroqrafiya, Mineralogiya və Geokimya İnstitutunun Geoinformatika laboratoriyasının əməkdaşları yer qabığında qırılmaların yaranma tarixini müəyyənləşdirməyə imkan verən proqram təminatı hazırlayıb və qeydiyyatdan keçiriblər. Rusiya Elm və Ali Təhsil Nazirliyinin mətbuat xidmətindən TASS-a bildirilib ki, proqram faydalı qazıntıların axtarışında istifadə oluna bilər.

Proqram geoloqlara Yer səthinin müxtəlif hissələrinin necə hərəkət etdiyini, hansı istiqamətdə sıxıldığını və ya gərildiyini müəyyənləşdirməyə imkan verir. Bunun üçün kosmik görüntülərdə və relyef xəritələrində görünən uzun xətlər – lineamentlər təhlil edilir. Əksər hallarda bu xətlər qədim qırılmaların və çatlılıq zonalarının izləridir.

Alınan məlumatlar əsasında alimlər qədim gərginlik sahəsini bərpa edə bilirlər. Bu məlumatlar faydalı qazıntı yataqlarının axtarışı baxımından əhəmiyyətlidir. Belə ki, proqram filizləşmə dövründə daha keçirici olmuş və isti filizdaşıyan məhlullar üçün nəqliyyat sistemi rolunu oynamış qırılma sahələrini müəyyənləşdirməyə imkan verir.

Yeni proqram britaniyalı geoloq Pol Lyuis Henkokun modelinə əsaslanan xüsusi alqoritm əsasında hazırlanıb. Proqram avtomatik rejimdə lineamentlərdən hansının əsas magistral qırılma olduğunu, hansılarının isə sürüşmə nəticəsində onun yaxınlığında yaranmış ikinci dərəcəli, budaqlanan çatlar olduğunu müəyyən edir. Bundan əlavə, sistem bu quruluşu hansı növ sürüşmənin formalaşdırdığını da müəyyənləşdirir.

Proqramın adı Lineament Stress Calculator-dur. Geoinformatika laboratoriyasının rəhbəri, geologiya-mineralogiya elmləri namizədi Vasili Minayev bildirib ki, proqram üçün “analizator” və ya “ekspert sistemi” deyil, məhz “kalkulyator” sözü şüurlu şəkildə seçilib. Onun sözlərinə görə, bu alət geoloqu əvəz etmir, əksinə, onu rutin işlərdən azad edir. Proqram insanın əvəzinə qərar vermir, mütəxəssisə düşünmək və nəticə çıxarmaq üçün məlumat təqdim edir. Sistem istifadəsi asan, proqnozlaşdırıla bilən və şəffaf şəkildə hazırlanıb ki, mütəxəssis əldə edilən hər bir göstəricinin haradan yarandığını anlaya bilsin.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Türkmənistan münasibətləri zəngin perspektivlərə malikdir  

11:50
09 Oktyabr

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib YENİLƏNİB  

11:43
09 Oktyabr

Müdrik xarici siyasət və regional etimad: Azərbaycanın Mərkəzi Asiya diplomatiyası

11:29
09 Oktyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb

11:13
09 Oktyabr

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də  

10:59
09 Oktyabr

Dövlət büdcəsinin 9 aylıq gəlirləri 29 milyard manatı ötüb

10:47
09 Oktyabr

Prezident: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır

10:40
09 Oktyabr

Prezident İlham Əliyev: Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir  

10:39
09 Oktyabr

Prezident: Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi  

10:36
09 Oktyabr

Prezident İlham Əliyev: MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib  

10:23
09 Oktyabr

Qızıl 70 dollaradək bahalaşıb

10:21
09 Oktyabr

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb

10:20
09 Oktyabr

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

10:17
09 Oktyabr

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

10:16
09 Oktyabr

BMT yanında daimi nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir  

10:15
09 Oktyabr

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

10:15
09 Oktyabr

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb  

10:14
09 Oktyabr

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

10:13
09 Oktyabr

"Azəri-Çıraq-Günəşli"nin mavi yanacağı

10:10
09 Oktyabr

"Yəqin əlim dəyib…"

10:00
09 Oktyabr

Nardaran qalası

09:50
09 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!