01 Oktyabr 2026 17:26
691
İDMAN
A- A+
Futbol meydanında nəsillər görüşdü

Futbol meydanında nəsillər görüşdü


Futbol meydanında bu dəfə təkcə qol hesabı deyil, həmrəylik və xoş ovqat da ön planda olub. Ahıl şəxslərlə müharibə ilə əlaqədar əlilliyi olan şəxslər bir araya gələrək futbol oynayıblar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və AFFA-nın birgə təşkilatçılığı ilə keçirilən yarış 1 Oktyabr – Beynəlxalq Ahıllar Gününə və Vətən müharibəsinin altıncı ildönümünə həsr olunub.

Meydanda mübarizə kifayət qədər gərgin keçib. AFFA-nın peşəkar hakimlərinin idarə etdiyi qarşılaşma 6:6 hesabı ilə heç-heçə başa çatıb. Amma bu oyunda əsas nəticə tabloya yazılan hesabdan daha çox iştirakçıların birlikdə keçirdiyi xoş anlar olub.

Tədbirin məqsədi ahıl şəxslərlə müharibə ilə əlaqədar əlilliyi olan şəxslər arasında sosial inteqrasiyanı gücləndirmək, sağlam həyat tərzini təşviq etmək və asudə vaxtın səmərəli təşkilinə şərait yaratmaq olub. Oyunda 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakini, “Araz-Naxçıvan” PFK-nın qadınlardan ibarət U-16 komandasının üzvü Qənirə Zeynalova da iştirakçılara dəstək verib.

Qeyd edək ki, Sosial Xidmətlər Agentliyi ilə AFFA arasında əməkdaşlıq çərçivəsində ahıl şəxslər üçün “Gəzinti futbolu” (Walking Football) layihəsi də həyata keçirilir. Layihə çərçivəsində təşkil olunan məşqlər ahılların fiziki aktivliyini artırmaqla yanaşı, onları sosial həyata daha fəal cəlb etməyə imkan yaradır.

Bu dəfə isə futbol meydanı fərqli yaşların, fərqli həyat hekayələrinin görüşdüyü məkana çevrilib. Hesab 6:6 olsa da, meydandakı təbəssümlər oyunun ən gözəl nəticəsi olub.

Züleyxa ƏLİYEVA ,

“Azərbaycan”



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

01:04
06 Oktyabr

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

01:02
06 Oktyabr

Ladislau-Marius Vizerin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında

01:01
06 Oktyabr

J.F.Əliyevanın "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında

01:01
06 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası"nda dəyişiklik edilməsi haqqında

01:00
06 Oktyabr

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

21:55
05 Oktyabr

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

20:57
05 Oktyabr

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

20:37
05 Oktyabr

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

19:43
05 Oktyabr

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

19:40
05 Oktyabr

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

19:37
05 Oktyabr

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb  

19:33
05 Oktyabr

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar  

19:30
05 Oktyabr

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB

18:57
05 Oktyabr

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir  

18:43
05 Oktyabr

Diabetin zəifləməsinə nail olmağın yolu tapılıb

18:41
05 Oktyabr

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib  

18:39
05 Oktyabr

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər  

18:29
05 Oktyabr

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib 

18:26
05 Oktyabr

Bloomberg NATO-nun yeni müdafiə planına çıxış əldə edib

17:58
05 Oktyabr

 Yaponiya pilotsuz nəqliyyat gəmilərinin hazırlanması haqqında qərar verib

17:39
05 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!