01 Oktyabr 2026 15:21
82
CƏMİYYƏT
A- A+
Onlayn kazino şəbəkəsinin üzvləri saxlanılıb 

Onlayn kazino şəbəkəsinin üzvləri saxlanılıb 


Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin (KMBİ) əməkdaşları tərəfindən kiberməkanda qanunazidd fəaliyyətin, o cümlədən internet informasiya resurslarından istifadə edilməklə qanunsuz onlayn qumar oyunlarının təşkili və bu fəaliyyət nəticəsində əldə olunan pul vəsaitlərinin dövriyyəyə daxil edilməsinin qarşısının alınması istiqamətində əməliyyat-texniki tədbirlər davam etdirilir.Həyata keçirilən növbəti tədbirlərlə ölkə ərazisində qanunsuz onlayn qumar oyunlarının təşkilində şübhəli bilinən Xəqani Əlizadə, Vüsal Tağıyev, Asim Zeynal, Emin Mahmudov, Sultanəli Bayramov və Tural Kərimli müəyyən edilərək saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər paytaxtın Yasamal rayonunda yerləşən icarəyə götürdükləri mənzildə ölkə ərazisində istifadəsi qadağan olunmuş “chckeeper.net” internet resursu üzərindən “Tilk007”, “Rahat001” və “Rahat98” adlı virtual kassalar yaradıblar.

Şübhəli şəxslərin “Jaguar casino” və “Rahat casino” adlı profillər vasitəsilə qanunsuz onlayn mərc və qumar oyunlarının təşkilini həyata keçirdikləri, vatsap və teleqram platformalarından istifadə etməklə iştirakçıların cəlb olunmasını və pul vəsaitlərinin qəbulunu təşkil etdikləri müəyyən olunub.

Mənzilə baxış zamanı qanunsuz fəaliyyətin təşkilində istifadə olunduğu müəyyən edilən 55 ədəd mobil telefon, 177 ədəd bank kartı, eləcə də iş üzrə sübut əhəmiyyəti kəsb edən digər elektron məlumat daşıyıcıları və materiallar aşkar edilərək prosessual qaydada götürülüb.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslərin qanunsuz onlayn qumar fəaliyyətinin təşkili və idarə olunması zamanı həyata keçirdikləri maliyyə əməliyyatları üzrə ümumi dövriyyə 5 milyon manatdan artıq olub.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Dəstə üzvlərinin hər biri təqsirləndirilən şəxs qismində istintaqa cəlb ediliblər. Məhkəmənin qərarı ilə onlar barəsində həbs qətimkan tədbiri seçilib

Hazırda toplanmış materiallar üzrə faktların hüquqi qiymətləndirilməsi, qanunsuz fəaliyyət mexanizminin və maliyyə əməliyyatlarının müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Birliyin Gücü – 2026” təlimində Xocavənddə müxtəlif döyüş tapşırıqları icra olunub  

16:07
01 Oktyabr

Şuxrat Xalmuxamedov: “Birliyin Gücü – 2026” hərbi qulluqçular arasında döyüş təcrübəsinin mübadiləsinə imkan yaradır  

15:48
01 Oktyabr

Yaşar Gülər: Bölgəmizdəki bütün vəziyyətləri nəzərə alaraq, “müharibəyə hazır ol” deməkdən başqa şansımız yoxdur  

15:48
01 Oktyabr

AQEM Media Forumu əməkdaşlıq imkanlarını institusional müstəviyə çıxarır  

15:46
01 Oktyabr

Zakir Həsənov: “Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək  

15:45
01 Oktyabr

Zaqrebdə Azərbaycan-Xorvatiya əlaqələri müzakirə olunub

15:44
01 Oktyabr

Bill Qeyts süni intellektin zərərlərinin faydalarından çox olacağını bildirib

15:41
01 Oktyabr

Azərbaycan və Rusiya Baş prokurorluqları arasında Əməkdaşlıq Proqramı imzalanıb  

15:39
01 Oktyabr

Zaqatalada episentrdə 4 bal hiss edilən zəlzələ olub

15:31
01 Oktyabr

Azərbaycan və Yunanıstan arasında Hökumətlərarası Komissiyanın VI iclası baş tutub

15:29
01 Oktyabr

Onlayn kazino şəbəkəsinin üzvləri saxlanılıb 

15:21
01 Oktyabr

Mark Rutte: Hazırda NATO ölkələri üçün Rusiya tərəfindən heç bir təhlükə yoxdur  

15:13
01 Oktyabr

AQTA: Gəncədə orta məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir – YENİLƏNİB

15:08
01 Oktyabr

Mask Pentaqonun gələcəyin müharibələrini araşdıran yeni layihəsinə daxil olub  

15:07
01 Oktyabr

Sözün sərhədi yoxdur

15:03
01 Oktyabr

Xəzərdə güclü küləklə bağlı gəmilərə xəbərdarlıq edilib

15:01
01 Oktyabr

Daxili işlər naziri MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak edib  

14:49
01 Oktyabr

“Birliyin Gücü-2026”: Üç ölkənin müdafiə nazirləri silah və hərbi texnika sərgisinə baxıblar  

14:46
01 Oktyabr

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilib YENİLƏNİB 3 

14:30
01 Oktyabr

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir  

14:21
01 Oktyabr

Kubanıçbek Ömüralıyev: Zəngəzur dəhlizi Şərq və Avropa arasındakı marşrut üçün çox vacibdir  

14:09
01 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!