08 Aprel 2026 08:40
352
SİYASƏT
A- A+
Azərbaycanın suverenliyinə aid məsələlər müzakirə predmeti deyil

Azərbaycanın suverenliyinə aid məsələlər müzakirə predmeti deyil


Ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar edilməsinə dair saziş layihəsinin paraflanması ilə Bakı və Ermənistan arasında önəmli bir mərhələ qət olunub. Hazırda Ermənistan tərəfindən əvvəlki dövrlərdən fərqli olaraq ərazi iddiaları da daxil hər hansı obyektiv, yaxud subyektiv tələblərin irəli sürülmədiyi və de-fakto sülhə nail olunduğu bir situasiyada Rusiyanın bir sıra dövlət və hökumət rəsmilərinin, o cümlədən hakimiyyət dairələrinə bağlı ayrı-ayrı media qurumlarının Azərbaycan və Ermənistan arasında yeni müzakirə dalğası yaratması qəbuledilməzdir. Reallıqları əks etdirməyən məsələlərin gündəmə gətirilməsi, xüsusən Azərbaycanın beynəlxalq hüquqla tanınan Qarabağ bölgəsinin rəsmi Bakının iştirak etmədiyi və razılığı soruşulmadan müzakirə mövzusuna çevrilməsi yolverilməzdir və ilk növbədə beynəlxalq hüququn hamılıqla tanınmış normalarında əksini tapan prinsiplərlə daban-dabana zidd davranışdır. 

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov qəzetimizə açıqlamasında bildirib ki, Vətən müharibəsi və antiterror tədbirləri ilə bu gün Rusiya rəsmilərinin gündəmdə saxlamağa çalışdığı mövzu, o cümlədən həmin kontentin əsasında dayanan separatizm  artıq tarixin arxivinə qovuşub. Prezident İlham Əliyevin liderliyində yaranan yeni reallıqda hətta Ermənistan belə ötən bir ilə yaxın dövrdə analoji məzmunlu müzakirələrdə maraqlı görünməmişdir. "Məhz bu reallığın nəticəsidir ki, Azərbaycan və Ermənistan arasında artıq uzun müddətdir ki, silahlar susub, sərhədlərin delimitasiya və demarkasiyası istiqamətində real nəticələrə gətirib çıxaran addımlar atılıb və bu proses hazırda da davam etməkdədir. Eyni zamanda Azərbaycan ərazisindən tranzit məhdudiyyətinin götürülməsi ilə üçüncü ölkələrdən daşınan yüklər, habelə ölkəmizin məhsulları Ermənistana heç bir maneə olmadan çatdırılmaqdadır. Ölkələr arasında ticari münasibətlərin bərqərar olunması ilə yanaşı, artıq Bakı və İrəvan bir çox beynəlxalq məsələdə, habelə çoxtərəfli müstəvilərdə qarşılıqlı dəstəkdə ifadə olunan mövqe nümayiş etdirir və mümkün qədər sülhün möhkəmləndirilməsinə xidmət edən ritorikaya üstünlük verirlər. Belə bir şəraitdə şimal qonşumuzda rəsmi və ictimai dairələrin Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş daxili məsələlərinə müdaxilə xarakterli bəyanatlar səsləndirməsi, xüsusən Rusiya və Ermənistan liderləri arasında 1 aprel görüşünün ardınca bu tip müzakirələrin geniş vüsət alması birmənalı şəkildə regionda dayanıqlı sülh və sabitlik şəraitinin heç də bütün güclər tərəfindən alqışlanmadığını göstərir. Daha dəqiq desək, bir sıra qlobal subyektlər Cənubi Qafqazda mümkün münaqişə ehtimalına öz maraqlarının təmini üsulu kimi baxmaqdan hələ də çəkinməyiblər. Çox təəssüflər olsun ki, Azərbaycanla qarşılıqlı müttəfiqlik münasibətlərinə malik olmasına baxmayaraq, bu qəbuledilməz ritorikanın əsas daşıyıcısı kimi məhz Rusiya çıxış edir. Xarici İşlər Nazirliyinin 5 aprel bəyanatında da ifadə olunduğu kimi, rəsmi Bakı diplomatik kanallar vasitəsilə Azərbaycanın Qarabağ bölgəsindən siyasi spekulyasiyalarda istifadə edilməsinin qəbuledilməzliyinə dair mövqeni Rusiya Prezidenti Administrasiyasına, bu ölkənin hökumətinə və Xarici İşlər Nazirliyinin diqqətinə çatdırıb", - deyə o əlavə edib.

Deputat qeyd edib ki, bu mövzunun hələ də Rusiya tərəfinin rəsmi siyasi diskursunda davam etməsi, Peskovun "Vesti" kanalına son müsahibəsində Ermənistan-Rusiya münasibətlərinə dair mövqe bildirərkən Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi kimi tanınmasına dair spekulyativ şərh verməkdən çəkinməməsi rəsmi Moskvanın regionda dayanıqlı sülh və sabitlikdə o qədər də maraqlı görünməyən imicinin formalaşması üçün heç də haqsız görünməyən arqumentlər toplusu formalaşdırır. Yəni Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olması, hər hansı bir dövlətin qərarına deyil, tarix, beynəlxalq hüquq və ədalətə söykənməsi, 2020-ci il 44 günlük Vətən müharibəsi və 2023-cü il birgünlük antiterror tədbirləri nəticəsində bu reallığın bir daha təsdiq və bərqərar olunması fonunda Rusiyanın ölmüş bir mövzunu gündəmdə saxlamağa çalışması süni düyün nöqtəsi formalaşdırmaq cəhdindən fərqli bir məzmunda izah oluna bilmir. Görünən odur ki, bu gün Rusiyada hələ də ayrı-ayrı dairələr imperialist təfəkkürdən qurtula bilməyib, Cənubi Qafqazda öz maraqlarını bərabərhüquqlu əməkdaşlığa əsaslanan situasiyada yox, "parçala və hökm sür" direktivi işığında təmin etməyə cəhd göstərirlər. Bu da nəinki Moskvanın Cənubi Qafqazdakı maraqlarını təmin etmir, üstəlik, Rusiyanın bölgədəki nüfuzunu ciddi şəkildə sarsıdır. 

B.Məhərrəmov bildirib ki, şimal qonşumuz, xüsusən bu məzmunlu müzakirələri aparmaqda fəallıq göstərən dairələr çox da uzaq olmayan tarixə ekskursiya edərək Rusiya Federasiyası da daxil olmaqla heç bir ölkənin heç bir dövrdə Qarabağ bölgəsi də daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü sual altına qoya bilmədiyini, hətta işğal dövründə belə cari istiqamətdə dilemma xarakterli süni situasiya formalaşdırmağa nail olunmadığını görə bilərlər: "Bu mənada Azərbaycanın hər hansı bölgəsinin ikinci və üçüncü dövlətlər arasında müzakirələr zamanı danışıqlar predmeti, yaxud mövzusu kimi, hətta arqumentləri gücləndirəcək element kimi belə istifadə olunması BMT Nizamnaməsi və beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsiplərin, ələlxüsus dövlətlərin daxili yurisdiksiyasında olan məsələlərə qarışılmasının yolverilməzliyi prinsipinin kobud pozuntusudur və heç bir formada nə müzakirə tərəflərinə, nə də müzakirənin əhatələdiyi regionda sülhə, sabitliyə və rifaha fayda verə bilər. Hazırda regionda hökm sürən və bölgə dövlətlərinin və xalqlarının maraq, mənafe və rifahını ifadə edən cari reallıq məhz Prezident İlham Əliyevin liderliyində Azərbaycan dövlətinin hərbi-siyasi qələbələri ilə formalaşdığı və qlobal miqyasda qəbullanıldığı bir şəraitdə bu kimi qəbuledilməz və beynəlxalq hüquqa zidd cəhdlər regionun təhlükəsiz gələcəyini sığortalayan cari konfiqurasiyanı zədələmək gücündə deyil. Ölkəmizin ümumbəşəri dəyərləri rəhbər tutması, bütün dünya dövlətləri və xalqları ilə sülhün, əmin-amanlığın hökm sürdüyü və beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsiplərin rəhbər tutulduğu şəraitdə əməkdaşlığı özünün çoxvektorlu xarici siyasət kursunun prioritetlərindən birinə çevirdiyi şəraitdə hər hansı bir dövlətin, o cümlədən regionla dərin tarixi, siyasi, mədəni və humanitar əlaqələrə malik Rusiyanın qeyri-praqmatik mövqe və davranış sərgiləməsi arzu-olunan deyil və bölgəyə müsbət nə isə vəd edə bilməz". 

Deputat vurğulayıb ki, bu baxımdan rəsmi Moskva Azərbaycanın suverenliyinə aid məsələlərin nə Rusiya-Ermənistan, nə də Rusiyanın hər hansı dövlətlə münasibətlərində müzakirə mövzusu ola bilməyəcəyini başa düşməli və regionda maraqlarını bu kimi effektsiz və çürük imperialist niyyətlərdə ifadə olunan dolayı kombinasiyalarla deyil, beynəlxalq hüququn rəhbər tutulduğu, birbaşa sağlam əməkdaşlıq konfiqurasiyasına əsaslanan fəaliyyətlə təmin etməlidir. Şimal qonşumuz, nəhayət, anlamalıdır ki, rəsmi Bakı Rusiya Federasiyası ilə hansısa süni gərginlikdə yox, bir neçə əsrlik dərin tarixi kökə malik siyasi, mədəni və humanitar bağlar vasitəsilə həm Rusiya, həm də Azərbaycanın mənafelərinə, bütövlükdə regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə, əməkdaşlığın dərinləşməsinə xidmət edən reallığın formalaşdırılmasında maraqlıdır.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanlı alpinist 9-cu yüksək zirvəni fəth edib

23:02
19 Aprel

Zelenski: Kiyevdə terror aktından sonra polis orqanlarında kadr islahatları aparılacaq

22:09
19 Aprel

Vens İranla İslamabadda keçiriləcək növbəti danışıqlarda iştirak edəcək

19:28
19 Aprel

Tramp: İranla razılaşma əldə etmək prosesi çox sürətlə getməlidir  

19:08
19 Aprel

Antalya Diplomatiya Forumu başa çatıb

17:28
19 Aprel

Prezidentin Mətbuat Xidmətinin məlumatı

16:07
19 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

15:14
19 Aprel

DİM: Bu gün keçirilən imtahanların nəticələri 6 həftədən sonra elan ediləcək  

14:48
19 Aprel

Aktoti Raimkulova: Azərbaycan regionda balanslı və sülhpərvər siyasəti ilə seçilir

14:23
19 Aprel

Antalyada Bakı Türkoloji Qurultayının türk kimliyinə təsirləri barədə danışılıb 

14:13
19 Aprel

Baş Qərargah: Ukrayna “Neptun” raketi ilə Rusiyanın hərbi zavodunu vurub

13:51
19 Aprel

Türk Dil Qurumunun sədri: Əlifba birliyi ortaq dəyərlərimizi daha aydın və hiss olunan səviyyəyə yüksəldəcək  

13:29
19 Aprel

Ramil Həsən: Biz müxtəlif millətlərin planlarının bir hissəsi deyilik, biz eyni millətin övladlarıyıq, türkük  

13:19
19 Aprel

Sultan Raev: Dünya Türk Dilləri Ailəsi Gününün təsis olunması türk irsinin qlobal səviyyədə tanınmasını gücləndirir  

12:59
19 Aprel

Sabaha olan hava proqnozu açıqlanıb

12:39
19 Aprel

Aktoti Raimkulova: Bu gün həyata keçirdiyimiz bir çox təşəbbüs bir əsr əvvəl dövrün ziyalıları tərəfindən irəli sürülən ideyalara əsaslanır  

12:16
19 Aprel

Şahin Mustafayev: Bakı Türkologiya Qurultayında Türk dünyasının gələcəyi baxımından mühüm qərarlar qəbul edilib  

11:47
19 Aprel

TDT-nin Baş katibi: Bakı Türkologiya Qurultayı Türk dünyasının inteqrasiyasının təməlini qoyan tarixi bir mərhələ idi  

11:38
19 Aprel

“Shandian” adlı robot Pekin robot-insan yarımarafonunun qalibi olub

10:57
19 Aprel

Azərbaycan ilə Meksika arasında diaspor fəaliyyətinə dair memorandum imzalanıb  

10:56
19 Aprel

Nazir Ceyhun Bayramov Tailanda işgüzar səfərə yola düşüb

10:55
19 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!