08 Aprel 2026 08:45
263
İQTİSADİYYAT
A- A+
Sınaqlardan çıxan yaxın qonşuluq, uzaq gələcəyə hesablanan strateji tərəfdaşlıq

Sınaqlardan çıxan yaxın qonşuluq, uzaq gələcəyə hesablanan strateji tərəfdaşlıq


Hazırkı geosiyasi reallıqda Azərbaycan - Gürcüstan münasibətləri qonşuluq əlaqələrindən çıxaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu yaxınlıq iki ölkə arasında yalnız siyasi koordinasiyanı deyil, həm də iqtisadi əməkdaşlığın genişlənməsini təmin edir. Xüsusilə ticarət, enerji, nəqliyyat və investisiya sahələrində əlaqələrin dərinləşməsi regional iqtisadi inteqrasiya və dayanıqlı inkişafdan xəbər verir.

İki gün öncə Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri və səfər çərçivəsində verilən rəsmi bəyanatı da göstərdi ki, Azərbaycan - Gürcüstan münasibətləri yalnız mehriban qonşuluq əlaqələri ilə məhdudlaşmır. Bu münasibətlər artıq dərin köklərə malik strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Hər iki ölkə qarşılıqlı hörmət və etimad üzərində qurulmuş  əməkdaşlığı ilbəil genişləndirərək region üçün nümunəvi model yaradır. Azərbaycan ilə Gürcüstan arasındakı ortaq maraqlar, regionun sabitliyi və inkişafı naminə birgə səyləri daha da möhkəmləndirir.

Ölkələrimizi və xalqlarımızı təkcə iqtisadi amillər deyil, həm də dərin tarixi və mədəni köklər birləşdirir. Əsrlər boyu gürcü və Azərbaycan xalqları qardaşlıq,  dostluq şəraitində yaşayıb, bir-birinin mədəniyyətinə və adət-ənənələrinə hörmət göstəriblər. Bu gün həmin ənənələr gündəlik həyatda və dövlətlərarası münasibətlərdə özünü qoruyub saxlayır. İqtisadi əməkdaşlıq isə  tarixi bağları daha da gücləndirir: iki ölkə arasında müxtəlif sahələri əhatə edən layihələr region üçün strateji əhəmiyyət kəsb edir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru xətti və müasir nəqliyyat-logistika infrastrukturu  Azərbaycanla Gürcüstanın ortaq iqtisadi dəyərləridir. Bu cür dəyərlərə söykənən əməkdaşlıq qarşılıqlı maraqlara, etimada və regionun dayanıqlı inkişafına xidmət edir.

Azərbaycanla Gürcüstanın iqtisadi əməkdaşlığı uzun və zəngin tarixə malikdir. Hələ sovetlər dönəmində  enerji və nəqliyyat sahələrində formalaşmış əməkdaşlıq indi müstəqillikdən və ortaq maraqlardan doğan yeni çalarlarla davam edir. Nəqliyyat-logistika sahəsindəki birgə investisiyalar, sərhəd-keçid məntəqələrinin modernləşməsi və regional ticarət dəhlizlərinin formalaşması iqtisadi əlaqələri daha da möhkəmləndirib. Uzunmüddətli əməkdaşlıq və qarşılıqlı inam fonunda, İlham Əliyevin də dediyi kimi, "Gürcüstan və Azərbaycan hər zaman olduğu kimi yenə də birgədir". Bu birlik təbii ki,  sadəcə, söz olaraq qalmır, iqtisadi, siyasi və mədəni sahələrdə davamlı olaraq özünü göstərir. Səfər zamanı Prezident İlham Əliyev Gürcüstanın iqtisadi inkişafını yüksək qiymətləndirərək vurğulayıb ki, qonşu ölkədə sərmayə üçün müsbət iqlim mövcuddur: "Gürcüstanın dinamik iqtisadi inkişafı göz önündədir". 

Bu yanaşma bir daha göstərir ki, regionda iqtisadi sabitliyin əsas qüvvə və hərəkətverici amili siyasi sabitlikdir.  "Biz iqtisadi sahədə böyük uğurlar əldə etmişik. Keçən il bizim ticarət dövriyyəmiz 800 milyon dollardan çox olmuşdur və bu ilin ilk rübündə yenə də artım kifayət qədər yüksəkdir. Belə gedərsə, biz bəlkə də ilin sonuna qədər bir milyard rəqəminə də çatacağıq. Qeyd etdiyim kimi, Gürcüstanda mövcud olan çox müsbət sərmayə iqlimi Azərbaycan investorlarını da həvəsləndirir və bu günə qədər Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 3,7 milyard dollar sərmayə qoyulmuşdur. Biz bu gün həm Azərbaycan, həm də Gürcüstan üçün yeni investisiya layihələri haqqında fikir mübadiləsi aparmışıq və nə vaxtsa üçüncü ölkələrə də birgə sərmayə qoyuluşu nəzərdə tutula bilər", - bəyanatı ilə  Prezident İlham Əliyev hər iki ölkə arasında  iqtisadi  münasibətlərin yüksək perspektivi olduğuna da diqqət çəkdi.

Azərbaycan və Gürcüstan arasında iqtisadi əlaqələr regional ticarət və tranzit baxımından mühüm əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, son zamanlar Ermənistana göndərilən ticarət məhsullarının bir hissəsi Azərbaycan və Gürcüstan ərazisindən tranzit olunur. Bu, hər iki ölkənin nəqliyyat, logistika infrastrukturunun strateji əhəmiyyətinin nə dərəcədə yüksək olduğunu göstərir, regional ticarət və iqtisadi əməkdaşlıq üçün önəmini artırır. Xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu və avtomobil yolları regional ticarətin səmərəli həyata keçirilməsinə imkan yaradır. Belə tranzit yollar Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlığı gücləndirir, ticarət dövriyyəsini artırır və investisiya imkanlarını genişləndirir. Bu baxımdan Prezidentin məsələ ilə bağlı Tbilisidə səsləndirdiyi fikirlər diqqətçəkəndir: "Deyə bilərəm ki, bu prosesi gücləndirmək üçün, sadəcə olaraq, imzalanmış sənədlər yetərli deyil. Biz hər an, hər addım atıldıqda gərək bu sülhü gücləndirək və bunun ən yaxşı istiqaməti də ticarətdir. Bu gün Azərbaycanla Ermənistan arasında ticarət Gürcüstan vasitəsilə həyata keçirilir. Buna görə Gürcüstan hökumətinə öz təşəkkürümü bildirmək istərdim". 

Görünən odur ki, Gürcüstanın tranzit imkanları regionun qlobal əhəmiyyətini artıran əsas amillərdəndir. "Cənub qaz dəhlizi" və Bakı-Tbilisi-Ceyhan kimi layihələr iqtisadi və  geosiyasi baxımdan mühüm rol oynayır. Eləcə də Orta dəhliz layihəsi Azərbaycan və Gürcüstanı Avropa ilə Asiya arasında strateji nəqliyyat körpüsünə çevirir. İlham Əliyevin də qeyd etdiyi kimi, bu dəhliz artıq "əsas nəqliyyat damarı" funksiyasını daşıyır və onun genişləndirilməsi prioritet istiqamətlərdəndir. Orta dəhliz çərçivəsində həyata keçirilən infrastruktur layihələri - dəmir yolları, limanlar və logistika mərkəzləri  hər iki ölkənin iqtisadiyyatına ciddi təsir göstərərək Azərbaycanın və Gürcüstanın tranzit potensialını genişləndirir. Bu layihələr yeni iş yerlərinin yaradılmasına, biznes mühitinin yaxşılaşmasına və xarici investisiyaların artmasına imkan yaradır.

Tbilisi səfəri bir daha göstərdi ki, Azərbaycan-Gürcüstan münasibətləri möhkəm təməllər üzərində qurulub və gələcəyə istiqamətlənib. İki ölkə arasında mövcud olan qarşılıqlı etimad, siyasi iradə və ortaq maraqlar bu tərəfdaşlığın uzunmüddətli və davamlı olacağına əminlik yaradır. Belə münasibətlər yalnız iki dövlət üçün deyil, həm də bütövlükdə regionun sabitliyi və inkişafı üçün əhəmiyyətlidir.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanlı alpinist 9-cu yüksək zirvəni fəth edib

23:02
19 Aprel

Zelenski: Kiyevdə terror aktından sonra polis orqanlarında kadr islahatları aparılacaq

22:09
19 Aprel

Vens İranla İslamabadda keçiriləcək növbəti danışıqlarda iştirak edəcək

19:28
19 Aprel

Tramp: İranla razılaşma əldə etmək prosesi çox sürətlə getməlidir  

19:08
19 Aprel

Antalya Diplomatiya Forumu başa çatıb

17:28
19 Aprel

Prezidentin Mətbuat Xidmətinin məlumatı

16:07
19 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

15:14
19 Aprel

DİM: Bu gün keçirilən imtahanların nəticələri 6 həftədən sonra elan ediləcək  

14:48
19 Aprel

Aktoti Raimkulova: Azərbaycan regionda balanslı və sülhpərvər siyasəti ilə seçilir

14:23
19 Aprel

Antalyada Bakı Türkoloji Qurultayının türk kimliyinə təsirləri barədə danışılıb 

14:13
19 Aprel

Baş Qərargah: Ukrayna “Neptun” raketi ilə Rusiyanın hərbi zavodunu vurub

13:51
19 Aprel

Türk Dil Qurumunun sədri: Əlifba birliyi ortaq dəyərlərimizi daha aydın və hiss olunan səviyyəyə yüksəldəcək  

13:29
19 Aprel

Ramil Həsən: Biz müxtəlif millətlərin planlarının bir hissəsi deyilik, biz eyni millətin övladlarıyıq, türkük  

13:19
19 Aprel

Sultan Raev: Dünya Türk Dilləri Ailəsi Gününün təsis olunması türk irsinin qlobal səviyyədə tanınmasını gücləndirir  

12:59
19 Aprel

Sabaha olan hava proqnozu açıqlanıb

12:39
19 Aprel

Aktoti Raimkulova: Bu gün həyata keçirdiyimiz bir çox təşəbbüs bir əsr əvvəl dövrün ziyalıları tərəfindən irəli sürülən ideyalara əsaslanır  

12:16
19 Aprel

Şahin Mustafayev: Bakı Türkologiya Qurultayında Türk dünyasının gələcəyi baxımından mühüm qərarlar qəbul edilib  

11:47
19 Aprel

TDT-nin Baş katibi: Bakı Türkologiya Qurultayı Türk dünyasının inteqrasiyasının təməlini qoyan tarixi bir mərhələ idi  

11:38
19 Aprel

“Shandian” adlı robot Pekin robot-insan yarımarafonunun qalibi olub

10:57
19 Aprel

Azərbaycan ilə Meksika arasında diaspor fəaliyyətinə dair memorandum imzalanıb  

10:56
19 Aprel

Nazir Ceyhun Bayramov Tailanda işgüzar səfərə yola düşüb

10:55
19 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!