30 Dekabr 2022 02:27
790
CƏMİYYƏT
A- A+
Yeni il ərəfəsində bizim Bakı gecələri

Yeni il ərəfəsində bizim Bakı gecələri

 

Qış öz hökmündədir. Paytaxt sakinlərinin, xüsusən də uşaqların həsrətlə gözlədiyi qardan səs-soraq olmasa da, hətta sinoptiklər bu yöndə bir "vəd" verməsələr də, qış şaxtası-sazağı ilə öz sözünü deyir. Əsasən də səhər ertən və gecələr bayır-bacaqda çox soyuq olur. Ancaq Bakının yeni il ərəfəsi gecələri o qədər füsünkardır ki, onların gözəlliyinə nə şaxta-sazaq, nə də Xəzərin şıltaq, ərköyün küləyi xələl gətirə bilir. Gecədən xeyli keçmiş də bayram libaslı küçələrdə, park və xiyabanlarda gəzib-dolaşan insanlara rast gəlmək mümkündür.
Bir retro mahnının sözləri yada düşür:

Aylı gecə... doğma şəhər...
Ətrafına sal bir nəzər,
Yollarını nurla bəzər
Bizim Bakı gecələri.

Bakı gecələrinin gözəlliyi həmişə dillər əzbəri olub. Paytaxtımız böyüdükcə, ildən-ilə deyil, bəlkə də aydan-aya genişləndikcə, ən mötəbər beynəlxalq tədbirlərə evsahibliyi edən meqapolisə çevrildikcə onun gecələrinin də cazibəsi artıb. Yaşadığımız indiki bayramqabağı günlərdə bu, daha əyani, daha aydın görünür.
Yaşlı paytaxt sakinləri yəqin yaxşı xatırlayırlar ki, illər əvvəl ən yaraşıqlı, ən təmtəraqlı yolka Bakının baş yolkası olardı. O da hər il şəhərin mərkəzi yerlərindən birində qurulardı. Zamanımızda mənzərə bambaşqadır. Yolkaların biri Dənizkənarı Milli Parkda, o birisi  "Azneft" meydanında "meydan oxuyur". Digəri özünə qədim "Qız qalası"na yaxın məkan seçib. Fəvvarələr meydanında, başqa mərkəzi küçələrdə ucalan, ayrı-ayrı parklardan boylananlar da var. Başqa birisi fərqlənmək üçün "yaxa"sına "2023" rəqəmini vurub... İndi hünərin var, tap görüm bu əsrarəngiz yolkaların hansıdır baş yolka?! Gündüzün gözəlliyini artırdıqları bir yana qalsın, gecələri də nura, işığa qərq ediblər. Axı indinin yolkası başından-budağından 10-15 rəngli oyuncaq asılmış küknar və ya şam ağacı deyil. Bugünün yolkaları Yeni il qabağı gecələrimizi çıraqban edən bənzərsiz çilçıraqlardır. İşıqlı Azərbaycanın - regionun ən işıqlı ölkəsinin yolkalarıdır. Həm də bir deyil, beş deyil, paytaxtın hər rayonunda, hər qəsəbəsində yolkalar qurulub. Heç biri də digərinə bənzəmir. Sanki gözəllik yarışına çıxıblar: hansımız daha cazibəli, daha işıqlıdır?! Bax beləcə, Bakımızın gecələri də gündüzə dönüb. 
Yolkaların ətrafından, səkilərdən ayaq səsləri gecədən xeyli keçənədək çəkilmir. Şəhərin geniş küçə və prospektləri ilə səhərəcən maşınlar şütüyür. Axı Bakı Yeni il astanasındadır... Yeri gəlmişkən, təkcə Bakı deyil, ölkənin bütün şəhər və kəndləri indi yolka bəzəklidir. Gəncəli, Naxçıvanlı, Şuşalı, Şirvanlı, Şəkili, Qubalı, Lənkəranlı... Azərbaycan Yeni il yolkalarının işığına bürünüb. Uzaq Ağalı kəndimizdə də "ağıllı" yolka bərq vurur. Odur ki, təkcə gündüzümüzün deyil, gecələrimizin də işığı düşmənin, bizi gözü götürməyənlərin gözünü qamaşdırıb onları kor edir... 
Biz isə yeni ilə açıq ürəklə, gülər üzlə gedirik. 2021-ci və 2022-ci ili artıq ürəyimizdə yurd nisgili olmadan qarşıladıq. 2023-ə daha şövqlə, daha həvəslə, daha böyük inam və ümidlərlə qədəm qoyuruq. Çünki qurub-yaratmaqdayıq, gücümüz çoxalır, nüfuzumuz artır. Uzun illər xalqımızın "Hər qaranlıq gecənin bir işıqlı səhəri var" inamı ilə yaşadıq. Müdrik Prezidentimiz, Müzəffər sərkərdəmiz İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək o məqsədə çatdıq. Ona görə də indi bayramlarımızı daha şadyanalıqla keçiririk. Bütün ölkənin timsalında Bakının Yeni il şərəfinə belə bəzənməsi də (elə bəzənməsi ki, az qala gündüzü gecəsinin gözəlliyinə həsəd aparır ) bu əhvali-ruhiyyədən, bu xoş ovqatdan irəli gəlir.
Şükür, artıq koronaviruş adlı pandemiyanın qadağalarından da azad olmuşuq. Şəhərin gəzməli-görməli yerləri, əyləncə mərkəzləri sakinlərinin və çoxsaylı qonaq-qarasının üzünə açıqdır. Çoxlarımız isə Yeni il axşamı bir-birimizin evinə qonaq getməyə, qohumlarımızla, dostlarımızla bayramlaşmağa, gözəl libas geyinmiş Bakının gecəsini eyvanlardan, pəncərələrdən bir daha seyr etməyə hazırlaşırıq. 

Əsər külək sərin-sərin
Qucağında göy Xəzərin,
Gözəlidir gecələrin
Bizim Bakı gecələri.

Yeni il ərəfəsində isə bizim Bakı gecələri daha da gözəldir. Bu gözəllik əmin-amanlığın əks-sədası, işıqlı günlərin güzgüsü, xoş güzəranın nümunəsi, təzahürüdür. 

Flora SADIQLI,
İlham BABAYEV (foto),
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!