16 Dekabr 2025 19:22
387
SİYASƏT
A- A+
Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub


Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) dəvəti ilə 15 dekabr - Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankara şəhərində keçirilən tədbirdə iştirak edib.

YAP-dan AZƏRTAC-a verilən məlumata görə, Türkiyə Prezidenti, AK Parti Sədri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən tədbirdə partiyanın “Türk Dünyası Strateji Baxış Sənədi” təqdim olunub.

Tədbirdə çıxış edən AK Parti Sədrinin Türk dövlətləri ilə əlaqələr üzrə müavini, Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Kürşad Zorlu konsepsiyada qarşıya qoyulan əsas hədəfin türk dövlətləri arasında bütün səviyyələrdə əlaqələrin daha da möhkəmləndirilməsi və Türk dünyasının ortaq gələcəyinin formalaşdırılması olduğunu bildirib.

Sonra Prezident Rəcəb Tayyib Ərdoğan çıxış edərək, beynəlxalq müstəvidə, o cümlədən Türk dünyasında sülh və təhlükəsizlik naminə işbirliyinin önəmini diqqətə çatdırıb, xalqların rifahı və ölkələrin tərəqqisi naminə beynəlxalq hüququn normalarına əsaslanan məqsədyönlü siyasətin vacibliyinə toxunub.

Dövlət başçısı çıxışında Türk Dövlətləri Təşkilatının yaradılması və çoxşaxəli fəaliyyətinin Türk dünyasında birliyin, əməkdaşlığın gücləndirilməsində müstəsna rolunu qeyd edərək “Türk Dünyası Strateji Baxış Sənədi”nin qəbul olunması ilə bu istiqamətdə çox mühüm bir addımın atıldığını vurğulayıb. “Türk xalqlarının çoxəsrlik bilik və təcrübəsini özündə ehtiva edən bu sənəd növbəti yüzilliyin hədəflərinin gerçəkləşdirilməsində önəmli bir bələdçi rolunu oynayacaqdır”, - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

O, ortaq türk əlifbası ilə belə bir konseptual sənədin hazırlanmasını AK Partinin qlobal məsuliyyət hissi ilə Türk dünyasında həmrəyliyi gücləndirmək iradəsinin konkret təzahürü adlandıraraq deyib: “Türk dövlətləri arasında inteqrasiyanı dərinləşdirməyi və institusional çərçivədə çoxşaxəli əməkdaşlığı gücləndirməyi hədəfləyirik. İqtisadi inkişafa, mənəvi həmrəyliyə nail olmaq, strateji əməkdaşlığı və regional təhlükəsizliyi təmin etmək gələcəyə baxışımızın mərkəzində duran əsas məqsədlərdir. Sənədi hazırlayarkən mövcud beynəlxalq müqavilələri, ikitərəfli və çoxtərəfli əməkdaşlığı, qlobal prosesləri nəzərə almışıq. Eyni zamanda, Türk dünyasında siyasi və iqtisadi transformasiyaları, ölkələrimizin xarici siyasət perspektivlərini diqqət mərkəzində saxlayaraq milli maraqları rəhbər tutmuşuq”.

Rəcəb Tayyib Ərdoğan mədəni əməkdaşlıqdan iqtisadi inteqrasiyaya, enerji təhlükəsizliyindən çoxşaxəli nəqliyyat şəbəkələrinə, təhsildən gənclər siyasətinə qədər geniş sahələri ehtiva edən sənədin türk dövlətlərinin mövcud potensialından səmərəli istifadə etməyi hədəflədiyini vurğulayıb: “Türk dünyasının gələcəyi ilə bağlı planlar ümumi təkliflərdən konkret layihələrə çevrilir. Biz əlaqələndirməni gücləndirən, qərar qəbuletmə mexanizmlərini sürətləndirən və birgə layihələrin həyata keçirilməsini mümkün edən idarəetmə modelini təqdim edirik. Bu addımlar sayəsində əməkdaşlığımız daha sistemli olacaq, qərarlar operativ və səmərəli şəkildə icra ediləcək”.

Türkiyə Prezidenti BMT-nin mədəniyyət agentliyi olan UNESCO-nun Səmərqənddə keçirilən Baş Konfransının qərarı ilə dekabrın 15-nin Dünya Türk Dili Ailəsi Günü elan olunmasının əhəmiyyətinə toxunaraq, diqqəti bu xüsusda Türk dövlətlərinin qarşısında duran vəzifələrə cəlb edib.

Səfər çərçivəsində YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov AK Parti Sədrinin Türk dövlətləri ilə əlaqələr üzrə müavini, TBMM-in üzvü Kürşad Zorlunun adından tədbir iştirakçılarının şərəfinə verilən rəsmi ziyafətə də qatılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ gərginliyin azaldılması yolu ilə Rusiya ilə Avropa arasında etimadı gücləndirməyi planlaşdırır  

11:24
25 Yanvar

Tramp: Çinlə razılaşma əldə olunarsa, ABŞ Kanadaya 100 faiz tarif tətbiq edəcək  

11:10
25 Yanvar

Antimilli qüvvələr dezinformasiya kampaniyalarında alət kimi istifadə olunur

11:01
25 Yanvar

Uitkoff gələn həftə BƏƏ-də danışıqların davam etdiriləcəyini təsdiqləyib  

10:59
25 Yanvar

ABŞ Putin və Zelenski arasında görüşün tezliklə baş tuta biləcəyinə inanır  

10:56
25 Yanvar

Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına səfər edib  

10:27
25 Yanvar

Liviya Enerji və İqtisadiyyat Sammiti çərçivəsində xarici şirkətlərlə müqavilələr imzalanıb  

23:11
24 Yanvar

İraq Suriya ilə sərhəd boyunca beton divarın tikintisini yekunlaşdırır  

22:08
24 Yanvar

Laçının sağlamlıq keşikçiləri: doğma yurda qayıdışla başlayan məsuliyyətli xidmət  

20:00
24 Yanvar

Zelenski Əbu-Dabi danışıqlarını konstruktiv adlandırıb  

19:23
24 Yanvar

Misli Premyer Liqası: "Kəpəz" "Qarabağ"ı məğlub edib

18:56
24 Yanvar

“Həm evimiz var, həm işimiz” - Kəlbəcər sakininin qayıdış sevinci 

18:47
24 Yanvar

NATO Baş katibinin müavini: Azərbaycanla qarşılıqlı faydalı olan sahələrdə əməkdaşlığı davam etdirməyi planlaşdırırıq

18:09
24 Yanvar

Ötən il DOST mərkəzlərində 887 min vətəndaşa xidmət göstərilib  

17:57
24 Yanvar

Danimarkanın Baş naziri Trampın NATO-nun Əfqanıstan missiyası barədə sözlərini pisləyib  

17:32
24 Yanvar

Misli Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib

16:10
24 Yanvar

Ali Məhkəmə Plenumunun 2025-ci ilin yekunlarına həsr olunmuş iclası keçirilib

16:01
24 Yanvar

İraq İŞİD-dən olan əcnəbi məhbusları ölkələrinə təhvil verməyə başlayır

15:53
24 Yanvar

Braziliya Çin vətəndaşları üçün vizanı ləğv edir

15:39
24 Yanvar

Əbu-Dabidə Rusiya, ABŞ və Ukraynanın iştirakı ilə danışıqlar davam edir

14:52
24 Yanvar

Astanada Konstitusiya islahatları komissiyasının ilk iclası keçirilir

13:49
24 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!