16 Dekabr 2025 18:24
955
PARLAMENT
A- A+
Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  


Milli Məclisin növbəti iclasının gündəliyi bəlli olub.

AZƏRTAC xəbər verir ki, parlamentin dekabrın 19-da keçiriləcək iclasında aşağıdakı 12 məsələ müzakirə olunacaq:

1. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi;

2. “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1194-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi;

3. “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi;

4. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);

5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);

6. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);

7. “Notariat haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);

8. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);

9. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Tütün və tütün məmulatları haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);

10. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş);

11. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş);

12. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Gənclər siyasəti haqqında”, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Təhsil haqqında”, “Sosial xidmət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Ümumi təhsil haqqında”, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2024-cü il 29 noyabr tarixli 79-VIIQD nömrəli və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2025-ci il 7 mart tarixli 151-VIIQD nömrəli Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

16:58
25 Yanvar

Otuz illik həsrətin şirin bəhrəsi: Kəlbəcərdə qədim arıçılıq ənənələri yenidən dirçəlir

15:06
25 Yanvar

FHN Füzulidə buz bağlamış yollarda köməksiz vəziyyətdə qalan vətəndaşlara kömək edib

13:04
25 Yanvar

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

12:41
25 Yanvar

ABŞ gərginliyin azaldılması yolu ilə Rusiya ilə Avropa arasında etimadı gücləndirməyi planlaşdırır  

11:24
25 Yanvar

Tramp: Çinlə razılaşma əldə olunarsa, ABŞ Kanadaya 100 faiz tarif tətbiq edəcək  

11:10
25 Yanvar

Antimilli qüvvələr dezinformasiya kampaniyalarında alət kimi istifadə olunur

11:01
25 Yanvar

Uitkoff gələn həftə BƏƏ-də danışıqların davam etdiriləcəyini təsdiqləyib  

10:59
25 Yanvar

ABŞ Putin və Zelenski arasında görüşün tezliklə baş tuta biləcəyinə inanır  

10:56
25 Yanvar

Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına səfər edib  

10:27
25 Yanvar

Liviya Enerji və İqtisadiyyat Sammiti çərçivəsində xarici şirkətlərlə müqavilələr imzalanıb  

23:11
24 Yanvar

İraq Suriya ilə sərhəd boyunca beton divarın tikintisini yekunlaşdırır  

22:08
24 Yanvar

Laçının sağlamlıq keşikçiləri: doğma yurda qayıdışla başlayan məsuliyyətli xidmət  

20:00
24 Yanvar

Zelenski Əbu-Dabi danışıqlarını konstruktiv adlandırıb  

19:23
24 Yanvar

Misli Premyer Liqası: "Kəpəz" "Qarabağ"ı məğlub edib

18:56
24 Yanvar

“Həm evimiz var, həm işimiz” - Kəlbəcər sakininin qayıdış sevinci 

18:47
24 Yanvar

NATO Baş katibinin müavini: Azərbaycanla qarşılıqlı faydalı olan sahələrdə əməkdaşlığı davam etdirməyi planlaşdırırıq

18:09
24 Yanvar

Ötən il DOST mərkəzlərində 887 min vətəndaşa xidmət göstərilib  

17:57
24 Yanvar

Danimarkanın Baş naziri Trampın NATO-nun Əfqanıstan missiyası barədə sözlərini pisləyib  

17:32
24 Yanvar

Misli Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib

16:10
24 Yanvar

Ali Məhkəmə Plenumunun 2025-ci ilin yekunlarına həsr olunmuş iclası keçirilib

16:01
24 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!