23 Sentyabr 2026 16:26
244
SİYASƏT
A- A+
Yeni Dövlət Proqramının icrası nəticəsində bir sıra emal müəssisələrinin yaradılması nəzərdə tutulur  

Yeni Dövlət Proqramının icrası nəticəsində bir sıra emal müəssisələrinin yaradılması nəzərdə tutulur  


“Hazırda dünyada metala və strateji minerallara tələbat sürətlə artmaqdadır. Bunun əsas səbəbləri isə enerji keçidi, elektromobillik, enerji saxlama sistemləri, yarımkeçiricilər və süni intellekt infrastrukturu ilə bağlı artan tələbatdır. Ona görə də, ölkələr yalnız filiz hasilatına deyil, emala, təkrar emala və yüksək əlavə dəyərli məhsulların istehsalına üstünlük verirlər. Ölkəmiz də bu yeniliklərdən istifadə etmək üçün böyük imkanlara malikdir”. 

Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.Deputat bildirib ki, sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə bu məsələlər geniş təhlil edilib. Əlbəttə, yeni proqramın icrası nəticəsində bir sıra emal müəssisələrinin yaradılması nəzərdə tutulur. Bu isə yeni iş yerlərinin yaradılması deməkdir. Nəzərə alaq ki, dağ-mədən və metallurgiya potensialı işğaldan azad olunmuş ərazilərdə daha çoxdur. Hazırda Böyük Qayıdış proqramı çərçivəsində onminlərlə insan doğma yurdlarına qayıdır. Təbii ki, bu baxımdan yeni dövlət proqramının icrası işğaldan azad edilmiş ərazilərdə əhalinin məşğulluğunun artırılmasında mühüm rol oynayacaq.

Millət vəkilinin sözlərinə görə, əhalinin sosial rifahı hər zaman dövlətin diqqət mərkəzindədir. Belə ki, müşavirədə dövlət başçısının dediyi kimi, ölkəmizdə qazlaşma 96 faizdir. Bundan əlavə, bütün regionlar fasiləsiz elektrik enerjisi ilə təmin olunur. İşsizliyin və yoxsulluğun səviyyəsi isə  5 faiz civarındadır.

“Bütün bunlar Azərbaycanın sosialyönümlü dövlət olduğunu təsdiqləyir. Təsadüfi deyil ki, ötən dövr ərzində çoxsaylı sosial infrastruktur yaradılıb. Məktəb, xəstəxanalar, avtomobil yolları, dəmir yolları, hava limanları və s. buna sübutdur. Cənab Prezidentin dediyi kimi, maliyyə sistemində aparılan islahatlar, o cümlədən vergi və gömrük sistemində aparılan islahatlar, inzibatçılıqla bağlı bürokratik əngəllərin aradan qaldırılması ilə bağlı atılan addımlar belə bir müsbət mənzərə yaradıb. Yeni dövlət proqramlarının qəbulu və icrası bundan sonra da ölkəmizin iqtisadi inkişafına yönəlməklə yanaşı, əhalinin rifahının yüksəlməsinə də xidmət edəcək”, - deyə Samir Vəliyev deyib.

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şəhid Əli Tağıyevin xatirəsi anılıb  

17:21
23 Sentyabr

Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur

17:18
23 Sentyabr

Əfv sərəncamının icrası başa çatıb

17:18
23 Sentyabr

Müharibədən sonrakı dövrdə 440 nəfər mina qurbanı olub - RƏSMİ

17:16
23 Sentyabr

Əfv sərəncamı ilə Pakistan vətəndaşı olan qadın azadlığa buraxılıb

17:16
23 Sentyabr

Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Məktuma  

17:15
23 Sentyabr

Bakı Təhlükəsizlik Forumu dünyamızı narahat edən təhdidlərlə mübarizəyə mühüm töhfələr verəcək  

17:13
23 Sentyabr

 Təbii sərvətlərimiz işğaldan azad olunmuş ərazilərimizin dirçəlişinə töhfə verəcək  

17:05
23 Sentyabr

Sülhün və təhlükəsizliyin ünvanı  

17:03
23 Sentyabr

Bağışlamaq qəlbin böyüklüyüdür  

16:42
23 Sentyabr

Dövlət müəssisələrinə nəzarət genişlənir: 22 qurum monitorinqdən keçdi  

16:39
23 Sentyabr

Kanada və Böyük Britaniya müdafiə proqramlarını birləşdirə bilər   

16:38
23 Sentyabr

Masallı rayon rəhbərliyi Bakı şəhərində şəhid məzarlarını ziyarət edib  

16:36
23 Sentyabr

Sumqayıt istehsal edir, Qarabağ yenidən qurulur

16:33
23 Sentyabr

Yeni Dövlət Proqramının icrası nəticəsində bir sıra emal müəssisələrinin yaradılması nəzərdə tutulur  

16:26
23 Sentyabr

“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirilir

16:25
23 Sentyabr

Bakı trekində Formula 1 azarkeşləri üçün pit-leyn gəzintisi təşkil olunub  

16:23
23 Sentyabr

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin payız sessiyası üçün iş planının layihəsi təsdiqlənib  

16:22
23 Sentyabr

Aleks Albon: “Bakı trası bizim bolidə uyğundur”  

16:18
23 Sentyabr

“InnMedia” Türkiyə və Özbəkistan bazarlarına çıxmağa hazırlaşır  

16:14
23 Sentyabr

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı Azərbaycanın yeni sənaye mərhələsidir  

16:13
23 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!