29 İyun 2025 12:45
646
SİYASƏT
A- A+
Yekaterinburqda baş verən hadisələr sistemli və məqsədli siyasətin təzahürüdür   

Yekaterinburqda baş verən hadisələr sistemli və məqsədli siyasətin təzahürüdür   


“Rusiyanın Sverdlovsk vilayətində, Yekaterinburq şəhərində baş verən hadisələr təkcə fərdi cinayət faktları kimi yox, sistemli və məqsədli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir. Rusiya hüquq-mühafizə orqanlarının Azərbaycan əsilli şəxslərin evlərində vəhşicəsinə reydlər keçirməsi, onları işkəncəyə, ölümə məruz qoyması – sadəcə hüquqi normaların pozulması deyil, etnik təmizləmənin növbəti təzahürüdür”.

Bu fikirləri “Azərbaycan” qəzetinə Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib. O bildirib ki, 25 il əvvəl baş vermiş bir cinayətə görə insanların vəhşicəsinə saxlanılması və qeyri-insani rəftarın tətbiqi beynəlxalq hüququn, o cümlədən BMT-nin İşgəncələrə Qarşı Konvensiyasının açıq pozuntusudur. Bu cür davranışlar təkcə Rusiya Konstitusiyası ilə deyil, insan ləyaqətinə qarşı yönəlmiş vəhşilikdir. Hüquq normalarına görə, əgər bir insan cinayət törətməkdə şübhəli bilinibsə, özü də bütün ailə yox, konkret şəxslər, onların mühakiməsi yalnız məhkəmə tərəfindən aparılmalı, cəzası da qanunvericiliyə uyğun şəkildə verilməlidir. Heç bir hüquq-mühafizə orqanı insanlara işgəncə verməyə, onları öldürməyə haqqı yoxdur. “Rusiyada “rus kimliyi” ideologiyasının süni şəkildə gücləndirilməsi, monoetnik dövlət modelinə keçid cəhdləri, qeyri-rus xalqlara qarşı artan ksenofobiya və nifrət dili – bu ölkənin imperiya xislətindən imtina etmədiyini sübut edir. Damğalanmaya və etnik, milli, dini diskriminasiyaya məruz qalan azərbaycanlılar və Mərkəzi Asiya mənşəli miqrantlar Rusiya iqtisadiyyatının onilliklərdir ki, əsas daşıyıcı qüvvəsi olduqları halda, sosial diskriminasiyaya, inzibati zorakılığa və hüquqi ayrı-seçkiliyə məruz qalırlar”,- deyə siyasətçi qeyd edib.

Deputat  vurğulayıb ki, bu hadisələr fonunda bir neçə əsas tendensiya aydın görünür: “Rusiya hökumətinin müharibəyə rusları yox, qeyri-rusları göndərmək siyasəti, miqrantların “mütləq günahkar” kimi təqdim olunması, Ukraynada insanlıq əleyhinə cinayətlər törədən Rusiya rejiminin daxildə də qeyri-rus xalqlara qarşı qəddarlığını artırması, Rusiya mediasının açıq anti-azərbaycançı və islamofob ritorikası, Rusiya dövlət təmsilçilərinin mütəmadi olaraq Azərbaycan əleyhinə qərəzli və əsassız fikirlər səsləndirməsi, Rusiya ictimaiyyətini çaşdıran, Azərbaycanın milli maraqlarına toxunan çıxış və ifadələrinin, əslində, Rusiya tərəfindən sistemli və məqsədli şəkildə aparılan anti-Azərbaycan siyasətinin tərkib hissəsi olması. Azərbaycan Hava Yollarına məxsus mülki hava gəmisinin Rusiya tərəfindən vurulması, məsələnin qəsdən təkzib və ört-basdır edilməsi, vurulma faktı sübut edildikdən sonra Rusiya tərəfinin uzun müddət hərəkətsizliyi, gecikən üzr və hələ də ödənilməyən kompensasiya, cari ilin fevral ayında ölkəmizə qarşı təşkil edilən kütləvi kiberhücumların Rusiya tərəfindən gəlməsi bunların bariz sübutudur”.

P.Vəliyeva bildirib ki, Rusiya dövləti və hüquq-mühafizə orqanları bu cinayətlərin qarşısını almaqla yanaşı, bu vəhşiliyi törədən hər bir şəxsə qarşı dərhal və qəti hüquqi tədbirlər görməlidir. Bu, Rusiyada yaşayan milyonlarla azərbaycanlının və digər qeyri-rus xalqların hüquqlarının qorunması baxımından həyati əhəmiyyət daşıyır. Əgər Rusiya dövləti bu hadisələrə obyektiv hüquqi qiymət verməzsə, bu yalnız ölkədaxili qarşıdurmaları alovlandırmayacaq, ölkəmizlə də münasibətlərdə kəskin qopmalar yaradacaq. Rusiya tərəfi törədilən cinayətlərlə bağlı Azərbaycan xalqından üzr istəməlidir. 

Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub  

00:21
17 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!