09 May 2026 10:00
145
CƏMİYYƏT
A- A+
Yeganə üç “Şöhrət” ordenli naxçıvanlı hərbçi və pedaqoq Rəhim Rəhimov  

Yeganə üç “Şöhrət” ordenli naxçıvanlı hərbçi və pedaqoq Rəhim Rəhimov  

9 may artıq öz qəhramanlıq tarixinin 81-ci ildönümünü qeyd edir. Azərbaycan həmin dövrlərdə SSRİ-nin tərkib hissəsinə daxil olduğu üçün almanların ölkə sərhədlərini pozması azərbaycanlıları da narahat edirdi. Müharibə dövrlərində Azərbaycanın müxtəlif regionlarından olan insanlar öz qəhramanlıqları və döyüş yolu ilə tarixin şanlı səhifələrinə silinməz izlər qoymuşdur. Onlardan biri də Naxçıvanın yeganə “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülmüş qəhrəmanı Rəhim Cəfər oğlu Rəhimov idi… Naxçıvanın qəhrəmanı baş çavuş Rəhimovun şanlı döyüş və həyat yolu bu gün də qürur mənbəyimiz kimi xatırlanmalıdır. 

Uşaq yaşlarımdan anamın bizə danışdığı xatirələrdə babası Rəhim Rəhimov hafizəmizə yenilməz qəhraman kimi yazılmışdı. Albomda hələ də bizimlə yaşayan, medalları və ailəsi ilə birgə fotoları evimizin kiçik rəfində yenə yaşamaqdadır. Həmişə evimizin rəflərinin birində diqqətlə saxlanılan 3-4 saralmış vərəq diqqətimi çəkirdi. O zamanlar, yəni 1985-ci ildə anam öz babası Rəhimlə söhbətləşərək onun döyüş yolunu kağızlara qeyd etmişdi... Mən də öz növbəmdə Rəhimovun nəticəsi olaraq belə bir qəhramanın həyat və döyüş yolunu yenidən qələmə almağı özümə borc bildim. 

9 may - Böyük Vətən müharibəsinin 81-ci qələbə ildönümündə Babək rayonunun Təzəkənd kəndindən olan bu igidin adı xüsusi hörmətlə anılır. 15 mart 1920-ci ildə Babək rayonunun Təzəkənd kəndində anadan olan Rəhim Rəhimovun Atası Cəfər Kərim oğlu Rəhimov Sosialist İnqilabına qədər yoxsul kəndli həyatı yaşamış, inqilabdan sonra isə kolxoz sıralarına qoşulmuş, 1939-cu ildə dünyasını dəyişmişdir. Rəhim Rəhimov ibtidai təhsilini Xıncab kəndində başa vurduqdan sonra, Cəhri kənd natamam orta məktəbinə daxil olub. Həmin məktəbi 1936-cı ildə əla qiymətlərlə bitirdikdən sonra 1939-1940-cı illərdə Naxçıvan Pedaqoji Texnikumunda təhsilini başa vuraraq öz kəndlərində sinif müəllimi təyin olunub.  1940-cı ildə Naxçıvan Rayon Hərbi Qeydiyyat və Kommisarlıq İdarəsi tərəfindən Qırmızı Ordu sıralarına çağırılıb. 1941-ci il hərbi xidmətdə əvvəlcə İrəvan, sonra isə İranın Xoy şəhərində xidmət etdikdən sonra Naxçıvan şəhərinə qayıdaraq kiçik komandirlik məktəbində təhsil alıb. “Baş Çavuş” rütbəsi aldıqdan sonra 402-ci atıcı diviziyanın 833-cü atıcı alayında 82 mm minaatanına komandir təyin olunub. 1942-ci ildə Mozdok ətrafında şiddətli vuruşmalar zamanı sağ qolundan güllə yarası alan Baş çavuş Rəhimov hərbi xəstəxanaya yerləşdirilir. Bakı şəhərində yerləşən 1645 nömrəli xəstəxanada müalicə olunduqdan sonra 1943-cü ilin 15 yanvar tarixində 210 nömrəli ehtiyat alayına qayıdaraq oradan yenidən cəbhəyə göndərilib, 1-ci və 167-ci Qvardiya Atıcı Alayında köməkçi tağım komandiri vəzifəsində xidmət edib. 

 1944-cü ilin yanvar ayında 252-ci qvardiya atıcı alayında almanlarla vuruşmağa başlayıb. Velikiye-Luki şəhərinin alınmasında göstərdiyi şücaətdə üç dəfə yaralandığına görə 1944-cü ilin mart ayında “İgidliyə görə” medalı ilə təltif olunub. Düşmənə qarşı amansız döyüşlərdə aldığı yaraya baxmayaraq Vitebski şəhərinin Olxovniki kəndi yaxınlığında düşmənin iki minaatanını və bir çox canlı qüvvəsini məhv etdikdən sonra 1944-cü il fevralın 10-da xəstəxanaya yerləşdirilir, göstərdiyi qəhrəmanlığa görə 1-ci Qvardiya Atıcı Diviziyasının 12 fevral 1944-cü il tarixli əmri ilə qvardiyanın III dərəcəli “Şöhrət Ordeni”nə layiq görülür. Vitebski şəhəri yaxınlığındakı döyüşdə kontuziya olaraq Kalenin şəhərindəki xəstəxanada müalicə olunur, sonra öz bölməsinə qayıda bilmədiyi üçün ordeni təhvil götürə bilmir və birbaşa İkinci Pribaltika cəbhəsinə yollanır. O zamanlar 83-cü qvradiya atıcı dviziyanın 252-ci alayında 82 mm minaatanda komandir Tederov idi. Rəhimov həmin dövrdə, 1944-cü ilin mart ayında Sovet İttifaqı Kommunist Partiyası sıralarına daxil olur. Bu o dövr idi ki, sovet əsgərləri almanları daban-dabana qovmağa davam edirdi. 28 iyun 1944-cü ildə Vitebsk vilayətinin Toloçin şəhərindən 35 kilometr cənub-qərbdə yerləşən Krupki kəndi yaxınlığında baş çavuş Rəhimov minaatanla irəliləyərək düşmənin üç atəş mövqeyini və 10-a yaxın alman əsgərini dəqiq atəşlə məhv edir Onun bu şücaəti SSRİ ordusunun Bubr çayını uğurla keçməsinə zəmin yaradır. 83-cü Qvardiya Atıcı Diviziyasının 25/n nömrəli 3 avqust 1944-cü il tarixli əmri ilə baş çavuş Rəhimov III dərəcəli “Şöhrət” ordeninə layiq görülür. 

25 yanvar 1945-ci ildə Biberstvalden (Şərqi Prussiya) kəndi uğrunda döyüş zamanı baş çavuş Rəhimov minaatan heyətinin işini məharətlə təşkil edir. Minaatan heyəti düşmənin iri pulemyotunu və düşmənin qərargah maşınını sıradan çıxarır. 27 yanvarda tüfəng bölüyünün irəliləməsini atəşlə dəstəkləyərkən Rəhimov yenidən bir iri pulemyotu və altı alman əsgərini məhv edir. Rəhimovun minaatan heyətinin etdikləri tüfəngçilərin irəliləməsini və onlara verilən döyüş tapşırığının uğurla yerinə yetirilməsini təmin edirdi. Bu döyüşlərdə göstərdiyi qəhramanlığa görə o, “Qırmızı Ulduz” ordeni ilə təltif edilir. 1945-ci il aprelin əvvəllərində Köniqsberq (indiki Kaliningrad) şəhərinə hücum zamanı o, irəliləyən tüfəngçiləri minaatan atəşi ilə məharətlə dəstəkləyir. 8-9 apreldə Köniqsberq ətrafındakı Rozenavu şəhəri uğrunda döyüş zamanı o, düşmənin iki pulemyot mövqeyini və 10-a qədər düşmən əsgərini minaatan atəşi ilə məhv edir. 9 apreldə o, Pregel çayından (Köniqsberq yaxınlığında) tüfəng bölmələrinin keçməsi üçün atəş mühafizəsini təmin edir və pulemyot məntəqəsini məhv etdikdən sonra II dərəcəli “Şöhrət” ordeninə namizəd göstərilir.

Köniqsberqin ələ keçirilməsindən və Samland yarımadasında alman qruplaşmasının ləğv edilməsindən sonra məğlub olan düşmən bölmələrinin bəziləri təslim olmaq istəmədən Friş-Nerunqa keçir. 25 aprel 1945-ci ildə qərbdən Friş-Nerunqa desant çıxarmaq üçün 83-cü Qvardiya Atıcı Diviziyasının bölmələrindən birləşmiş hava-desant dəstəsi yaradılır. Rəhimovun minaatan heyəti də bu qüvvənin tərkibində idi. Əməliyyat zamanı qvardiyaçılar körpü başlığını ələ keçirdilər və düşməni geri çəkilməyə məcbur etdilər, lakin tezliklə geri çəkilən alman qoşunlarının sütunlarının davamlı hücumlarını dəf etməyə məcbur oldular. Desant qüvvələri sahildən kəsildi və ayrı-ayrı qruplara bölündü. Bu döyüşlərdə Rəhimov 35-dən çox almanb əsgərini öldürdü. 26 aprel saat 10:00-a qədər qvardiyaçılar Şərq Desant Dəstəsinin bölmələri ilə əlaqə quraraq düşmənin geri çəkilməsini maneə törətdilər. Friş-Nerunqda düşmən qrupunu məhv etmək üçün döyüş tapşırığını uğurla yerinə yetirdiyinə və bu zaman göstərdiyi cəsarət və qəhrəmanlığa görə “Qırmızı Bayraq” ordeni ilə təltif edildi. 11-ci Qvardiya Ordusunun 16 may 1945-ci il tarixli (№ 154/n) əmri ilə baş çavuş Rəhim Cəfər oğlu Rəhimov II dərəcəli “Şöhrət” ordeni ilə təltif edildi. O, 1945-ci ildə tərxis edilərək öz məmləkətinə qayıtdı. Müharibədən otuz il sonra cəbhə mükafatlarında yol verilmiş səhv nəhayət düzəldildi. SSRİ Ali Soveti Rəyasət Heyətinin 7 may 1974-cü il tarixli fərmanı ilə 12 fevral 1944-cü il tarixli 3-cü dərəcəli “Şöhrət” ordeni ilə təltifedilmə əmri ləğv edilərək Rəhim Rəhimova 1-ci dərəcəli “Şöhrət” ordeni verildi. Beləlikllə, o, “Şöhrət” ordeninin tam kavaleri oldu. Bundan başqa 1985-ci ilin mart ayının 11-də 1-ci dərəcəli “Vətən Müharibəsi” ordeninə layiq görüldü.

1945-ci ilin dekabr ayının 25-də ordu sıralarından geri dönərək öz doğma kəndində müəllim işləməyə davam edən Rəhimov  pedaqoji fəaliyyətlə məşğul oldu və dövrünün qabaqcıl müəllimləri sırasına çıxdı. Azərbaycan Maarif Nazirliyi Rəhim Rəhimovun əməyini qabaqcıl müəllim kimi qiymətləndirərək onu 1976-cı ildə qabaqcıl “Xalq maarifi” döş nişanı ilə təltif etmiş, Naxçıvan Maarif Nazirliyi isə ona 4 dəfə təşəkkür elan etmişdi. 1985-ci ildə təqaüdə çıxaraq ömrünü doğulub boya-başa çatdığı Təzəkənd kəndində keçirmişdir. Rəhim Rəhimov müharibədən qayıtdıqdan sonra Zəhra Rəhimova ilə ailə həyatı qurmuş, bu evlilikdən isə 6 qız, 3 oğlan övladı (oğlanlarından biri gənc yaşında vəfat edib) dünyaya gəlmişdir. Üç “Şöhrət” ordeninə layiq görülən Rəhimov 2005-ci ilin avqust ayında vəfat etmiş və Kəngərli rayon Təzəkənd kəndində dəfn olunmuşdur. 

Bu gün Böyük Vətən müharibəsinin 81-ci qələbə ildönümündə Rəhim Rəhimovun xatirəsi bizə yalnız keçmişi xatırlatmır, həm də gələcəyə işıq salır. Onun kimi igidlərin sayəsində qazanılmış qələbəni qorumaq, onların adlarını unutmamaq və gənc nəsillərə layiqincə çatdırmaq hər birimizin borcudur. Rəhim Rəhimov kimi qəhrəmanlar ölmür, əksinə, onlar xatirələrdə, medallarda, ailə əfsanələrində və Vətən sevgisində əbədi yaşayırlar.

Rafiq TƏHMƏZ,

“Şərq qapısı” qəzetinin müxbiri


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vəkillər Kollegiyasının sədri veteran vəkili yubileyi münasibətilə evində ziyarət edib

11:00
09 May

Azərbaycan nümayəndə heyətinin Efiopiyada bir sıra görüşləri olub

10:17
09 May

Ulu Öndərin ideyalarından Böyük Zəfərə

10:13
09 May

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət edib

10:08
09 May

Yeganə üç “Şöhrət” ordenli naxçıvanlı hərbçi və pedaqoq Rəhim Rəhimov  

10:00
09 May

Vaxtından əvvəl ölüm riskini artıran məhsullar açıqlanıb

09:35
09 May

Rubio Avropa ölkələrini İrana qarşı birgə tədbirlər görməyə çağırıb  

09:30
09 May

TDT-nin Dövlət başçılarının növbəti qeyri-rəsmi Zirvə görüşü Qazaxıstanda təşkil olunacaq

09:29
09 May

Zelenski üçgünlük atəşkəsi təsdiqləyib

09:26
09 May

Birinci vitse-prezident Mehriban Əliyeva faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım edib  

09:24
09 May

Tramp Rusiya ilə Ukrayna arasında üçgünlük atəşkəs elan olunacağını bildirib  

09:23
09 May

Bilmək istəyirəm

09:15
09 May

Adını "Şəhid" yazan kəşfiyyatçı

09:10
09 May

Azərbaycan faşizmə qarşı dözümsüz olduğunu 1941-1945-ci illərdə də sübut etmişdir

09:05
09 May

Qorxmaz döyüşçü, vətənpərvər müəllim

09:00
09 May

Qüdrətli yol

08:55
09 May

Tarixin silinməz yaddaşı

08:50
09 May

Xəritə manipulyasiyaları reallıqları dəyişmək gücündə deyil 

08:47
09 May

Seçim erməni xalqınındır: barış, yoxsa savaş

08:45
09 May

Azərbaycanla əməkdaşlıq Avropanın gələcək enerji hədəflərinə uyğundur

08:40
09 May

Avropa Parlamentinin riyakar mövqeyi şəxsi ambisiyalara xidmət edir

08:35
09 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!