08 May 2026 19:57
86
CƏMİYYƏT
A- A+
Vəkillər Kollegiyasının sədri DİA-da tələbələrlə görüş keçirib

Vəkillər Kollegiyasının sədri DİA-da tələbələrlə görüş keçirib

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Tələbə Gənclər Təşkilatının Hüquq klubunun təşəbbüsü ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun “Vəkillik institutunun rolu və tələbələr üçün imkanlar” mövzusunda hüquqşünaslıq ixtisası üzrə təhsil alan bakalavrlarla görüşü keçirilib.

Tədbiri giriş sözü ilə açan DİA-nın rektorunun müşaviri Zaur Məmmədov Vəkillər Kollegiyasının sədri Anar Bağırovu salamlayaraq tədbirin əhəmiyyətini vurğuladı, bu kimi tədbirlərin tələbələrdə  peşəkar dünyagörüşünün formalaşması və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd etdi. O həmçinin bildirdi ki, Respublikada yüksək nəticə göstərən hüquqşünas tələbələrin məhz Dövlət İdarəçilik Akademiyasını seçməsi Akademiyada hüquq təhsilinin keyfiyyətinin və peşəkar kadr hazırlığı ənənələrinin göstəricisidir.

DİA-nın “Dövlət idarəçiliyinin hüquqi təminatı” kafedrasının müdiri Mehdi Abdullayev vəkillik institutunun hüquqi dövlətin inkişafında əhəmiyyətli yer tutduğunu bildirib, vəkil peşəsinin insan hüquq və azadlıqlarının müdafiəsində mühüm missiya daşıdığını qeyd edib. O, tələbələrin nəzəri biliklərlə yanaşı, praktiki hüquqi bacarıqlar əldə etməsinin vacibliyini xüsusi vurğulayıb, hüquq sahəsində peşəkar və milli dəyərlərə sadiq kadrların hazırlanmasının DİA-nın əsas prioritetlərindən biri olduğunu diqqətə çatdırıb.

Tədbirin qonağı, Kollegiyanın sədri Anar Bağırov geniş nitqlə çıxış edərək ölkədə vəkillik institutunun inkişaf mərhələləri, hüquq sahəsində aparılan müasir islahatlar və gənclər üçün yaradılan imkanlar barədə ətraflı məlumat verib. Sədr vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən hüquq sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən siyasət nəticəsində vəkillik institutu yeni inkişaf mərhələsinə qədəm qoyub.

Anar Bağırov çıxışında vəkil peşəsinin cəmiyyət üçün əhəmiyyətindən, hüquqi maarifləndirmənin artırılması istiqamətində görülən işlərdən və gənc hüquqşünasların peşəkar inkişafı üçün həyata keçirilən layihələrdən bəhs edib. Bildirilib ki, VK tərəfindən tələbələrin təcrübə proqramlarına cəlb olunması, hüquqi təlimlərin təşkili və peşəkar fəaliyyətə hazırlıq istiqamətində mühüm addımlar atılır.

İnteraktiv formatda keçirilən görüş zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb, hüquq təhsili, vəkilliyə qəbul prosedurları, etik prinsiplər və gələcək karyera imkanları barədə geniş fikir mübadiləsi aparılıb.


Səmimi və interaktiv formada keçən tədbirdə tələbələr belə görüşlərin onların nəzəri biliklərinin zənginləşdirilməsi və praktiki hüquqi bacarıqlarının artırılması baxımından mühüm əhəmiyyət daşıdığını ifadə ediblər.  


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Müasir Azərbaycanın qurucusu və milli dövlətçilik fəlsəfəsinin müəllifi

12:03
09 May

Faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb

12:02
09 May

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

11:55
09 May

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərilib 

11:26
09 May

Vəkillər Kollegiyasının sədri veteran vəkili yubileyi münasibətilə evində ziyarət edib

11:00
09 May

DİN: Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb

10:34
09 May

Azərbaycan nümayəndə heyətinin Efiopiyada bir sıra görüşləri olub

10:17
09 May

Ulu Öndərin ideyalarından Böyük Zəfərə

10:13
09 May

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət edib

10:08
09 May

Yeganə üç “Şöhrət” ordenli naxçıvanlı hərbçi və pedaqoq Rəhim Rəhimov  

10:00
09 May

Vaxtından əvvəl ölüm riskini artıran məhsullar açıqlanıb

09:35
09 May

Rubio Avropa ölkələrini İrana qarşı birgə tədbirlər görməyə çağırıb  

09:30
09 May

TDT-nin Dövlət başçılarının növbəti qeyri-rəsmi Zirvə görüşü Qazaxıstanda təşkil olunacaq

09:29
09 May

Zelenski üçgünlük atəşkəsi təsdiqləyib

09:26
09 May

Birinci vitse-prezident Mehriban Əliyeva faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım edib  

09:24
09 May

Tramp Rusiya ilə Ukrayna arasında üçgünlük atəşkəs elan olunacağını bildirib  

09:23
09 May

Bilmək istəyirəm

09:15
09 May

Adını "Şəhid" yazan kəşfiyyatçı

09:10
09 May

Azərbaycan faşizmə qarşı dözümsüz olduğunu 1941-1945-ci illərdə də sübut etmişdir

09:05
09 May

Qorxmaz döyüşçü, vətənpərvər müəllim

09:00
09 May

Qüdrətli yol

08:55
09 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!