09 May 2026 08:35
119
SİYASƏT
A- A+
Avropa Parlamentinin riyakar mövqeyi şəxsi ambisiyalara xidmət edir

Avropa Parlamentinin riyakar mövqeyi şəxsi ambisiyalara xidmət edir


Dünyanın bir sıra ölkələrində baş verən müharibələr, qarşıdurmalar, aclıq, səfalət zəminində Azərbaycandakı ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi, inkişaf, sülh, əmin-amanlıq, təhlükəsizlik uğrunda atılan addımlar nədənsə bəzi Qərb dairələrini, Avropa strukturlarını narahat edir və onlar dövlətimizə qarşı özlərinin qərəzli mövqelərindən çəkilmək istəmirlər. Erməni təcavüzkarları üzərində tarixi qələbədən, separatçıların ayaqlarının torpaqlarımızdan kəsilməsindən sonra Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşdığı, sülhə doğru inamlı addımların atıldığı bir zamanda Avropa Parlamentinin və Avropa Şurası Parlament Assambleyasının ölkəmiz əleyhinə qəbul etdiyi qətnamələr, səsləndirdiyi bəyanatlar bunu təsdiq edir.

Milli Məclisin komitə sədri Tahir Rzayev qəzetimizə açıqlamasında bildirib ki, bu qurumlar Cənubi Qafqazda təhlükəsizliyin, Ermənistanla Azərbaycan arasında sülhün təmin edilməsinin tərəfdarıdırlarsa, qərəzli mövqedə olmamalı, saxta ittihamlar irəli sürməməli, yanlış yoldan çəkinməlidirlər. Bu gün hər iki dövlət sülh şəraitində yaşayır, çətinlikləri dəyərləndirir, mübahisəli halların aradan qaldırılmasında eyni mövqedən çıxış edirlər. "Azərbaycan öz ərazisindən tranzit yolla Ermənistana müxtəlif yüklərin daşınmasına icazə verir, sərhədlərin müəyyənləşdirilməsi istiqamətində səmərəli görüşlər keçirilir, dövlət rəsmiləri qarşılıqlı səfərlər edir, qeyri-hökumət təşkilatlarının nümayəndələri bir araya gəlir. Dövlət rəhbərləri isə öz bəyanatları, təklifləri, qarşılıqlı münasibətləri ilə sülhü anbaan yaxınlaşdırırlar. Artıq xeyli müddətdir ki, sərhəddə sakitlikdir, güllə səsləri eşidilmir, insan tələfatı yoxdur. Azərbaycan Prezidenti İlham Əliyev sülh yolunda atılan addımları, təşəbbüsləri yüksək qiymətləndirir. Ötən il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə keçirilən üçtərəfli görüş, imzalanan Birgə Bəyannamə regionda sabitliyin yaradılması üçün təməl əsaslar yaratdı. Bunun müqabilində bəs Avropa Parlamenti nə edir, sülhün bərqərar olması üçün necə təşəbbüs göstərir, hansı məsələləri qabartmağı lazım bilir? Azərbaycana münasibətdə, əlbəttə ki, özünə aid olmayan  işlərə baş soxmağı, ölkəmizin suverenliyinə, müstəqilliyinə kölgə salmağı, daxili işlərimizə qarışmağı bu qurum demək olar ki, fəaliyyətinin əsas istiqamətlərindən birinə çevirib. Dövlətimizin əleyhinə ən çirkin vasitələrdən istifadə edir, iftira dolu bəyanatlar yayır, əsası olmayan qətnamələr qəbul edir", - deyə deputat əlavə edib.

T.Rzayev qeyd edib ki, Avropa Parlamenti Avropa ölkələri daxilindəki hadisələrə, problemlərə diqqət ayırmalı olduğu halda Azərbaycanın əleyhinə mütəmadi olaraq yığıncaqlar keçirməklə, sənədlər toplamaqla fəaliyyətsizliyini ört-basdır etmək, diqqəti problemlərdən yayındırmaq fikrindədir. Azərbaycan Prezidenti "Avropa Siyasi Birliyi"nin Zirvə görüşündəki çıxışında haqlı olaraq bildirib ki, "Avropa Parlamenti ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır. Səbəb isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət məhkəməsinə cəlb edib".

Bu, kəskin cavabdır və reallığın ifadəsidir. Həqiqətən də bu gün Avropa ölkələrinin əksəriyyəti ciddi problemlər içərisindədir. İqlim dəyişiklikləri, enerji çatışmazlığı, müharibələr, qarşıdurmalar, milli-dini ayrı-seçkilik, su, ərzaq qıtlığı bu ölkələri sınağa çəkir. Belə köklü problemləri Avropa Parlamenti, dönük, rüşvətxor siyasətçilər isə görmək istəmir, başlarını aldıqları pulun hesabına yalan bəyanatlarla, qətnamələrlə qatmağa çalışırlar. Bu, sözsüz ki, demokratiyaya, bəşəri dəyərlərə, insanlığa hörmət və sədaqət deyil, təcavüzə, qarşıdurmaya, şantaja, yeni müharibələrə rəvac vermək, beynəlxalq hüquq normalarına sayğısızlıq, siyasi oyunbazlıqdır.

Komitə sədri xatırladıb ki, Prezident İlham Əliyev Zirvə toplantısındakı çıxışında Avropa Parlamentinin və AŞPA-nın Azərbaycana qarşı münasibətlərdə ciddi səhvlərə yol verdiyini, yanlış mövqedə olduğunu tutarlı faktlarla tənqid edərək, bu hərəkətlərin sülhə maneə olduğunu göstərdi. Dövlət başçısı 2021-ci ilin mayından 2026-cı il aprelin 30-na qədər Avropa Parlamentinin Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul etdiyini diqqətə çatdırdı. "Əlbəttə, bu, çox böyük siyasi riyakarlıq, dövlətlərin suverenliyinə hörmətsizlikdir. Təəssüflər olsun ki, Avropa Parlamenti və onun başbilənləri bunu dərk etmirlər, əksinə, öz çirkin əməllərinə haqq qazandırmağa çalışırlar. Ölkə rəhbərinin çıxışı yatmış vicdanları çox bərk silkələdi. Avropa Parlamenti rəsmiləri səhvlərinə düzəliş etmək, reallıqları qiymətləndirmək əvəzinə, əksinə, özlərinə bəraət qazandırmaq, doğru yolda olduqlarını sübut etmək üçün həqiqətlərin üstündən xətt çəkməyə çalışdılar. İlk əks-səda Avropa Parlamentinin sədri Roberta Metsolidən gəldi. O bildirir ki, Avropa Parlamenti birbaşa seçilmiş nümayəndələrdən ibarət demokratik bir qurumdur. Onun qətnamələri səs çoxluğu ilə qəbul edilir və bunun nəticələri bəlkə də çoxları üçün narahatlıq yaradır, lakin onlar tutduqları yolu heç vaxt dəyişməyəcək və qəbul etdikləri mövqelərini müdafiə edəcəklər. Əmr, zorakılıq ruhunda olan bu ifadələr Avropa Parlamentinin kimlərdən ibarət olduğunu, rüşvətə, zora arxalandığını, haqqa, ədalətə kölgə salanlara malik olduğunu bir daha sübut edir", - deyə T.Rzayev bildirib.

Deputat vurğulayıb ki, otuz il torpaqları işğal altında olan, şəhər və kəndləri, tarixi, dini, mədəni abidələri talan edilən, yer üzündən silinən, bir milyon sakini uzun illər əzab-əziyyətlər içində yaşayan, on minlərlə vətəndaşı qətlə yetirilən, soyqırımına məruz qalan Azərbaycanın haqq səsini eşitməyən, özünün hər hansı bir sənədində əks etdirib təcavüzkarları günahlandırmayan Avropa Parlamentinin, onun riyakar sədrinin bu gün demokratiyadan, sülhdən, beynəlxalq hüquq normalarından, insanlıqdan danışmağa haqqı yoxdur. Əli Azərbaycan xalqının qanına batmış, kütləvi insan qətlləri törətmiş, Gəncəni, Bərdəni, Tərtəri və digər yaşayış məntəqələrini raket atəşinə tutaraq yüzlərlə insanın həyatına son qoyan və bunu etiraf edən qatilləri "girov", "əsir", "siyasi məhbus" kimi  qələmə vermək və cinayətkarların müdafiəsinə qalxmaq nə insanlığa, nə də demokratiyaya xas deyil. Bu, cəmiyyətə və insanlığa xəyanətdir, qatilin, cinayətkarın yanında olmaqdır, ona dəstək vermək, bəşəriyyəti ələ salmaq, aldatmaqdır.

Komitə sədri deyib ki, AP sədri hələ də başa düşmək istəmir ki, Azərbaycan öz torpaqlarını düşməndən azad edib, ərazi bütövlüyünü təmin edib, Ermənistanın bir qarış torpağına da toxunmayıb: "Erməni təcavüzkarları 250 mindən çox azərbaycanlını öz ata-baba torpaqlarından - indiki Ermənistandan zorla, ölümlə-qanla, Qarabağdan 700 min insanı ağır bəlalara, soyqırımlarına məruz qoyaraq çıxardıqları halda ermənilər Qarabağı könüllü, heç bir təsir olmadan gülə-gülə tərk etdilər. Axı əldə canlı faktlar, təkzibolunmaz sübutlar var. Belə olan halda Avropa Parlamentinin ermənilərin öz evlərindən zorla çıxarılması barədə söyləndikləri, qətnamələrdə əksini tapan ifadələr siyasi əxlaqsızlıqdan başqa bir şey deyil. Parlament sədrinin "biz tutduğumuz yolu heç vaxt dəyişməyəcəyik və qəbul etdiyimiz mövqeləri müdafiə edəcəyik" ifadəsi tamamilə başadüşüləndir: əlbəttə, xanım Metsola və əqidəsini satan həmkarları öz yollarını dəyişə bilməzlər. Çünki onlar bu yolu erməni lobbisinin, ermənilərə havadarlıq edən digər qüvvələrin maliyyə vəsaiti, bəxşişi hesabına seçiblər, onların dəstəyi ilə seçiliblər, sözsüz ki, onların da mövqeyini müdafiə etməlidirlər. Hər ay, hər həftə Azərbaycan əleyhinə qəbul edilən qətnamələrə imza atan, səs verən məxluqlar əqidədən, insanlıqdan, sağlam düşüncədən, mənəvi saflıqdan uzaq olanlardır. Onları Avropa ölkələrinin, xalqlarının taleyi, xoşbəxt həyatı yox, öz cibləri, toplayacaqları böyük sərvətlər düşündürür".

T.Rzayev qeyd edib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında sağlam münasibətlərin  yarandığı və möhkəmləndiyi, ittifaqa daxil olan ölkələrin rəsmi Bakı ilə əməkdaşlığa böyük önəm verdikləri, dövlət rəhbərlərinin intensiv qarşılıqlı səfərlər etdikləri, çox ciddi və əhəmiyyətli sənədlərə imza atıldığı, respublikamızın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynadığı bir zamanda AP-nin riyakar mövqeyi şəxsi məqsədlərə, ambisiyalara xidmət edir. 

Deputat vurğulayıb ki, Azərbaycan Prezidentinin səyləri sayəsində ölkəmizin iştirakı ilə formalaşan enerji və nəqliyyat dəhlizləri Avropanın gələcək strateji arxitekturasına fayda verəcəyi halda Avropa Parlamentinin xəyanətkar mövqeyi əməkdaşlığa, xalqının taleyinə, gələcək inkişafa bir xəyanət kimi qiymətləndirilməlidir: "Qəbul olunan qətnamələrdə Azərbaycanın "hibrid təhlükə" kimi təqdim edilməsi, ermənilərin öz torpaqlarından "qovulması", müharibə cinayətkarlarının, insan qatillərinin "girov" kimi adlandırılması və onların tezliklə azad olunmasının gündəmə gətirilməsi siyasi məsuliyyətsizliyin, düşüncəsizliyin açıq təzahürüdür. Avropa Parlamentinin qərəzli, reallığa əsaslanmayan, böhtan xarakterli faktorlara don geydirib onu tirajlaması, qətnamələr, bəyanatlar halında yayması onun nüfuzuna çox böyük zərbədir".

Komitə sədri bildirib ki, Milli Məclisin bu qurumla əməkdaşlığı dayandırmaq qərarı çirkin əməllərə, hərəkətlərə verilən cavabın ifadəsidir. Azərbaycan haqq, ədalət yolundadır, beynəlxalq hüquq normalarına hörmətlə yanaşır, dövlətlərlə əməkdaşlığa böyük önəm verir, sülhə sadiqliyini daim nümayiş etdirir. "Ermənistan rəhbərlərinin son açıqlamaları, münasibətlərin yaxşılaşdırılmasına göstərilən təşəbbüslər dövlətimizin mövqeyi ilə üst-üstə düşür, milli maraqlarımıza, gələcək inkişafımıza xidmət edir. Rəsmi Bakı Azərbaycan-Ermənistan münasibətlərində heç bir vasitəçiyə ehtiyac duymur. Çünki Cənubi Qafqazın gələcək taleyi, inkişafı, təhlükəsizliyi kənar qüvvələrdən, vasitəçilərdən asılı deyil, region dövlətlərinin əməkdaşlığında, birliyində, hadisələrə real qiymət vermələrindən keçir. Belə olan halda Avropa Parlamentinin qətnamələri, bəzi siyasi institutların bəyanatları, çağırışları regionda sülhün bərqərar olunmasına heç cür təsir göstərə bilməz. Azərbaycan da belə qətnamələri əhəmiyyətsiz bir kağız parçası hesab edir və bundan sonra da qərəzli mövqelərin tutarlı cavabını verəcək. İqtisadiyyatımızın inkişafı, xalqımızın birliyi, beynəlxalq aləmdə yüksələn nüfuzumuz, sözümüzün tutarlı, yolumuzun ədalətli, məqsədimizin aydın, istəklərimizin bəşəri olması buna imkan verir və Azərbaycanı dünyaya sivil, demokratik, azad bir dövlət kimi təqdim edir.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vaxtından əvvəl ölüm riskini artıran məhsullar açıqlanıb

09:35
09 May

Rubio Avropa ölkələrini İrana qarşı birgə tədbirlər görməyə çağırıb  

09:30
09 May

TDT-nin Dövlət başçılarının növbəti qeyri-rəsmi Zirvə görüşü Qazaxıstanda təşkil olunacaq

09:29
09 May

Zelenski üçgünlük atəşkəsi təsdiqləyib

09:26
09 May

Birinci vitse-prezident Mehriban Əliyeva faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım edib  

09:24
09 May

Tramp Rusiya ilə Ukrayna arasında üçgünlük atəşkəs elan olunacağını bildirib  

09:23
09 May

Bilmək istəyirəm

09:15
09 May

Adını "Şəhid" yazan kəşfiyyatçı

09:10
09 May

Azərbaycan faşizmə qarşı dözümsüz olduğunu 1941-1945-ci illərdə də sübut etmişdir

09:05
09 May

Qorxmaz döyüşçü, vətənpərvər müəllim

09:00
09 May

Qüdrətli yol

08:55
09 May

Tarixin silinməz yaddaşı

08:50
09 May

Xəritə manipulyasiyaları reallıqları dəyişmək gücündə deyil 

08:47
09 May

Seçim erməni xalqınındır: barış, yoxsa savaş

08:45
09 May

Azərbaycanla əməkdaşlıq Avropanın gələcək enerji hədəflərinə uyğundur

08:40
09 May

Avropa Parlamentinin riyakar mövqeyi şəxsi ambisiyalara xidmət edir

08:35
09 May

BNF-yə Azərbaycanın rəhbərliyi dövrü başa çatdı

08:30
09 May

Tarix yazan Lider

08:27
09 May

Heydər Əliyev: zaman, şəxsiyyət və əbədiyyət

08:25
09 May

Zəfər ordusunun təməlini Heydər Əliyev qoymuşdur

08:20
09 May

Xilaskarlığın Naxçıvandan başlanan missiyası 

08:15
09 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!