15 Fevral 2022 11:58
1986
Mədəniyyət
A- A+
Yazıçı Hüseynbala Mirələmovun “Ənvər Paşa” kitabının təqdimatı keçirilib

Yazıçı Hüseynbala Mirələmovun “Ənvər Paşa” kitabının təqdimatı keçirilib

Fevralın 14-də “Azərkitab” Kitab Mərkəzində yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Yurda fəda üç paşa” trilogiyasının ilk əsəri olan “Ənvər Paşa” kitabının təqdimat mərasimi keçirilib. Tədbir sözügedən kitabla bağlı video-slaydın nümayişi ilə başlayıb. 
Millət vəkillərinin və tanınmış ziyalıların iştirak etdiyi mərasimi giriş sözü ilə “Yada düşdü” jurnalının baş redaktor müavini, telejurnalist Kəmalə Mirzəyeva açıb: “ Yazıçı Hüseynbala Mirələmovun “Ənvər Paşa” kitabı gözəl bədii dillə qələmə alınmış bir tarixi roman olmaqdan əlavə, həm də bir-birini ürəkdən sevən iki insanın- Ənvərin və Naciyənin misilsiz eşq dastanıdır. Müəllif əsərdə Ənvər Paşanın həm hərb naziri, həm sərkərdə, həm də incə ruhlu bir aşiq obrazını böyük ustalıqla yaradıb. Dəyərli yazıçımızı bu uğurlu əsərə görə ürəkdən təbrik edir və “Yurda fəda üç paşa” trilogiyasının digər romanlarının nəşrini də səbirsizliklə gözləyirik”.
Milli Məclisin deputatı, akademik Nizami Cəfərov təqdim olunan kitabın ədəbi - bədii məziyyətləri haqqında söz açaraq Tacikistanın Bəlcivan əyalətində ömrünün 41-ci ilində şəhid olan Ənvər Paşa haqqında Azərbaycanda ilk dəfə belə təfərrüatlı kitab meydana çıxdığını vurğulayıb: “Görkəmli yazıçımız Hüseynbala Mirələmovun "Yurda fəda üç paşa" trilogiyasının birinci romanı olan "Ənvər Paşa"  bədii-ideya məzmunu, bədii quruluşu etibarilə də sanballı əsərdir. Vaxtilə Azərbaycanda böyük şöhrət sahibi olmuş bu qeyri-adi tarixi şəxsiyyət barəsində bizdə ilk dəfədir ki, belə təfərrüatlı bir əsər meydana çıxır. “Ənvər Paşa”  nə sənədliliyi bədiliyinə, nə də bədiiliyi sənədliliyinə kölgə salmayan bir romandır. İnanıram ki, oxucular əsəri böyük maraqla oxuyacaqlar. “Ənvər Paşa” kitabı ilə tanış olduqdan sonra  oxucular məhz azərbaycanlı qələm adamının məsələyə neçə on illərdən sonrakı münasibətini öyrənərək təsəvvürlərindəki ziddiyyətliliyə yeni və xeyli dərəcədə obyektiv məlumatlar əsasında müəyyən harmoniya gətirə biləcəklər”.
Millət vəkili Eldar İbrahimov “Ənvər Paşa” kitabının tariximizi öyrənmək baxımından əhəmiyyətini qeyd edib: “Yazıçı Hüseynbala Mirələmov tariximiz barəsində, xüsusilə Qarabağ haqqında silsilə əsərlər qələmə alaraq bəzən qarabağlılardan daha artıq qarabağlı olduğunu sübut edib. Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycan-Türkiyə qardaslığının bu gün cənab Prezidentimiz İlham Əliyev və Türkiyənin cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan tərəfindən davam etdirilməsi hamımıza məlumdur. Yazıçının bu nüansı əsas tutaraq “Ənvər Paşa” kitabını Azərbaycan - Türkiyə qardaşlığına və adlarını çəkdiyim böyük tarixi şəxsiyyətlərə ithaf etməsi də çox önəmli məsələdir. “Ənvər Paşa” tariximizi öyrənmək istəyən gənclərin stolüstü kitabı olmalıdır”. 
Milli Məclisin deputatı Cavanşir Paşazadə “Ənvər Paşa” romanını gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində çox dəyərli əsər kimi səciyyələndirib. 
“Yada düşdü” ədəbi-bədii, nostalji jurnalın baş redaktoru Nəzakət Məmmədova yazıçını yeni kitabı münasibətilə  təbrik edərək indiyə qədər onun bir sıra tarixi mövzularda sanballı əsərlər qələmə aldığını bildirib. Nəzakət Məmmədova rəhbərlik etdiyi dərginin mərasimdə qonaqlara təqdim edilən, yaxın tarixdə işıq üzü görmüş 40-cı sayının xüsusi buraxılışının bütövlükdə yazıçı Hüseynbala Mirələmovun yaradıcılığına həsr olunduğunu və oxucular tərəfindən maraqla qarşılandığını xatırladıb.  
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışına maraqlı bir xatirə ilə başlayıb: “Yazıçı Hüseynbala Mirələmov mənim ilk redaktorum olub. Yeddinci sinifdə oxuyanda yazdığım şeirləri “Azərbaycan  pioneri” qəzetinə yollamışdım, şeirlərim o vaxt həmin qəzetdə çalışan Hüseynbala müəllimin redaktorluğu ilə dərc edilmişdi. 
Hüseynbala Mirələmov güclü bədii əsərlərlə yanaşı, ulu öndər Heydər Əliyev, cənab İlham Əliyev, Zərifə xanım Əliyeva, Mehriban xanım Əliyeva haqqında siyasi publisistika janrında   qələmə aldığı  sanballı nəşrləri ilə də Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutur. Bu gün təqdim olunan “Ənvər Paşa” bədiilik və tarixiliyi özündə birləşdirən, tarixi hadisələrə müasir yanaşma baxımından  çox önəmli əsərdir”.  
Xalq artisti Əli Nur “Ənvər Paşa” romanı ilə yazıçının “Sonuncu fateh”, “Gəncə qapıları”, “Xəcalət” kimi onlarla məşhur əsəri sırasına daha bir sanballı kitabın  daxil olduğunu bildirib.  
“525-ci qəzet”in baş redaktoru, Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid çıxışında kitab təqdimatlarının hər zaman sevindirici hadisə olduğunu qeyd edərək yazıçı Hüseynbala Mirələmovun indiyədək çox sayda  bədii və  tarixi romanların, siyasi- publisistik janrda kitabların, oxunaqlı səfər təəssüratlarının, teatrsevərlər tərəfindən maraqla qarşılanan dram əsərlərinin müəllifi olduğunu vurğulayıb: “Bundan əvvəl yazıçının bu yaxınlarda nəşr edilən “İki şah, iki sultan” trilogiyasına daxil olan “Süqut”, “Bənövşəyi əncir” və “Çaldıran yolu” romanlarını da oxumuşam. Bu tarixi əsərlərə görə də yazıçımıza böyük təşəkkür düşür. Adını çəkdiyim trilogiyadakı əsərlərdə polemika yatadacaq maraqlı mövzular var. “Yurda fəda üç paşa” kitabının ilk romanı olan “Ənvər Paşa”nın da maraqla oxunacağına inanıram.  Hüseynbala müəllim harada olsa, orada xoş ovqatlı kitab bayramıdır. Bu xoş ovqatın daimi olmasını arzulayıram”.
“Ənvər Paşa” kitabı vaxtilə  Bakını azad edən qəhrəmanlara qoyulan böyük ədəbi abidədir. Belə tarixi nəşrləri qardaşlıq körpüsü adlandırıram və bu dəyərli kitabı ərsəyə gətirdiyinə görə hörmətli yazıçımıza ürəkdən minnətdarlığımı bildirirəm”. Bu fikirləri “Ənvər Paşa” kitabının  həmredaktoru, professor Minaxanım Nuriyeva-Təkəli səsləndirib.  
Jurnalist Dilman Musayev  “Ənvər Paşa”nı birnəfəsə oxunan maraqlı əsər kimi səciyyələndirib.  
“Çox sevinirəm ki,  yazıçı Hüseynbala Mirələmov bu kitabla Ənvər Paşanın ədəbi-bədii monumentini Azərbaycan ədəbiyyatına gətirib. Əsərdə türkçülüyün gerçək tarixi bədii şirinliklə qələmə alınıb”. Tədbirdə bu fikirləri yazıçı Vaqif Nəsib qeyd edib. 
Professor Elman Quliyev bildirib ki, “Ənvər Paşa” əsəri həm bədii dil aspektindən, həm də türk hərb tarixinə müasir və irfani yanaşma baxımından əhəmiyyətli əsərlərdəndir.   
Sonda yazıçı Hüseynbala Mirələmov tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib və qonaqlar üçün  “Ənvər Paşa” kitabını imzalayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!