01 Aprel 2026 08:35
150
İQTİSADİYYAT
A- A+
Qalaların kölgəsində, karvanların səsində: Gəncə, Şamaxı və Beyləqan

Qalaların kölgəsində, karvanların səsində: Gəncə, Şamaxı və Beyləqan


Orta əsr Azərbaycan şəhərləri həm yaşayış məskəni, həm də ticarət və mədəniyyət mərkəzi kimi inkişaf etmişdi. Bu baxımdan, Şamaxı, Gəncə və Beyləqan şəhərləri əsas ticarət yollarının kəsişməsində yerləşərək, iqtisadi və strateji əhəmiyyət qazanmışdı. Buralarda şəhərsalma prinsipləri ticarət yollarının tələbləri ilə sıx bağlı olmuş, şəhər qalaları və yaşayış zonalarının yerləşməsi həm müdafiə, həm də iqtisadi məqsədlər nəzərə alaraq  qurulmuşdu. Karvansaralar isə şəhərlərin planlaşdırılmasında mühüm rol oynayaraq ticarətçilər və səyahət edənlər üçün mərkəzi dayanacaqlar kimi  fomalaşmışdı. 

Həmin dövrdə Azərbaycan şəhərlərinin planlaşdırılmasında ticarət yollarının rolu xüsusi əhəmiyyət daşıyırdı. Ticarət yolları  şəhər küçələrinin və bazar sahələrinin yerləşməsini müəyyənləşdirir, karvanların hərəkətini asanlaşdırmaq üçün düz və geniş küçələrin salınmasına təsir edirdi. Məsələn, Şamaxıda bazar sahəsi əsas karvan yoluna yaxın yerləşirdi ki, bu da şəhərin iqtisadi inkişafını sürətləndirirdi. Bu gün  də Şamaxının mərkəzi və bazar ərazilərində Orta əsr şəhərsalma prinsiplərinin izləri qalmaqdadır. Bəzi küçələr hələ də düz və geniş uzanaraq keçmişin şəhərsalma izlərini xatırladır, əsas yol kəsişmələri şəhərin tarixi ritmini yaşadır. Amma  şəhərin böyük hissəsi yenilənib, bazar sahələri isə dükanlar, marketlər və ticarət mərkəzləri ilə canlandırılıb. Bununla da  şəhərin ticarət həyatı yeni ritm və rəng qazanıb. Bununla belə şəhərin planı və yol şəbəkəsi ilə Orta əsr ticarət yollarının xəritəsi arasında oxşarlıqlar hələ də müşahidə edilir.

Eyni fikirləri Gəncə haqqında da söyləmək mümkündür. Gəncənin mərkəzi hissələrində və bazar sahələrində də Orta əsr şəhərsalma prinsiplərinin təsirləri aydın görünür. Şəhərin bəzi küçələri düz və geniş şəkildə qorunmuşdur, əsas yol kəsişmələri  şəhərin tarixi xəritəsi ilə uyğun gəlir. Lakin şəhərin böyük hissəsi müasir tikililərlə yenilənib, bazar sahələri isə modern ticarət obyektlərinə çevrilib. Gəncədəki tarixi izlər kimi Beyləqanda da Orta əsr şəhərsalma prinsiplərinin təsirlərini müəyyən dərəcədə görmək mümkündür. Bəzi küçələr və yol kəsişmələri Orta əsrləri xatırladır, lakin şəhər geniş şəkildə yenilənib və müasir yaşayış sahələri ilə əvəz olunub. 

Müdafiə məsələsi də Orta əsr şəhərsalmasının əsas tələblərindən idi. Şəhər qalaları strateji yüksəkliklərdə yerləşir, ətrafında yaşayış zonaları,  emalatxanalar və məhəllələr uzanırdı. Qalalar ticarətçiləri və səyahətçiləri qorumaqla yanaşı, şəhərin müdafiəsini də təmin edirdi. Onların yaxınlığında yaşayan insanlar həm müdafiədə iştirak edir, həm də şəhərin ticarət və sənət fəaliyyətinə dəstək verirdilər. Bu ümumi müdafiə prinsipləri Gəncə şəhərində özünü  aydın şəkildə göstərib. Gəncə çayının sol sahilində yerləşən Gəncə qalası həmin dövrün mühüm hərbi və memarlıq nümunələrindəndir. Qala Qafqaz hərb tarixinin ən mühüm istehkamlarından hesab olunur. XVI əsrdə Osmanlı - Səfəvi müharibələrinin qızğın dövründə sərkərdə Fərhad Paşa tərəfindən tikilən bu müdafiə qurğusu sadəcə hərbi-siyasi gücün simvolu kimi diqqət çəkmir. O, regionda memarlıq ənənələrinə yenilik gətirib. Səkkizbucaqlı poliqonal plana malik qala qısa müddətdə ucaldılıb. Bura 6-12 metr hündürlüyündə və təxminən iki metr qalınlığında kərpic-daş divarlarla əhatə olunub,  bürclərarası məsafə o dövr üçün ideal atəş  açmağa imkan verirdi. İnşaatda Arran memarlıq məktəbinə xas bişmiş qırmızı kərpic, çınqıllı gil məhlulu və bazalt bünövrə materiallarından istifadə edilib.

Şamaxıda da qala və ətraf yaşayış məhəllələri oxşar şəkildə təşkil olunub. Şəhər qalası strateji yüksəklikdə yerləşərək ticarət yollarını və bazar sahələrini qoruyub, yaxınlıqda yaşayan sakinlər isə müdafiə işlərində fəal iştirak ediblər. Bu, Şamaxının həm iqtisadi, həm də hərbi cəhətdən sabitliyini təmin edirdi. Beyləqanda isə qalaların və ətraf məhəllələrin rolu bir qədər fərqli olsa da, əsas məqsəd eyni idi: müdafiə ilə yanaşı, şəhərin ticarət və sənət fəaliyyətinə dəstək vermək. Karvansaraların və bazar sahələrinin qala yaxınlığında yerləşməsi ticarətçilərin təhlükəsizliyini təmin edir, eyni zamanda şəhərin iqtisadi həyatını canlandırırdı. Qeyd etdiyimiz bu qarşılıqlı  əlaqə şəhərsalmanın strateji və iqtisadi aspektlərini birləşdirir, Orta əsr şəhərlərinin həm müdafiə, həm də ticarət funksiyalarını harmonik şəkildə həyata keçirməsinə imkan verirdi.

İndi də bu şəhərlərin şəhərsalmada oxşar və  fərqli  tərəflərini nəzərdən keçirək.  Orta əsrlərdə Gəncə, Şamaxı və Beyləqanı əsasən ticarət yollarının kəsişməsi və strateji mövqeləri birləşdirirdi. Hər üç şəhər Qafqaz regionunda ticarət karvanları üçün mühüm dayanacaq olmuş, bazar və karvansaralar vasitəsilə iqtisadi həyatın mərkəzi kimi diqqət çəkirdi. Ümumi faktorlar sırasında şəhər qalaları, ətraf məhəllələr və karvansaraların şəhərsalma prinsiplərində rolu önəmli yer tuturdu. Fərqlər isə əsasən coğrafi mövqe və müdafiə strategiyası ilə bağlı idi. Gəncə şəhəri çayın sahilində yerləşdiyindən qala və inzibati quruluş daha çox strateji və hərbi yönümlü idi. Şamaxı  ticarət mərkəzi kimi iqtisadi fəallığı ilə seçilirdi, Beyləqan isə karvan yolları boyunca kiçik ticarət və sənət mərkəzi kimi önəm daşıyırdı. 

Göründüyü kimi, Orta əsr Azərbaycan şəhərləri olan Gəncə, Şamaxı və Beyləqan şəhərsalma prinsiplərinə görə, iqtisadi, müdafiə  və mədəniyyət mərkəzi kimi strateji əhəmiyyət daşıyıb. Bu şəhərlərin inkişafında ticarət yolları, karvansaralar və şəhər qalaları bir-biri ilə sıx bağlı olub ki, bu da şəhərsalmanın bütün sahələrinə təsir göstərib.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Myanmada xunta lideri prezidentliyə namizəddir  

10:17
01 Aprel

Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini Azərbaycana səfərə gəlib

10:15
01 Aprel

Azərbaycan nefti 132 dolları ötüb

09:43
01 Aprel

Media: Avropa ABŞ-nin İrana qarşı tələblərinə müqaviməti artırır

09:43
01 Aprel

BƏƏ Hörmüz boğazını açmaq üçün güc tətbiq etməyə hazırdır

09:41
01 Aprel

Rubio: ABŞ-nin İrana qarşı hərbi əməliyyatı sona yaxınlaşır

09:41
01 Aprel

Tədqiqat: Yer Ayı kosmik radiasiyadan qoruyurmuş

09:39
01 Aprel

İş yoldaşımızın xatirəsi

08:50
01 Aprel

Yazda sağlam qalmağın sirri

08:45
01 Aprel

Bakı və İrəvan arasında sülh prosesi geri dönməz hal alır

08:40
01 Aprel

Qalaların kölgəsində, karvanların səsində: Gəncə, Şamaxı və Beyləqan

08:35
01 Aprel

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Novruz və Ramazanla bağlı bayram tədbirləri

08:30
01 Aprel

ADAU-da alternativ enerji mənbələri üzrə tədqiqatlar aparılır

08:27
01 Aprel

Gələcəyə hesablanmış enerji strategiyasının tərkib hissəsi

08:25
01 Aprel

Myanmada xunta lideri prezidentliyə namizəddir

08:20
01 Aprel

Quba Soyqırımı Memorial Kompleksində anım tədbiri keçirilib

08:15
01 Aprel

31 Mart xalqımızın qan yaddaşıdır

08:10
01 Aprel

Daşnak-bolşevik cəlladları Salyana girə bilmədilər

08:05
01 Aprel

Milli yaddaşımızın ağrılı səhifəsi

08:00
01 Aprel

Tramp: Razılaşmadan asılı olmayaraq, ABŞ İrandakı əməliyyatlara son qoyacaq  

07:57
01 Aprel

Türk Dövlətləri Təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib

07:44
01 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!