Yer kürəsində
fəsillərin əmələ gəlməsi Yerin Günəş ətrafına dolanması, Yerin hərəkət oxunun Günəşətrafı
orbit müstəvisinə meyilli olması və bu meyilliliyin fəzada sabit qalması ilə əlaqədardır.
Fəsillərdə
yaz gecə-gündüz bərabərliyi - baharın başlanğıcı, yay Günəşduruşu - yayın başlanğıcı,
payız gecə-gündüz bərabərliyi - payızın başlanğıcı və qış Günəşduruşu - qışın başlanğıcı
üçün əsas göstəricidir.
Yaz bərabərliyi:
Martın 21-də (bəzən 20-22-si) Günəş göy ekvatorunu kəsərək, dünyanın Cənub yarımkürəsindən
Şimal yarımkürəsinə keçir. Həmin gün Yerin Şimal və Cənub yarımkürələri Günəş şüaları
ilə eyni dərəcədə şüalanır. Yer kürəsinin hər yerində gecə-gündüz ilə ekvatorun
kəsişdiyi nöqtə yaz bərabərliyi nöqtəsi adlanır. Bu, Yerin Şimal yarımkürəsində
astronomik baharın başlanğıcı deməkdir. Günəş Qoç bürcünə daxil olur.
Yay Günəşduruşu:
İyunun 22-də Günəşin günorta hündürlüyü maksimal həddə çatır. Həmin gün Yerin Şimal
yarımkürəsində ən uzun gündüz, ən qısa gecə olur. Bu, astronomik yayın başlanğıcıdır.
Yayın bu anına yay Günəşduruşu deyilir. Günəş Əkizlər bürcündə olur.
Payız bərabərliyi:
Sentyabrın 22-də Günəş göy ekvatorunu kəsərək Şimal yarımkürəsindən Cənub
yarımkürəsinə keçir. Yenidən gecə ilə gündüz bərabərləşir. Ona görə həmin an payız
bərabərliyi adlanır. Astronomik payızın başlanğıcıdır. Günəş Qız bürcündə olur.
Qış Günəşduruşu:
Dekabrın 22-də Günəşin günorta hündürlüyü minimal olur. Ən uzun gecə, ən qısa gündüz
olur. Bu, astronomik qışın başlanğıcıdır. Həmin an qış Günəşduruşu adlanır. Günəş
Oxatan bürcündə olur.
Fəsillərin
hərəsi üç ay hesablanmış və əsas etibarı ilə
təsərrüfatla əlaqələndirilmişdir. Azərbaycanda xalq arasında fəsillər belə
səciyyələndirilir: yaz bitirər, yay yetirər, payız götürər, qış ötürər. Və yaxud:
üçü bizə yağıdı (qış), üçü cənnət bağıdı (yaz), üçü yığıb gətirir (yay), üçü vurub
dağıdır (payız).