Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Sizi doğum gününüz münasibətilə ABŞ-nin Texas ştatının Hyuston şəhərində yaşayan azərbaycanlılar adından səmimi-qəlbdən təbrik edirəm. Sizin sayənizdə Azərbaycan bu gün dünyada öz sözünü qətiyyətlə deyən, haqqını qoruyan, xalqını birləşdirən bir dövlət kimi tanınır və ucalır.
Biz harada yaşamağımızdan asılı olmayaraq bu ucalığın bir parçası olmaqdan qürur duyuruq.
Sizin rəhbərliyinizlə Azərbaycan son beş ildə tarixinin ən parlaq səhifələrindən birini yazdı. Beş il əvvəl qazandığımız Zəfər təkcə hərbi qələbə deyil, həm də uzun illər boyu ürəklərdə yaşayan haqq-ədalətə qovuşma arzusunun reallığa çevrilməsidir. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” kimi qeyd edilməsi isə həmin Zəfərin mənəvi davamı, dövlətimizin əzmkarlığının və iradəsinin daha bir göstəricisidir. Sanki Zəfərdən doğan işıq bu dəfə dövlətçilik sütunlarımızı daha da möhkəmləndirir, suverenliyimizin səsi hər bir azərbaycanlının qəlbində yenidən ucalır. Biz bu ili yalnız təqvimdə yox, ruhumuzda, yaddaşımızda, dövlətçilik sevgimizdə qeyd edirik. Dünyanın müxtəlif guşələrində yaşayan biz azərbaycanlılar Vətənlə aramızdakı məsafələrə baxmayaraq, Sizin qətiyyətli siyasətinizlə güc tapırıq. Hər çıxışınız, hər addımınız bizim üçün ruh yüksəkliyi, ilham mənbəyi olur. Biz Sizi dəstəkləməklə təkcə bir liderə yox, həm də Vətənimizin əzəmətinə, gücünə, gələcəyinə inamımızı ifadə edirik.
Sizi qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də təbrik edir, 2026-cı ildə Sizə və ölkəmizə daha böyük zəfərlər, xalqımıza firavanlıq arzu edirik.
Dərin hörmət və ehtiramla,
İradə Axundova
ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış
Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri