18 Aprel 2023 01:00
455
Mədəniyyət
A- A+
Yaxşılığımız Ramazanla bitməsin

Yaxşılığımız Ramazanla bitməsin

 

Oruc nədir? Bu sualın cavabını Azərbaycanda ibadət edən də, etməyən də bilir. Bəs Allah onu niyə vacib buyurub? Bu sualın cavabı haqqında isə çoxlarının ibtidai bilgisi belə yoxdur. 
Elə bilirlər ki, oruc tutmaq gün çıxandan gün batanacan ac-susuz qalmaqdır. Və bununla da onlar Allah qarşısında olan borclarını yerinə yetirmiş olurlar. Orucun əsl mahiyyətinin nə olduğunu bilməyə isə həvəs göstərmirlər. 
Allah deyir: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz" ("Bəqərə" surəsi, ayə 183). Əlavə şərhə gərək varmı?  Allahın dediyi hər sözün öz çəkisi, öz məna tutumu var. Sadəcə, bunu oxuyub dərk etmək lazımdır.
"Siz pis əməllərdən çəkinəsiniz" - ayədə belə deyir Allah.  Bu o demək deyil ki, yalnız Ramazan ayında pis əməldən uzaq durmaq lazımdır, yalnız oruc tutulan 30 gün müddətində yaxşılıq etmək, mərhəmət nümayiş etdirmək vacibdir. Halbuki xeyirxahlıq, yaxşılıq etmək  Allahın yaratdığı ali varlığın ömür boyu ən ali borcudur. Ramazan ayı isə insanlar üçün sınaq müddətidir. İnsan 30 gün  nəfsi ilə sınağa çəkilir. Nəfs təksə yeməkdən imtina etmək deyil ki?! Ramazan ayı insanların bir-birinə olan sevgisinin, birinin o birinə etdiyi yaxşılığın Allah tərəfindən qiymətləndirildiyi aydır. Ramazanda edilən yaxşılıq, diqqət və qayğıkeşlik ən böyük əməldir. Amma bu əməllər 30 günlə məhdudlaşmamalıdır. Bu müddət ondan ötrüdür ki, insan ayılsın, ətrafına baxsın, yaxşını-pisi ayırd edə bilsin. Qəlbində azacıq da olsa mərhəmət duyğusu varsa,  ürəyində bir balaca yaxşılıq gəzdirirsə, ədalət hissini itirməyibsə onları bir ömür "xərcləsin". Yoxsa ki, on bir ay "əlini yumulu saxlayıb" Ramazan ayı gələndə açmasın.
Bəşər övladı yaxşılıqdan yoğrulmuş duyğularla "silahlanıb". Bu "silah"dan son nəfəsə qədər istifadə etmək, onu bir saniyə olsun belə əldən yerə qoymamaq lazımdır. O zaman heç bir pislik ona qalib gələ bilməz. Yaxşılıq "silah"ı çox güclüdür. Amma biz  bu gücdən davamlı istifadə edə bilirikmi?  Təəssüf ki, bu, bizim yadımıza yalnız Ramazan ayında düşür. Bəzilərimiz yaxşılıqları Ramazana saxlayıb, qalan on bir ayda "kor atı minib köndələn çapırıq". Gözləyirik ki, Ramazan ayı gəlsin, bir yetimin başına sığal çəkək, başqa bir acın qarnını doyuraq, kədərdən əyilmiş bir qaməti dikəldək, gözyaşı silək, bir xəstəyə çarə qılaq, xoş sözlərlə könül oxşayaq və s. Sonrakı aylar, Allah böyükdür, bağışlayar.
Əslində isə, yaxşılıqlar içdən gələndə (daha Ramazan xatirinə yox) insanı böyüdür, ucaldır. Bu cür yaxşı əməl sahibləri nə qədər ucada olsalar da, heç vaxt başqalarına yuxarıdan aşağı baxmırlar. Onlar o ucalıqda da daha yuxarı boylanıb ehtiyac sahiblərinə nəsə kömək etməyə çalışırlar. Belə yaxşılıq sahibləri Allah ucalığına az da olsa yaxınlaşa bilirlər.
Nə yazıq ki, pislik etmək, hər zaman yaxşılığın üstündən keçib onu tapdalamaq da insan övladının xislətində yer tutan bir nəsnədir. Bu cür insanlar yaxşı əməl sahiblərini qətiyyən anlaya bilmirlər. Pis əməl törətmək gözlərini o qədər kor edir ki, dünyada yaxşılığın olduna inana bilmirlər. Bəzən çalışsalar da ki, yaxşı bir iş görsünlər, yenə də alınmır. Çünki zalımlıq, qəddarlıq onlarla bərabər doğulur, qanlarında, canlarında olur. Onlar xilaskarını sancan əqrəb kimidirlər. Nizami Gəncəvi yazır ki, yaxşılıq insanlıq sənətidir. Bu, doğrudan da, belədir. Yaxşılıq insanları bir-birinə bağlayan qızıl zəncirdir, boyunbağıdır. Bu zəncirin bir halqası qırılsa da, onu bərpa etmək mümkündür. Amma pisliklər nə bir-birinə bağlanır, nə də bərpa olunur. Ona görə də yaxşılıq və xeyirxahlıq etmək təkcə Ramazanda deyil, ilin on iki ayında lazımdır. Belə olarsa, pisliklər də ayaq açıb yeriməz. 
Təəssüf ki, din adamları da yaxşılıqlar haqqında daha çox Ramazan ayında danışırlar. "Ramazan on bir ayın sultanıdır", - deyib onu qalan on bir aydan üstün tuturlar. Əlbəttə, Ramazanın digər aylardan fərqi var. Amma Quranda bu ayın o biri aylardan üstün olması xüsusi vurğulanmır, sadəcə, kitabın Ramazanda nazil olduğundan bəhs edilir. 
Gəlin yaxşılığımızı  "sandığa yığıb" Ramazan ayına saxlamayaq, o xislətimizdədirsə, ömür boyu özümüz olaq.

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kanadada fəaliyyət göstərən “Baku Production” layihəsinin təsisçiləri Sənan Əlizadə və Sultanhüseyn Qasımzadədən  

15:50
19 Dekabr

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oytadan

15:47
19 Dekabr

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən  

15:43
19 Dekabr

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоvdan  

15:38
19 Dekabr

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelovdan  

15:36
19 Dekabr

Kərkicahan qəsəbəsində yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənib

15:29
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından  

15:13
19 Dekabr

Türkiyədə fəlakət risklərinə qarşı 2 milyon 333 min mənzil yenidənqurma prosesinə cəlb edilib

15:12
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürdən  

15:12
19 Dekabr

AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb  

14:43
19 Dekabr

Ağdərənin Vəngli kəndində 130 ev mavi yanacaqla təmin edilib  

14:41
19 Dekabr

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasından  

14:34
19 Dekabr

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb  

14:26
19 Dekabr

Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib  

14:23
19 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqlədi

14:14
19 Dekabr

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!