25 İyun 2025 09:10
589
DÜNYA
A- A+
Yaxın Şərqsayağı "sülh"

Yaxın Şərqsayağı "sülh"


Xəbər verildiyi kimi, dünən ABŞ Prezidenti Donald Tramp İran və İsrail arasında atəşkəsin qüvvəyə mindiyini bildirmiş və münaqişə tərəflərindən onu pozmamağı xahiş etmişdi. "Atəşkəs artıq qüvvədədir. Xahiş edirəm, onu pozmayın!" - deyə o, "Truth" sosial şəbəkəsindəki səhifəsində yazmışdı.

Bundan əvvəl ABŞ Prezidenti NBC News telekanalına müsahibəsində bildirmişdi ki, İsrail və İran arasında atəşkəs "əbədi" davam edəcək. Qeyd etmişdi ki, İsrail və İran arasında gərginliyin artması nəticəsində çoxlu insan həlak olub və vəziyyət daha da pisləşə, "bütün Yaxın Şərqi məhv edə bilər". Eyni zamanda Tramp iki ölkə arasında atəşkəsin vacibliyinə diqqət çəkmişdi: "Bu, Amerika üçün əla gündür. Bu, Yaxın Şərq üçün əla gündür. İşi bitirə bildiyim üçün çox şadam". Münaqişə tərəfləri arasında atəşkəsin müddəti barədə danışan Tramp atəşkəsin müddətsiz olacağını bildirmişdi: "Mən hesab edirəm ki, atəşkəs daimidir. Bu, əbədi olaraq davam edəcək". "İsrail və İran 12 saat ərzində atəşkəsin  olacağına dair razılığa gəliblər, bu zaman müharibə başa çatmış hesab olunacaq", - Tramp "Truth" sosial şəbəkəsində yazmışdı.

O qeyd etmişdi ki, atəşkəs rejiminə ilk olaraq İran, 12 saat sonra isə İsrail təşəbbüs göstərəcək, 24 saatdan sonra isə "dünya 12 günlük müharibənin bitməsini qeyd edəcək": "Hər şeyin guman etdiyimiz kimi olacağını fərz etsək, mən hər iki dövləti - İsraili və İranı "12 günlük müharibə" adlandırılmalı olan savaşı dayandırmaq üçün dözüm, cəsarət və zəkaya sahib olduqlarına görə təbrik etmək istərdim. Bu müharibə illərlə davam edə və bütün Yaxın Şərqi məhv edə bilərdi, amma belə olmadı və heç vaxt da olmayacaq!" İsrailin Baş naziri Benyamin Netanyahu da İranla müharibədə atəşkəs elan etmişdi.

Lakin bir neçə saatdan sonra İsrailin müdafiə naziri İsrael Kats İranın atəşkəsi pozduğunu bildirib və hərbçilərə Tehrana yeni zərbələr endirməyi əmr edib. "Mən İsrail ordusuna İranın atəşkəsi pozmasına Tehranın mərkəzindəki  hədəflərə güclü zərbələrlə cavab verməyi tapşırmışam", - deyə Kats deyib. Bundan sonra Tehran yenidən bombardmana məruz qalıb.

İranın dövlət mediası yazır ki, İsrailin ittihamlarına cavab olaraq Tehran atəşkəs başlayandan sonra İsrailə raket atılması xəbərini təkzib edir. İran Milli Təhlükəsizlik Şurası da öz növbəsində atəşkəs elan edən bəyanat yayıb.

İranın Ali Milli Təhlükəsizlik Şurasının Katibliyindən verilən açıqlamada 12 günlük müharibədə "düşmənin hər bir təxribatına sarsıdıcı cavab" verildiyi  və "xalqın misilsiz birliyi"ndən bəhs edilib.

Tramp deyib ki, İsrail və İran atəşkəsi pozub və o, hər iki tərəfdən "narazıdır". ABŞ Prezidenti İsraildən İrana hücum etməməyi xahiş edib. "İsrail, o bombaları atmayın. Əgər atsanız, bu, böyük pozuntu olacaq. Pilotlarınızı geri çağırın".

Axşam saatlarında Tramp İsrail-İran qarşıdurması ilə bağlı növbəti açıqlama verərək bir daha İsraili elan olunmuş atəşkəsə əməl etməyə səsləyib: "Mən İsraili sakitləşdirməliyəm. Atəşkəs elan edildikdən sonra İsrail əvvəlkilərdən daha çox bomba atıb".

Son məlumata görə, ABŞ Prezidenti Donald Tramp və Baş nazir Benyamin  Netanyahu arasında telefon danışığından sonra İsrail raket zərbələrini dayandırıb. 

Öz növbəsində İran Prezidenti Məsud Pezeşkian bildirib ki, əgər İsrail də buna əməl edərsə, Tehran ABŞ Prezidenti Donald Trampın elan etdiyi atəşkəsə hörmətlə yanaşacaq.


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub  

00:21
17 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!