11 İyun 2025 08:50
1021
Mədəniyyət
A- A+
Yaşı az olsa da, uğurları çoxdur

Yaşı az olsa da, uğurları çoxdur


İnsan dünyaya göz açanda ilk dəfə ətrafında hansı sənəti görürsə, müşahidə edirsə, ona da maraq göstərir. Sonra həmin sənətin heyranına çevrilir, gələcək üçün onu özünə peşə seçir. 

Atalar əbəs yerə deməyib ki, ot kökü üstə bitər. Bu gün həyatının arzularla dolub-daşan günlərini, anlarını yaşayan Mənsurə Məmmədova 2005-ci ilin iyulunda Bakıda, rejissorlar ailəsində anadan olub. Gözünü dünyaya incəsənət ailəsində açdığına görə də kiçik yaşlarından bu sahəyə böyük maraq göstərib. İncəsənət vurğunu olan Mənsurə 2011-ci ildə Osman Mirzəyev adına 189-190 nömrəli tam orta məktəbdə oxumağa başlayıb, gələcəyə gedən təhsil yollarında ilk addımlarını atıb. İncəsənətə olan böyük maraq və sevgi Mənsurəni hələ kiçik yaşlarında - 2012-ci ildə Əhməd Bakıxanov adına 6 nömrəli musiqi məktəbinə gətirib. Sınaqlardan uğurla keçərək bu təhsil ocağının Simli alətlər şöbəsinin skripka ifaçılığı ixtisasına qəbul olub. Sanki musiqi dünyası qollarını geniş açaraq onu qoynuna alıb. Balaca Mənsurə arxada qalan illər ərzində musiqinin sirlərinə dərindən yiyələnib, 2019-cu ildə musiqi təhsilini qırmızı diplomla bitirib. 

2022-ci ildə orta təhsilini əla qiymətlərlə başa vuraraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Audiovizual sənətlər fakültəsinin rejissorluq ixtisasına qəbul olub. İllərdən bəri ürəyinə kök atmış arzusuna çatıb. Həmin gün onun sevinci yerə-göyə sığmırdı. Bilirdi ki, qəbul olduğu bu təhsil ocağı onun üçün incəsənət aləminə açılan geniş bir qapıdır. Mənsurə ilk günlərdən başlayaraq ixtisasının sirlərinə dərindən yiyələnib. Peşəsinin sirlərinə yiyələndikcə rejissorluq sənətinə olan marağı və sevgisi daha da artıb. Mənsurə hazırda rejissor sənətinin incəliklərini müəllimi Şərif Qurbanəliyevdən öyrənməkdə davam edir.

Hazırda üçüncü kursda oxuyan gələcəyin rejissoru ilə söhbət edərkən öyrəndik ki, onun babası Kərim Kərimov da rejissor olub. Uzun müddət Azərbaycan Televiziyasında çalışıb. Uzun illər onlarca verilişə rejissorluq edib. Mənsurə onu xoş sözlərlə xatırlayır: "Babamın sənət yolunu davam etdirməyimdən qürur duyuram. Sənət aləmində görkəmli rejissorlarımız çox olub. Onların bir zamanlar çəkdikləri filmlərə bu gün biz böyük maraqla, həvəslə baxırıq. Bu rejissorların hər birinin keçdiyi yol bizim üçün bir yaradıcılıq məktəbidir. Amma mən babam Kərim Kərimova bənzəmək istəyərdim. Həm insani, həm də sənət baxımından". 

Söhbət zamanı onu da öyrəndik ki, Mənsurə Məmmədovanın yalnız babası deyil, atası Elnur Məmmədov da, anası Könül Kərimova da rejissordur. Hər ikisi hazırda Akademik Milli Dram Teatrında çalışır. Deməli, Mənsurənin bu sənətə gəlməsində təkcə babasının deyil, valideynlərinin də güclü təsiri olub. Necə deyərlər, ot kökü üstə bitib.

Söhbət zamanı Mənsurə ötən illər ərzində gördüyü yaradıcılıq işlərindən də söz açdı. Dedi ki, indiyədək bir neçə audiovizual işlər görüb. Mikayıl Müşfiqin xatirəsinə həsr olunmuş "Məni gözəl xatırla" filmi, Ramiz Rövşənin eyniadlı şeiri əsasında, babası Kərim Kərimovun xatirəsinə həsr etdiyi "Kino" filmi, "Xəyalların ardınca" sosial çarxı, "120.2.4" qısametrajlı bədii filmi, "Hədiyyə" sosial çarxı, "3-cü zəng" - Akademik Milli Dram Teatrı haqqında televiziya verilişi, "Su həyatdır" reportaj filmləri Mənsurənin sənət yollarında atdığı ilk addımlardır. Təhsilini uğurla davam etdirən, rejissorluq sənətinin sirlərinə dərindən yiyələnən Mənsurə Məmmədovanın çəkdiyi qısametrajlı filmlər, sosial çarxlar bir neçə festivalda yüksək qiymətləndirilib. Ssenari müəlliflərindən biri olduğu "Qismət" sosial çarxı I Cinemo Mobil Film Festivalında birinci yerə layiq görülüb. II Beynəlxalq Cinemo Mobil Film Festivalında isə "Hədiyyə" sosial çarxı "TikTok nominasiyası" üzrə ən yaxşı iş seçilib. 

Hazırda Mənsurə Məmmədova yaradıcılıq işlərini davam etdirir. O, "Zontik Film" prodakşınının qurucularından və "Metro Film Media"nın rejissoru və ssenaristlərindən biridir. Quruluşçu rejissoru Orxan Ali olan "Dar küçələr" serialında isə ikinci rejissordur.

Gənc qız dünya rejissorlarının çəkdiyi filmləri maraqla izləyir, öyrənir və  təcrübəsini artırır. Söhbətimiz zamanı dedi ki, dünyanın inkişaf etmiş ölkələrində çəkilmiş filmləri sevərək izləyir: "İzlədiyim filmlərdən üçü yaddaşımda və yaradıcılığımda dərin iz salıb. Bunlardan birincisi, Florian Zellerin "Ata", ikincisi, Quentin Tarantinonun "Billini öldürmək", üçüncü isə Æonatan Demmenin "Quzuların səssizliyi" filmləridir".

Yaradıcılıq işlərindən, fəaliyyətindən aydın görünən odur ki, babasının sənət yoluna uğurla davam etdirməyə çalışan Mənsurə Məmmədovanın gənc rejissor kimi məqsədi Azərbaycan televiziyası və kinosunun inkişafına yeni töhfələr verməkdir. Onun üçün rejissorluq qəlbən, zehnən hiss olunmadan insanı maqnit kimi özünə çəkən sənətdir. Bu sənəti sevmədən, onun yolunda ömrünü şam kimi əritmədən, əziyyətlərinə qatlaşmadan müsbət nəticələr qazana bilməzsən. Mənsurə seçdiyi bu sənəti sevir, ilk addımlarını atdığı müqəddəs yollarda qarşılaşdığı çətinlikləri dəf edə-edə, addım-addım məqsəd və amallarına çatır, uğurlar əldə edir. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!