17 Dekabr 2025 08:05
140
SİYASƏT
A- A+
YAP Sədrinin müavini Tahir Budaqov Türkiyədə səfərdə olub

YAP Sədrinin müavini Tahir Budaqov Türkiyədə səfərdə olub


Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) dəvəti ilə 15 Dekabr - Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankara şəhərində keçirilən tədbirdə iştirak edib.

Türkiyə Respublikasının Prezidenti, AK Parti Sədri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən tədbirdə partiyanın "Türk Dünyası Strateji Baxış Sənədi" təqdim olunub.

Tədbirdə çıxış edən AK Parti Sədrinin Türk dövlətləri ilə əlaqələr üzrə müavini, Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Kürşad Zorlu konsepsiyada qarşıya qoyulan əsas hədəfin türk dövlətləri arasında bütün səviyyələrdə əlaqələrin daha da möhkəmləndirilməsi və türk dünyasının ortaq gələcəyinin formalaşdırılması olduğunu bildirib.

Daha sonra Prezident Rəcəb Tayyib Ərdoğan çıxış edərək beynəlxalq müstəvidə, o cümlədən türk dünyasında sülh və təhlükəsizlik naminə işbirliyinin önəmini nəzərə çatdıraraq xalqların rifahı və ölkələrin tərəqqisi naminə beynəlxalq hüquq normalarına əsaslanan məqsədyönlü siyasətin vacibliyinə toxunub.

Dövlət başçısı çıxışında Türk Dövlətləri Təşkilatının yaradılması və çoxşaxəli fəaliyyətinin türk dünyasında birlik və əməkdaşlığın gücləndirilməsində müstəsna rolunu qeyd edərək "Türk Dünyası Strateji Baxış Sənədi"nin qəbul olunması ilə bu istiqamətdə çox mühüm bir addım atıldığını vurğulayıb. "Türk xalqlarının çoxəsrlik bilik və təcrübəsini özündə ehtiva edən bu sənəd növbəti yüzilliyin hədəflərinin gerçəkləşdirilməsində önəmli bir bələdçi rolunu oynayacaqdır", - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

O, ortaq türk əlifbası ilə belə bir konseptual sənədin hazırlanmasını AK Partinin qlobal məsuliyyət hissi ilə türk dünyasında həmrəyliyi gücləndirmək iradəsinin konkret təzahürü adlandırıb: "Türk dövlətləri arasında inteqrasiyanı dərinləşdirməyi və institusional çərçivədə çoxşaxəli əməkdaşlığı gücləndirməyi hədəfləyirik. İqtisadi inkişafa, mənəvi həmrəyliyə nail olmaq, strateji əməkdaşlığı və regional təhlükəsizliyi təmin etmək gələcəyə baxışımızın mərkəzində duran əsas məqsədlərdir. Sənədi hazırlayarkən mövcud beynəlxalq müqavilələri, ikitərəfli və çoxtərəfli əməkdaşlığı, qlobal prosesləri nəzərə almışıq. Eyni zamanda türk dünyasında siyasi və iqtisadi transformasiyaları, ölkələrimizin xarici siyasət perspektivlərini diqqət mərkəzində saxlayaraq  milli maraqları rəhbər tutmuşuq".

Rəcəb Tayyib Ərdoğan mədəni əməkdaşlıqdan iqtisadi inteqrasiyaya, enerji təhlükəsizliyindən çoxşaxəli nəqliyyat şəbəkələrinə, təhsildən gənclər siyasətinə qədər geniş sahələri ehtiva edən sənədin türk dövlətlərinin mövcud potensialından səmərəli istifadə etməyi hədəflədiyini vurğulayıb: "Türk dünyasının gələcəyi ilə bağlı planlar ümumi təkliflərdən konkret layihələrə çevrilir. Biz koordinasiyanı gücləndirən, qərar qəbuletmə mexanizmlərini sürətləndirən və birgə layihələrin həyata keçirilməsini mümkün edən idarəetmə modelini təqdim edirik. Bu addımlar sayəsində əməkdaşlığımız daha sistemli olacaq, qərarlar operativ və effektiv şəkildə icra ediləcək".

Türkiyə Prezidenti BMT-nin mədəniyyət agentliyi olan UNESCO-nun Səmərqənddə keçirilən Baş Konfransının qərarı ilə 15 dekabrın Dünya Türk Dili Ailəsi Günü elan olunmasının əhəmiyyətinə toxunaraq bu xüsusda türk dövlətlərinin qarşısında duran vəzifələrə diqqəti cəlb edib.

Səfər çərçivəsində YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov AK Parti Sədrinin Türk dövlətləri ilə əlaqələr üzrə müavini, TBMM-in üzvü Kürşad Zorlunun adından tədbir iştirakçılarının şərəfinə verilən rəsmi ziyafətə də qatılıb.


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Prezidentinin BƏƏ-yə işgüzar səfəri: Strateji tərəfdaşlıqda yeni mərhələ TƏHLİL 

09:44
17 Dekabr

Qazaxıstanda neft hasilatı və ixracı artıb  

09:43
17 Dekabr

Ombudsman: Əfv və amnistiya institutları humanizm prinsiplərinin hüquqi ifadəsidir  

09:42
17 Dekabr

Keçmiş məcburi köçkün: Xatirələrimizə qayıdırıq  

09:40
17 Dekabr

Xocavənd sakini: Uzun illərdən sonra doğma yurda qayıtmaq böyük xoşbəxtlikdir  

09:37
17 Dekabr

Keçmiş məcburi köçkün: Şükür edirəm ki, yenidən doğma yurduma qayıdıram  

09:36
17 Dekabr

Laçın şəhərinə, Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdamın Xıdırlı kəndinə köç karvanları yola salınıb  

09:35
17 Dekabr

Arktikada temperatur rekord həddə çatıb  

09:34
17 Dekabr

Azərbaycan və Slovakiya arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

09:23
17 Dekabr

Sənətkar ömrü

09:10
17 Dekabr

Qəlblərdə yaşayan şair

09:05
17 Dekabr

Aprel zəfərinin Mühüd zirvəsi

09:00
17 Dekabr

Ağcabədi bələdiyyəsi nümunə göstərir

08:55
17 Dekabr

Özü cavan, yaşı qoca Lənkəran

08:50
17 Dekabr

Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi artır

08:45
17 Dekabr

BP və ADA Universitetinin birgə sosial layihəsi uğurla yekunlaşdı

08:43
17 Dekabr

Ölkəmizin enerji sektorunda daha bir yenilik

08:40
17 Dekabr

Böyük futbol Azərbaycana gəlir

08:35
17 Dekabr

Ermənistanda revanşistlərin siyasi dayaqları yoxdur

08:30
17 Dekabr

Avropa İttifaqı yenidən sülhə qarşı

08:25
17 Dekabr

Misri qılıncdan döyüş PUA-larınacan

08:20
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!