04 İyun 2025 08:45
456
SİYASƏT
A- A+
Xoşbəxt böyümək uşaqların haqqıdır

Xoşbəxt böyümək uşaqların haqqıdır


Erməni quldurları uzun müddət balalarımızın bu haqqına qənim kəsilmişlər


Bizdə həmişə uşaqlara böyük dəyər verilib, onlar sabahımızın sahibi hesab olunub, gələcəyimiz adlanıb. Özü də təkcə deməklə kifayətlənməmişik, onlara hərtərəfli diqqət və qayğı göstərmişik. Uşaqların sağlam, təhsilli böyümələri və inkişaf etmələri üçün əlimizdən gələni əsirgəməmişik.

Bu gün də belədir. Təkcə ailədə deyil, cəmiyyətimizdə uşaqlara böyük diqqət və qayğı var. Uşaqlar bu diqqət və qayğını hər addımda hiss edirlər. Daim üzləri gülən, sevinən uşaqlar həm ailənin, həm cəmiyyətin, həm də dövlətin qayğısı əhatəsindədirlər. Onlar sabahımızın qurucuları və qəhrəmanları kimi böyüyürlər. 

Uşaqların qorunması, sağlam və xoşbəxt böyümələri dünya ictimaiyyətinin də nəzərindədir. Təəssüf ki, uşaqlar heç də həmişə xoşbəxt ola bilmirlər.  Dünyanın ayrı-ayrı ölkələrində müharibə, münaqişə və terror hadisələri zamanı onlar da yaralanır, həyatlarını itirirlər. Gələcəyimiz olan uşaqlar müharibə və terror qurbanlarına çevrilirlər. 

Münaqişə və müharibələr uşaqlara bəlalar gətirib, işıqlı dünyalarını zülmətə çevirməsin deyə beynəlxalq səviyyədə indiyə qədər onların müdafiə olunmaları, təhlükəsiz yaşamaları üçün bir sıra mühüm qərarlar qəbul edilib. Hələ Birinci Dünya müharibəsi illərində Eglantye Djebb uşaqların daha çox əzab və işgəncələrə məruz qalmalarından sarsılaraq bacısı Doroti Bakstonun köməyi ilə 1919-cu ildə onların müdafiəsini təmin etmək üçün Londonda Uşaqlara Yardım Fondunun əsasını qoyub. İlk dəfə olaraq 1924-cü ildə uşaqların hüquqlarının təmin olunması üçün bəyannamə qəbul edilib.

100 il əvvəl - 1925-ci ildə qəbul edilmiş Cenevrə protokoluna və 1949-cu il Cenevrə konvensiyalarına, insan hüquqlarına hörmət edilməsinə aid digər beynəlxalq hüquq aktlarına əsasən, müharibə edən tərəflərin hərbi əməliyyatlar zamanı uşaqlara qarşı törədilən bütün repressiya və qəddarlıq, insanlıqdan kənar davranış formaları cinayətkar hərəkətlər sayılır. 1950-ci ildə isə BMT Baş Assambleyası tərəfindən 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü təsis olunub. Həmin gün belə bir çağırışın edilməsi təsadüfi deyil. Çünki müvafiq qərar və konvensiyaların qəbul edilməsinə baxmayaraq, təəssüf ki, uşaqlar hələ də müharibə və münaqişələrdən əziyyət çəkirlər. Bütün bunları nəzərə alan Birləşmiş Millətlər Təşkilatı  Baş Assambleyası tərəfindən 1982-ci il iyunun 4-də daha bir mühüm beynəlxalq səviyyəli qərar qəbul edilib. Həmin qərara əsasən, hər il 4 İyun - Təcavüzə Məruz Qalmış Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur.

Həm iyunun 1-nin, həm də 4-nün Azərbaycan uşaqlarına birbaşa aidiyyəti var. Tam 30 il beynəlxalq konvensiya və qərarlara məhəl qoymayan ermənilər neçə-neçə azərbaycanlı uşağı böyük amansızlıqla qətlə yetirmişlər. Dünyada uşaq qatilləri kimi tanınan erməni vandallarının qanlı əməllərini yazmaqla, saymaqla qurtarmaz. Erməni cəlladları 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törətdikləri Xocalı soyqırımı zamanı yüzlərlə dinc sakinlə bərabər, uşaqların da qatilinə çevrilmişlər. Xocalı soyqırımı zamanı möcüzə nəticəsində xilas olan və xeyli müddət Respublika Təcili Yardım Xəstəxanasında müalicə olunan 5 yaşlı Ramil Həsənov deyirdi ki, ermənilərin əlindən qaçıb bir neçə gün meşədə ac-susuz və yarıçılpaq qalıblar. 4 yaşlı Vüsalə ilə 1 yaşlı Xəyalənin anası Sənəm Abdullayevanın söylədikləri isə dəhşətlidir: "Bir gün meşədə qaldıqdan sonra ermənilər bizi tapıb Əsgərana gətirdilər. Anam, atam və 16 yaşlı bacımı meşədə güllələdilər. Mənə dəhşətli işgəncələr verdilər. Sonra bizi su ilə doldurulmuş zirzəmiyə saldılar. Suda boğulmamaları üçün uşaqları bir gün qollarımın üstündə saxladım".

Ermənistanla Azərbaycan arasında Qarabağ münaqişəsi başlayandan elə gün, ay olmayıb ki, ermənilər bizim körpələrə, uşaqlara qıymasınlar. Erməni cəlladları 1989-cu il iyulun 20-də Kəlbəcər rayonunda 8 məktəbyaşlı oğlan uşağını amansızcasına qətlə yetirmişlər. İşğalçıların öldürdükləri Sahil Məmmədovun 10,  Razim Salmanovun 8, Anar Valehovun 7, Cahid İbişovun 10, Səxavət Abbasovun və Natiq Əsgərovun 14, Bəxtiyar Xəlilovun 11, Azər Orucovun 7 yaşı var idi. Həyatın şirinliyini dadmayan bu uşaqların günahı nə idi ki, ermənilər onları öldürmüşdülər? Təəssüflər olsun ki, heç bir beynəlxalq təşkilat indiyə qədər bu sualı erməni qatillərinə verməyib. Və təəssüflər ki, bu, yeganə fakt deyil. 2017-ci il iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndini hədəf seçən ermənilər dinc sakinləri iriçaplı pulemyotlardan atəşə tutmuş və bu zaman 2 yaşlı Zəhra nənəsi Sahibənin qucağında həlak olmuşdur.  Ümumiyyətlə, Qarabağ münaqişəsi zamanı ermənilər tərəfindən 193 azərbaycanlı uşaq qətlə yetirilmiş, 71 uşaq itkin düşmüşdür. Təkcə Xocalı soyqırımında qətlə yetirilən 613 dinc sakinin 63-ü, yaralanan 487 nəfərin 76-sı uşaq olmuşdur. Faktlardan da göründüyü kimi, eməni qəddarlığı heç bir sərhəd, beynəlxalq qanun və konvensiya tanımır.

Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında 44 günlük Vətən müharibəsində və 3 il sonra uğurla həyata keçirilən antiterror əməliyyatları nəticəsində Qarabağda məskunlaşmış erməni separatizmi ilə birlikdə erməni uşaq qətliamına da son qoydu. Artıq gələcəyimiz olan uşaqlar erməni işğalçılarının silahlarının hədəfində deyillər. Bu gün uşaqlar Azərbaycan dövlətinin diqqət və qayğısı altında firavan yaşayır, təhsil alır, xalqımız və ölkəmiz üçün gərəkli vətəndaşlar kimi böyüyürlər.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"   

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!