18 Dekabr 2025 16:34
162
CƏMİYYƏT
A- A+
Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  


Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qətər Dövlətinin paytaxtı Doha şəhərində BMT-nin Korrupsiyaya qarşı Mübarizə üzrə Konvensiyasına Tərəf Dövlətlərin 11-ci Assambleyasında iştirak edir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbir çərçivəsində Baş prokuror BMT-nin Korrupsiyaya qarşı Mübarizə aparan hüquq mühafizə orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin panel müzakirələrində iştirak edib. Şəbəkənin rəhbərliyi Azərbaycanın qurumun fəaliyyətinə verdiyi mühüm töhfəyə görə təşəkkürünü bildirib.

Baş prokuror çıxış edərək bildirib ki, ölkəmiz korrupsiyaya qarşı mübarizə sahəsində BMT və digər beynəlxalq təşkilatların layihələrinin aktiv iştirakçısı olmaqla xarici tərəfdaşlarla əməkdaşlığa mühüm əhəmiyyət verir. Qlobal Əməliyyat Şəbəkəsinin bu ilin mayında Bakı şəhərində keçirilən 6-cı Plenar Sessiyası xüsusilə məhsuldar olub.

Belə ki, 90-dan artıq ölkənin 300-dən çox nümayəndəsinin bir araya gəldiyi görüşlərdə təsisatın fəaliyyəti üçün təməl təşkil edən şəbəkə üzvləri arasında məlumat mübadiləsinin Nümunəvi Razılaşması və Aparıcı Göstərişlər məhz Bakıdakı müzakirələr nəticəsində qəbul edilib.

Bununla yanaşı, Assambleyanın plenar iclasına paralel olaraq Azərbaycanın Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsi və Yaşıl İqlim Fondunun birgə təşkilatçılığı ilə ətraf mühitin qorunması ilə bağlı müxtəlif məsuliyyət tədbirlərinə həsr edilmiş xüsusi sessiya keçirilib.

Sessiyada çıxış edən Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev ölkəmizin prokurorluq orqanları tərəfindən ətraf mühitin mühafizəsi ilə əlaqədar qanunvericiliyin tələblərinin pozulmasının qarşısının alınmasına yönəlmiş preventiv tədbirlər, eləcə də pozuntu hallarına görə tətbiq edilən məsuliyyət tədbirləri barədə geniş məlumat verib, iştirakçıların suallarını cavablandırıb.

Assambleyanın plenar iclasının növbəti günündə səsvermələr nəticəsində Assambleya sədrinin Şərqi Avropa regionu üzrə müavini seçilmiş Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri, BMT-nin Vyana şəhərindəki bölməsi, ATƏT və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli sədrlik edib.

Plenar sessiyada iştirakçı ölkələrin nümayəndə heyətlərinin korrupsiyaya qarşı mübarizə üzrə milli səviyyədə həyata keçirilmiş tədbirlərlə bağlı hesabat məruzələri dinlənilib.

Assambleya dekabrın 19-dək işini davam etdirəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!