25 Fevral 2025 19:21
3290
Elm və texnika
A- A+
Xocalı soyqırımı və suverenliyimizin bu günü

Xocalı soyqırımı və suverenliyimizin bu günü

Fevralın 25-də AMEA-da Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan “Xocalı soyqırımı və suverenliyimizin bu günü” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir AMEA Rəyasət Heyəti, AMEA Azad Həmkarlar İttifaqı, YAP Yasamal rayon təşkilatı, Mərkəzi Elmi Kitabxana, akademiyanın Gənc Alim və Mütəxəssislər Şurası və Fəlsəfə və Sosiologiya İnstitutu tərəfindən birgə təşkil edilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin və Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli səhifələrdən biri olduğunu söyləyib, hadisənin səbəbi və nəticələri barədə iştirakçılara ətraflı məlumat verib. O, Xocalı faciəsinin hər il ölkəmizlə yanaşı, onun hüdudlarından kənarda yaşayan soydaşlarımız tərəfindən xalqımızın qəhrəmanlıq mübarizəsinin bir səhifəsi kimi qeyd edildiyini bildirib.

Bu faciəyə ilk dəfə hüquqi-siyasi qiymətin Ümummilli Lider Heydər Əliyev tərəfindən verildiyini deyən akademik İsa Həbibbəyli vurğulayıb ki, Ulu Öndər Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırımı və terror siyasətinin mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasını xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib. Onun təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb.

AMEA rəhbəri erməni millətçilərinin törətdikləri bu qırğının dünyanın bir çox ölkələrində soyqırımı aktı kimi tanındığını bildirib. O, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, bu qanlı hadisəyə obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd edib. Vurğulayıb ki, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası bu soyqırımının təkcə xalqımıza qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə qarşı yönələn ən ağır cinayətlərdən biri kimi tanıdılması baxımından mühüm işlər həyata keçirməkdədir.

“2020-ci il Vətən müharibəsindən sonra Xocalı faciəsi dərin hüzn və böyük kədərlə yanaşı, həm də milli qürur hissi ilə də keçirilir”, - deyə bildirən akademik İsa Həbibbəyli Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, güclü ordumuzun rəşadəti sayəsində tarixi ədalətin bərqərar olduğunu, Xocalının, Qarabağın və Şərqi Zəngəzurun əsl sahiblərinə qaytarıldığını vurğulayıb. AMEA rəhbəri qeyd edib ki, Prezident İlham Əliyev Qarabağ Zəfərini Azərbaycan xalqına qazandırmaqla, torpaqlarımızı işğaldan azad etməklə Xocalının yeni səhifəsinin yazılmasının əsasını qoyub. Bu, tariximizin unudulmayan şanlı səhifəsidir. İllər keçdikcə bu hadisənin qiyməti və əhəmiyyəti daha da artacaq.

Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Qarabağda və Şərqi Zəngəzurda, o cümlədən Xocalıda genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığını, Böyük Qayıdışa dair Dövlət Proqramının uğurla həyata keçirildiyini söyləyən akademik İsa Həbibbəyli bir neçə gün öncə ölkə rəhbərinin Qarabağa səfəri çərçivəsində Xocalıda da olduğunu və Ballıca kəndində sakinlərlə səmimi görüşlər keçirdiyini xatırladıb. Bildirib ki, işğaldan azad olunmuş ərazilərimizdə aparılan geniş quruculuq işləri, əldə olunan nəticələr Azərbaycanın iqtisadi qüdrətinin əyani təzahürü, tökülən qanın yerdə qalmamasının ən yaxşı sübutudur.

AMEA prezidenti hazırda Xocalıda yeni həyatın başlandığını və artıq insanların öz doğma torpaqlarına geri döndüklərini qeyd edib. Vurğulayıb ki, bu, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən yeni inkişaf səviyyəsinə qaldırılan Azərbaycan dövlətçiliyinin böyük tarixi hadisəsidir.

Xocalı hadisəsini dərindən öyrənməyin Elmlər Akademiyasında fəaliyyət göstərən alimlərin mənəvi borcu olduğunu söyləyən akademik İsa Həbibbəyli dövrün çağırışlarını nəzərə alaraq Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı şöbəsinin yaradıldığını diqqətə çatdırıb. O, AMEA-nın digər institutlarında da Qarabağ hadisələri ilə bağlı genişmiqyaslı elmi-tədqiqat işlərinin aparıldığını, yeni kitabların nəşrə hazırlandığını bildirib. Qeyd edib ki, əsas hədəf ölkəmizin müxtəlif dövrlərdə itirilmiş torpaqlarının tarixinin araşdırılaraq bugünkü nəsillərə olduğu kimi çatdırılması və onların tarixin ibrət dərslərindən lazımi nəticələr çıxarmasıdır. Gənclərimiz bu faciələrin nəticələrini, eləcə də Xocalının ağrılı tarixini bilməlidir.

Daha sonra AMEA Mərkəzi Elmi Kitabxanası tərəfindən Xocalı soyqırımı barədə hazırlanmış məlumatların əks olunduğu slayd nümayiş etdirilib.

Tədbirdə, həmçinin AMEA Azad Həmkarlar İttifaqının sədri dosent Sənan Həsənov, YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Samir İsmiyev, AMEA Mərkəzi Elmi Kitabxanasının Biblioqrafiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva və Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri böyük elmi işçi Arzu İsgəndərzadə çıxış edərək Ermənistanın hərbi-siyasi cinayətləri, tarixən həyata keçirdiyi işğalçılıq siyasəti barədə danışıb, Xocalı soyqırımı dəhşətlərinin heç zaman unudulmayacağını bildiriblər.

Soyqırımı Həqiqətləri Tanıtma İctimai Birliyinin koordinatoru, Xocalı soyqırımının şahidi Mürvət Məmmədov isə acı xatirələrini bölüşüb. O, 14 yaşında olarkən Xocalıda törədilən qətliam zamanı girov götürüldüyünü və dəhşətli gecədə atasını və qardaşlarını itirdiyini söyləyib. Mürvət Məmmədov həmin ağrılı və acılı günlərin indi də gözünün önündə canlandığını bildirib. Qeyd edib ki, artıq bütün şəhidlərimizin, Xocalı soyqırımı qurbanlarının qisası alınıb: “44 günlük İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tarixi Zəfərə imza atdı. Silahlı Qüvvələrimiz Ermənistan ordusunu diz çökdürdü. Otuzillik torpaq həsrətinə son qoyuldu və tarixi ədalət bərpa edildi”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Huawei” inqilabi batareya üzərində çalışır

17:31
08 İyul

Gələcəyin çiyələk ferması tikilib

17:29
08 İyul

"İkitərəfli əməkdaşlıq gündəliyi: çağırışlar və imkanlar” mövzusunda panel müzakirəsi təşkil olunub  

17:28
08 İyul

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib  

17:26
08 İyul

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa başsağlığı verib

17:24
08 İyul

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub  

17:22
08 İyul

Pakistan Milli Assambleyasının sədri “ASAN xidmət”də olub

17:20
08 İyul

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa  

17:12
08 İyul

Azərbaycanın basketbol millisi Avropa çempionatında növbəti qələbəsini qazanıb  

17:12
08 İyul

Qırmızı dənizdə PUA hücumuna məruz qalan gəmidə iki nəfər həlak olub  

17:09
08 İyul

Ağdam Sənaye Parkında lift və eskalator istehsalı müəssisəsi yaradılacaq  

17:08
08 İyul

Yeni geosiyasi reallıq

17:07
08 İyul

Ötən il SOCAR-ın ümumi aktivlərinin həcmi 94,7 milyard manata çatıb 

16:57
08 İyul

Azərbaycan və Sloveniya TAP ilə qaz nəqlinin 1,2 milyard kubmetr artırılmasını müzakirə edib  

16:51
08 İyul

"Milli həmrəyliyin gücləndirilməsi: diaspor fəaliyyəti və konsulluq məsələləri” mövzusunda panel müzakirəsi olub  

16:01
08 İyul

Natiq Məmmədli: Ulu Öndər jurnalist peşəsinə daim yüksək qiymət verib 

15:33
08 İyul

Mixail Qusman: Prezident İlham Əliyevin medianın inkişafındakı rolu ilə bağlı konfrans keçirilməsini təklif edirəm  

15:03
08 İyul

Fərqlənmə attestatı alan məzunların sayı açıqlanıb

15:01
08 İyul

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

15:00
08 İyul

Benyamin Netanyahu Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb  

14:59
08 İyul

UNESCO: Ümumdünya İrs Komitəsinin 47-ci sessiyasında Azərbaycanın bəyanatı təqdim olunub VİDEO  

14:58
08 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!