05 Avqust 2017 01:08
280
Mədəniyyət
A- A+
Xeyirxahlıq simvolu “Nicat”

Xeyirxahlıq simvolu “Nicat”

 

Mədəni-maarifin inkişafında onun da xidməti olub

 

Hər bir xalqın tarixində və yaddaşında xeyirxahlıq özünə daha çox yer tapır. Belə mənəvi dəyərlərimizdən biri  də ənənəvi hala çevrilənədək əsrdən-əsrə yol keçən xeyriyyəçilikdir.

Odur ki, iyirminci yüzilliyin əvvəllərində xalqımızın maariflənməsi üçün  xeyriyyə cəmiyyətlərinin yaradılması təsadüfi deyildi. Belə cəmiyyətlərdən biri Bakıda ziyalıların, eləcə də zəngin iş adamlarının təşəbbüsü və  maddi dəstəyi ilə  yaradılan “Nicat” idi.

1906-cı il martın 9-da təsis toplantısı keçirilən “Nicat”ın məram və məqsədi ilk növbədə maddi cəhətdən imkansız uşaqların təhsil almalarına yardım etmək idi. Məhəmməd Əmin Rəsulzadə, Məmmədəli bəy Səlimbəyov, Həsən bəy Ağayev, Qasım Qasımov, İsa bəy Aşurbəyov, Əlimərdan bəy Topçubaşov kimi ziyalıları ətrafında cəm edən cəmiyyətin təşəbbüsü və dəstəyi ilə 1906-1910-cu illərdə Gəncədə “Mədrəseyi-ruhani”, Lənkəranda “Behcət”, Ağdaşda “Darülfənn”, Şamaxıda açılan “Üxüvvət” adlı məktəblərin tədris vəsaitləri ilə təminatı daim diqqət mərkəzində saxlanılıb. Cəmiyyətin nəzdində pedaqoji ədəbiyyat bölməsi yaradılaraq Azərbaycan dilinin orfoqrafiyasının hazırlanması istiqamətində iş aparılıb.

Əli bəy Hüseynzadə və Türkiyədən gələn naşir-pedaqoq Əhməd Kamalın Azərbaycan türkcəsinin orfoqrafiyası ilə bağlı təklifləri cəmiyyətin təsis etdiyi “Nicat” qəzetində müzakirəyə çıxarılıb.

Böyüklər üçün axşam kursları  açılıb və onun da o dövrdə əhəmiyyəti az olmayıb. Bununla bağlı 1907-ci ildə cəmiyyətin illik hesabatında bildirilirdi ki, axşam kurslarının 300 nəfərədək dinləyicisi olub. Üç qrupda  (bisavad, az savadlı və savadlı) fəaliyyət göstərən axşam kurslarında Azərbaycan  və rus dilləri ilə yanaşı, riyaziyyat fənni də tədris edilib.

Cəmiyyətin 4-cü rus-tatar məktəbində Əli Terequlovun rəhbərliyi altında həftədə bir gün olmaqla, üçsaatlıq cümə kursları da təşkil olunub. “Nicat”ın xətti ilə açılan ümumi qiraətxana və kitabxanalarda həmçinin gigiyena və müxtəlif xəstəliklər haqqında mühazirələr oxunub.

Təəssüf ki, hər xeyirxahlığın içərisində müəyyən nöqsan və qüsur axtarılıb. Ona görə  cəmiyyətin belə nəcib təşəbbüsləri birmənalı qarşılanmayıb. Məsələn, belə bir  maraqlı fakt diqqət çəkməkdədir: Bakının Maştağa kəndində Əhməd Dövlətoğlu adlı maarifpərvər bir kənd sakininin mülkündə açılan qiraətxana anlaşılmazlıq üzündən bağlanıb. Bunun səbəbi isə, əslində, heç nədir: məhəllə mollası qiraətxanaya gedərək orada qəzet oxunmasının şəriətə uyğun olmadığını deyib.

“Nicat”ın təşkilatçılığı ilə 1906-cı il 15-18 avqust tarixində Bakıda Azərbaycan müəllimlərinin ilk qurultayı keçirilib ki, bunun da ölkədə maarifçilik hərəkatının genişləndirilməsində mühüm rolu olub. Burada bir çox məsələlərlə yanaşı, Zaqafqaziya Müəllimlər Seminariyası Azərbaycan şöbəsinin Müəllimlər Seminariyasına çevrilməsi və orada Azərbaycan dilinin əsas fənn kimi tədrisi, müsəlman müəllimləri üçün pedaqoji kursların təşkil edilməsi tələbləri gündəmə gətirilib.

Milli mədəniyyətin inkişafını fəaliyyətinin prioritetlərindən birinə çevirən cəmiyyətin nəzdində təşkil olunan teatr bölməsi Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə, Mirzəağa Əliyev, Sidqi Ruhullah kimi dövrün məşhur aktyorları ilə yanaşı, səhnə sənətinin bir çox həvəskarlarını öz ətrafında toplamağı bacarıb. Maraqlı məqamlardan biri də əldə edilən vəsaitin ehtiyac içərisində oxuyan şagirdlər arasında bölüşdürülməsi idi.

Tağıyev teatrında Üzeyir bəy Hacıbəyli

nin “Leyli və Məcnun” operası bu cəmiyyətin təşəbbüsü ilə (1908-ci il) səhnəyə çıxarılıb. Bununla da müsəlman Şərqində opera sənətinin əsası qoyulub.

Cəmiyyətin 14 nəfərdən ibarət olan qadınlar şurasının fəaliyyəti də yaddaşlarda yaşayır. Sənədlərdən məlum olur ki,  1908-ci il oktyabr ayının 26-da tanınmış ziyalı qadınlar -  Hənifə Məlikova, Rübabə Qasımova, Xədicə Əlibəyova, Əminə Əfəndiyeva, Şərqiyyə Axundova, Səkinə Axundova, Səbirə Əbdülrəhmanova, Sara Vəzirova, Əminə Tanrıquliyeva, Xurşud Vəzirova, Səltənət Əmircanova, Rəhilə Hacıbababəyova, Qəribsultan Xanlarova və Ayşə Hacıqasımova “Nicat” maarif cəmiyyətinin qadın şöbəsini açmaq barədə qərar qəbul ediblər. Şöbənin qarşısında duran əsas vəzifə təhsil almaq istəyən müsəlman qızlara kömək etmək  idi. Cəmiyyətin üzvü Xədicə Əlibəyova isə 1911-ci ildə “İşıq” adlı  qəzetin redaktoru  olub. Azərbaycan qadınlarının həyatında, xeyriyyə cəmiyyətlərinin işində yaxından iştirak edən “İşıq” qəzetinin ilk sayı 1911-ci il yanvarın 22-də çıxıb və 1912-ci ilin sonunadək 68 nömrəsi buraxılıb. Qəzetin “Təlimi-nisvan” (“Qadınların təlimi”), “Vəzayefe-beytiyyə” (“Məişət məsələləri”), “Hüquqi-müslümə” (“Müsəlman qadının hüququ” və ya “Bacılarıma bir neçə söz”), təbabətə, ədəbiyyata, evdarlığa  aid rubrikalarla yanaşı, “Xəbərlər”, “Elanlar” kimi bölmələrlə də oxucularını məlumatlandıran nəşrin missiyası əsasən savadsızlıqla mübarizə olub.

Pedaqoq Nabat Nərimanova, həkim Əminə Batrişina, Çayqıraqlı Həyat xanım, Həlimə Axundova, Xuraman Rəhimbəyzadə, Asya Axundova, Maral Nəbizadə və başqaları qəzetə tez-tez məqalələr, şeirlər göndərir, qadınların acınacaqlı həyatından söz açırdılar.

On il ərzində respublikada təhsil və m

ədəniyyətin inkişafına mühüm töhfələr verən “Nicat”ın xətti ilə 1916-cı ildə müxtəlif yerlərdə açılan bir və ikisinifli məktəblərin sayı 30-a çatmışdı. Təəssüf  ki, 1917-ci ilin oktyabr çevrilişi ərəfəsində cəmiyyət  fəaliyyətini dayandırmağa məcbur olub.

  

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

D-8: Regionla əməkdaşlıq üçün gənclərin işgüzar platforması

09:15
13 Dekabr

Dövlət siyasətinin təntənəsi

09:10
13 Dekabr

Azərbaycanın qlobal humanitar diplomatiyasının növbəti uğurları

09:05
13 Dekabr

Qərbi Avropa Cənubi Qafqazda nə itirib

09:00
13 Dekabr

Azərbaycan-Slovakiya əməkdaşlığı

08:55
13 Dekabr

Cənubi Qafqazda barış və etimad quruculuğu dövrü

08:50
13 Dekabr

Ulu Öndər xalqımızın qəlbində əbədi yaşayacaq

08:45
13 Dekabr

Milli maraqları qətiyyətlə təmin edən çoxvektorlu xarici siyasət kursu

08:40
13 Dekabr

Müasir Azərbaycan dövlətçiliyinin memarı

08:35
13 Dekabr

Xalqımıza misilsiz xidmət nümunəsi

08:30
13 Dekabr

Heydər Əliyev Fondu Ümummilli Liderin ideyalarını fəaliyyətində rəhbər tutur

08:25
13 Dekabr

Azərbaycan-Slovakiya münasibətləri yüksələn xətlə inkişaf edir

08:20
13 Dekabr

Gəncəlilər və samuxlular Ulu Öndərin anım gününü qeyd ediblər

08:15
13 Dekabr

Zəfər ordusunun təməl müəllifi

08:10
13 Dekabr

Müstəqil Azərbaycan Ulu Öndərin, azad Qarabağ isə İlham Əliyevin əsəridir

08:05
13 Dekabr

Milli-mənəvi dəyərlərə sadiqlik örnəyi

08:00
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə 

01:23
13 Dekabr

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib  

23:58
12 Dekabr

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib  

23:56
12 Dekabr

Təbrizdə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib  

21:33
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!