26 May 2023 10:30
829
Mədəniyyət
A- A+
Xalqının yoluna işıq salan vətənpərvər 

Xalqının yoluna işıq salan vətənpərvər 

 

Xalqımızın əbədiyaşar isimlərindən, Azərbaycan tarixinə adını görkəmli maarif xadimi, müəllim, yazıçı, bir sıra lüğətlərin, dərsliklərin müəllifi kimi yazmış Sultanməcid Hacı Murtuzəli oğlu Qənizadə 1866-cı ilin aprelində Şamaxı şəhərində  tacir  ailəsində dünyaya göz açıb. Firudin Köçərlinin yazdıqlarına görə tanınmış Şamaxı şairlərindən Ağa Məsih Şirvani Sultanməcidin ulu babası olub. Ədibin bəzi məqalələrini  "Məsihzadə" imzası ilə yazması da bu varisliyə dəlalət edir. 
Sultan məcidin atası Hacı Murtuzəli tacir idi, Şamaxının sayılıb-seçilən ziyalılarından olub. Elmə, maarifə böyük maraq göstərib. Kiçik yaşlarından yazıb-oxumağa həvəsi olan Sultanməcidin ilk müəllimi də atası olub. O, əvvəlcə övladına yazıb-oxumaq öyrədib, sonra da onu şəhərdəki müxtəlif məktəblərdə oxudub. Bir müddət məhəllə məktəbində təhsil alan Sultanməcid üç il də S.Ə.Şirvaninin üsuli-cədid məktəbində oxuyub. O, burada Azərbaycan, fars və rus dillərini öyrənib. Şirvaninin məktəbində rus dilini öyrəndikdən sonra o, təhsilini Şamaxıdakı rus məktəbində davam etdirib.
Rus dilini mükəmməl öyrənən Sultanməcid Qənizadə 1883-cü ildə Tiflisdəki Aleksandrovski Müəllimlər İnstitutuna daxil olub. Bu institut 50 ilə yaxın müddətdə  vilayətlərin şəhər məktəbləri üçün müəllim kadrları hazırlayıb. Onu da qeyd edək ki, tələbələr burada olduqca ağır bir şəraitdə təhsil alıb, dünyəvi elmlərlə yanaşı, ilahiyyat dərslərini də öyrəniblər. Padişahpərəst maarif məmurları tələbələri Allahın və çarın "sadiq bəndələri" kimi tərbiyələndirmək üçün bütün vasitələrdən istifadə ediblər. Lakin onların təzyiqlərinə baxmayaraq, dünyəvi elmlər öz işini görüb, hətta tələbələrin arasında rus inqilabçı demokratlarının əsərlərini və yasaq edilmiş digər ədəbiyyatı oxuyanlar da olub. Ədib xatirələrində gizli ədəbiyyat oxuyan tələbələr içərisində onun da olduğunu qeyd edib.
S.Qənizadənin bir yazıçı, maarif xadimi kimi yetişməsində təhsil aldığı Aleksandrovski İnstitutunun mühüm rolu olub. 
Çar maarif nazirinin 1887-ci ildə verdiyi sərəncama görə, o vaxt müsəlmanların şəhər məktəblərində müəllim işləməsi çar hökuməti tərəfindən qadağan edildiyindən S.Qənizadə tələbə dostu və gələcəkdə yaxın silahdaşı olacaq Həbibbəy Mahmudbəyovla birlikdə kənd məktəblərinə müəllim təyin ediliblər. Bu haqsızlıqla razılaşmayan hər iki dost Bakıya gələrək 1887-ci ildə "Rus-Azərbaycan məktəbi" adlı ibtidai təhsil ocağının təməlini qoyublar. Bununla da Azərbaycan maarifi tarixində yeni dövr başlayıb.
Sultanməcid Qənizadə ədəbi yaradıcılığa da Bakıda müəllimlik etdiyi 1890-cı illərdə başlamışdır. Onun xalq nağılları əsasında uşaqlar üçün yazdığı "Tülkü və Çaq-çaqbəy" mənzum hekayəsi, "Məktubati-xarı" "Gəlinlər həmayili" və rus yazıçısı A.F.Poqosskinin eyniadlı hekayəsindən qismən təbdil etdiyi "Allah divanı" əsərləri həmin illərdə yaranmışdır. Ədibin 1891-ci ildə "Qönçə xanım" adlı bir pyes yazdığı haqda məlumatlar olsa da, bu pyes indiyə qədər tapılmamışdır.
Rus dramaturgiyasını ilk dəfə səhnəmizə gətirən də Sultanməcid Qənizadə olub. O, 1894-cü ildə L.Tolstoyun "Əvvəlinci şərabçı" pyesini tərcümə edərək may ayında Bakıda tamaşaya qoyub.
XX əsrin əvvəlində Sultanməcid Qənizadə bir-birinin ardınca "Lüğəti-rus və müsəlman",  "İstilahi-Azərbaycan" və Əlisgəndər Cəfərzadə ilə birlikdə fars dilində yazdığı "Kəlidi-ədəbiyyat" elmi-pedaqoji əsərlərini yazaraq nəşr etdirib. 
Azərbaycan maarifinin ağırlığını çiynində şərəflə daşıyan Sultanməcid Qənizadə bir müddət Qori Müəllimlər Seminariyasında da çalışıb. 
Bu illərdə o, Azərbaycan mətbuatında müntəzəm çıxışlar etmişdi. Onun sonralar kitab kimi nəşr olunan "Allah xofu", "Qurban bayramı" kimi orijinal əsərləri, "Nabəkar qonşu" hekayəsi "Dəbistan" jurnalında çap olunmuşdur. "Axşam səbri xeyir olur", "Xor-xor", "Dursunəli və ballıbadı", "Lüğəti-rus və türki"əsərləri də həmin illərin məhsuludur.
1908-ci ildə Sultanməcid Qənizadə Qori seminariyasından Bakı quberniyası və Dağıstan vilayəti xalq məktəblərinin ikinci rayon müfəttişi vəzifəsinə köçürülərək 1917-ci ilə kimi bu vəzifədə çalışıb.
Sultanməcid Qənizadə eyni zamanda dövrünün tanınmış mədəniyyət xadimi idi. Onun  Azərbaycan teatrının inkişafı sahəsində də böyük xidmətləri olub. Səhnəyə neçə-neçə istedadlı həvəskarın cəlb edilməsinə, teatr truppalarının fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə çalışan Sultanməcidin Hüseyn Ərəblinskinin teatra gəlməsində böyük rolu olub. Hüseyn Ərəblinski ilk dəfə məhz S.Qənizadənin rejissorluğu ilə hazırlanmış "Vəziri xani-Lənkəran" komediyasında (1898) Mehtər Kərim rolunu oynamışdır. 
Sultanməcid Qənizadə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan Parlamentində milli və dini dəyərləri təbliğ edən millət vəkili kimi ən çox diqqəti "islam-türk" birliyinə yönəltmiş və türk-islam məfkurəsinin sintezindən çıxış etmişdir. 1917-1920-ci illərdə mövcud olan "İttihad" partiyasının liderlərindən bir  kimi Qənizadə hesab edirdi ki, islam bayrağının ucalmasında türk qövmləri müstəsna rol oynamışdır. Bu mənada Qənizadə türklüyün müdafiəsində dayanmışdır. O, parlamentdəki bir çox çıxışında bəyan edirdi ki, "İslam birliyi"nin aparıcı rolu türklüyə məxsusdur.
Onun parlamentdəki çıxışları daim türklük və islamlıq əleyhinə çıxış edən daşnaklara və bolşeviklərə qarşı yönəlmişdir.  1918-ci ildə Azərbaycana  gəlmiş Qafqaz-İslam ordusuna və onun komandanı Nuru paşaya dəfələrlə böyük sevgi və hörmətini ifadə edən S.Qənizadə  Qafqaz-İslam ordusu Azərbaycanı tərk etməyə məcbur olduqdan sonra parlamentdə türk əsgərlərinə qarşı hədyan yağdıran bolşeviklərə və onların əlaltılarına ən sərt cavab verənlərdən biri olmuşdur.
Sultanməcid Qənizadə sovet hakimiyyəti illərində bütün fəaliyyətini milli maarifin inkişafına həsr etmişdir. 
O, publisist fəaliyyətini də davam etdirmiş, "Maarif, "Qırmızı günəş" jurnallarında müxtəlif yazıları çap olunmuşdur. Zəngin elmi, pedaqoji yaradıcılıq  fəaliyyəti olan maarif xadimi  Azərbaycan Maarif Komissarlığının kənd məktəbləri üçün müəllim kadrları hazırlayan pedaqoji texnikumlarında məşğələlər keçməklə yanaşı, müxtəlif rəhbər vəzifələrdə də çalışmışdır.  
1934-cü ildən Yazıçılar İttifaqının üzvü olan ədib gənc yazıçıların yaradıcılıq dərnəklərinə başçılıq etmişdir. 
Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu yanında lüğət komissiyasının üzvü olan Sultanməcid Qənizadədən 1937-ci ilin reperesiyası da yan keçməmişdir. 1937-ci ildə həbs edilən qocaman maarif xadimi  sürgün olunmaqla güllələnməkdən xilas ola bilmişdir.  Azərbaycan maarifinin qurucularından olan, görkəmli elm, ədəbiyyat, maarif xadimi Sultanməcid Qənizadə 1942-ci ildə 76 yaşında vəfat etmişdir.

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!