20 May 2026 16:53
296
CƏMİYYƏT
A- A+
WUF13-də media şəhər dayanıqlılığı və mənzil siyasətində əsas ictimai kommunikasiya vasitəsi kimi dəyərləndirilib  

WUF13-də media şəhər dayanıqlılığı və mənzil siyasətində əsas ictimai kommunikasiya vasitəsi kimi dəyərləndirilib  


Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilati dəstəyi ilə “Media İnkişaf Mərkəzi (MİM)” İctimai Birliyi tərəfindən “Urban dayanıqlılıq və mənzilləşmə ilə bağlı ictimai müzakirədə media hərəkətverici qüvvə kimi” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir yenidənqurma mövzusunda hazırlanan videoçarxın nümayişi ilə başlayıb.

Sonra “Media İnkişaf Mərkəzi” İctimai Birliyinin rəhbəri Qabil Rüstəmov hazırda Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur regionlarında həyata keçirdiyi “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin, yaşıl enerji və müasir şəhərsalma həllərinin əhəmiyyətli nümunə olduğunu deyib.

O qeyd edib ki, media inklüziv urbanizasiya, yaşıl infrastruktur və davamlı inkişaf siyasətinin təşviqində mühüm rol oynayır.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Milli Məclisin deputatı Rizvan Nəbiyev müasir medianın yalnız məlumat mənbəyi olmadığına diqqət çəkib: “O, eyni zamanda, beynəlxalq kommunikasiya və milli maraqlar üçün hərəkətverici qüvvədir. Xüsusilə şəhərlərdə, yaşayış məskənlərində davamlılığın, dayanıqlılığın artırılması üçün olduqca önəmli aktordur”.

COP29-un iqlim üzrə yüksəksəviyyəli çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai bildirib ki, şəhərlər hər zaman iqtisadi tərəqqinin göstəriciləri olub: “Təbii ki, burda media xüsusi vasitəçi rolunu oynayır. Yəni biz bərabər, sürətli informasiya mübadiləsi aparmalıyıq”.

Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media ixtisasının müəllimi Şəfəq Mehrəliyeva çıxışında WUF13 kimi beynəlxalq platformaların şəhərsalma, dayanıqlı inkişaf və urbanizasiya məsələlərinin ictimai müzakirəsində mühüm rol oynadığını bildirib. Qeyd olunub ki, belə qlobal təşəbbüslərin cəmiyyətə düzgün çatdırılmasında media peşəkarlığı, rəqəmsal kommunikasiya və keyfiyyətli ictimai məlumatlandırma xüsusi əhəmiyyət daşıyır.

Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov isə şəhərsalma və dayanıqlı inkişaf mövzularının ictimaiyyətə düzgün çatdırılmasında medianın rolundan danışıb. Bildirilib ki, urbanizasiya, iqlim dəyişiklikləri və şəhər dayanıqlılığı ilə bağlı məsələlərin peşəkar və məsuliyyətli şəkildə işıqlandırılması müasir informasiya mühitində vacib faktordur.

“Ikua4change” təşkilatının həmtəsisçisi, Perunun İctimai Siyasət və Diplomatiya İnstitutunun direktoru Blanca Mujica Acuna Judith, Nigeriyanın Beynəlxalq İqlim Dəyişikliyi İnkişaf Təşəbbüsünün həmtəsisçisi Olumide İdovu Emmanuel və “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyev tədbirdə şəhər dayanıqlılığı, mənzil siyasəti, iqlim çağırışları və ictimai kommunikasiya məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, WUF13 çərçivəsində keçirilən “Mənzil və şəhər dayanıqlılığı üzrə ictimai müzakirənin formalaşmasında medianın rolu” mövzulu tədbirdə “Dayanıqlı şəhər inkişafı və medianın roluna dair” Bəyanat qəbul edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aİ-nin Avropa Xarici Fəaliyyət Xidmətinin rəsmisi ilə regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb  

21:39
20 May

İqtisadiyyat Nazirliyində Dünya Bankı Qrupunun vitse-prezidenti ilə görüş olub  

19:41
20 May

WUF13: İqlim dəyişikliyi fonunda Azərbaycan və Latın Amerikasının şəhərsalma təcrübəsi öyrənilib  

19:31
20 May

“Baku Book Center”də “Möcüzə adlı övladım” kitabı təqdim olunub  

19:31
20 May

WUF13-də plastik çirklənmə ilə mübarizə mövzusunda tədbir olub

19:28
20 May

Azərbaycan - AYİB münasibətləri: Bərpaolunan enerji sahəsində artan potensial diqqət mərkəzində

19:26
20 May

WUF13 çərçivəsində “Mənzil Davamlılığı Şəhər Sistemləri Çətinliyi kimi” mövzusunda sessiya baş tutub 

19:21
20 May

Azərbaycan və Pakistan arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib  

19:19
20 May

Azərbaycanın D-8 üzvlüyünə qəbul edilməsindən sonra təşkilat daxilində apardığı fəaliyyət yüksək qiymətləndirilib  

19:16
20 May

Dünya Bankı ilə energetika sahəsində bir neçə istiqamət üzrə əməkdaşlıq imkanları dəyərləndirilib  

19:12
20 May

WUF13-də beynəlxalq panel sessiya - "Dirçəliş və urbisid: Dayanıqlı şəhərsalma və davamlı icmalar” 

19:01
20 May

Leyla Əliyevanın təşəbbüsü ilə WUF13-də təmiz hava və dayanıqlı şəhərsalma məsələləri müzakirə olunub  

18:58
20 May

Milli Məclisdə Latviya ilə şəhərsalma və regional inkişaf sahəsində əməkdaşlıq istiqamətləri təqdim edilib  

18:54
20 May

WUF13-də Avropa və Mərkəzi Asiya regionunda seysmik hazırlıq üzrə aparılan işlərə dair təcrübələr təqdim edilib  

18:41
20 May

Bakıda WUF13 çərçivəsində xarici media nümayəndələri üçün şəhər turu təşkil olunub VİDEO  

18:35
20 May

Milli Məclisin sədri Rusiyaya işgüzar səfərə gedib

18:33
20 May

Müdafiə Nazirliyinin rəhbərliyi Türkiyəyə səfər edib

18:27
20 May

WUF13: Əlilliyi olan şəxslərin hüquqları üzrə dəyirmi masa keçirilib  

18:19
20 May

Tramp zarafatla növbəti mərhələdə İsrailin Baş naziri vəzifəsinə namizəd ola biləcəyini deyib  

18:13
20 May

Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarlarda açıq tipli vaqonlar olmayacaq

18:09
20 May

Qlobal Cənub Gənclər Platformasının Bakı iclasında mühüm qərarlar qəbul edilib  

18:06
20 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!