20 May 2026 19:01
105
CƏMİYYƏT
A- A+
WUF13-də beynəlxalq panel sessiya - "Dirçəliş və urbisid: Dayanıqlı şəhərsalma və davamlı icmalar” 

WUF13-də beynəlxalq panel sessiya - "Dirçəliş və urbisid: Dayanıqlı şəhərsalma və davamlı icmalar” 

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində mayın 20-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə “Dirçəliş və urbisid: Dayanıqlı şəhərsalma və davamlı icmalar” adlı beynəlxalq panel sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyevin moderatorluğu ilə təşkil olunan tədbirə dövlət və hökumət nümayəndələri ilə yanaşı, ekspertlər, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, bu sahə üzrə dünyanın aparıcı universitet və şirkətlərindən ixtisaslaşmış mütəxəssislər qatılıblar.

Əvvəlcə işğaldan azad olunmuş ərazilərin əvvəlki vəziyyətini və sonrakı bərpa prosesini əks etdirən görüntülər nümayiş etdirilib.

Sonra çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev urbisid anlayışının beynəlxalq hüquq və təhlükəsizlik kontekstində daha geniş tanınmasının vacibliyini vurğulayıb. O, urbisid fenomenini müharibə şəraitində şəhərlərin və yaşayış məkanlarının məqsədli şəkildə dağıdılması, onların sosial-mədəni kimliyinin silinməsi və əhalinin geri dönüş imkanlarının aradan qaldırılması kimi xarakterizə edib.

Fərid Şəfiyev diqqətə çatdırıb ki, Qarabağda baş verən urbisid digər nümunələrdən fərqlənərək hərbi əməliyyatlardan sonra sistemli şəkildə həyata keçirilib və məqsəd yalnız şəhərlərin dağıdılması deyil, həm də azərbaycanlı əhalinin həmin ərazilərə qayıdışının qarşısını almaq, bölgənin mədəni yaddaşını və tarixi kimliyini silmək olub. O, ATƏT-in 2005-ci il Faktaraşdırıcı Missiyasının hesabatına istinad edərək Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan və digər rayonların tamamilə dağıdıldığını, yaşayış məntəqələrinin talan edildiyini və tikinti materiallarının belə sökülərək aparıldığını qeyd edib. Bildirilib ki, urbisidin əsas göstəriciləri kimi fiziki dağıntı, etnik təmizləmə və şəhərlərin mədəni kimliyinin dəyişdirilməsidir. Xüsusilə Laçın və Kəlbəcərin Ermənistan üçün strateji əhəmiyyət daşıdığı və bu ərazilərdə məskunlaşdırma siyasətinin həyata keçirildiyi diqqətə çatdırılıb. BMTM-in rəhbəri, həmçinin urbisidin “əlavə zərər” deyil, siyasi və ideoloji məqsədlərlə həyata keçirilən idarəetmə strategiyası olduğunu, şəhər məkanlarının məhv edilməsinin yeni nəzarət və hakimiyyət formalarının qurulmasına xidmət etdiyini deyib.

Paneldə çıxış edən Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib ki, son illərdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. İşğal dövründə yüz minlərlə insan öz doğma yurdlarından didərgin salınıb, yaşayış məskənləri, mədəni və dini abidələr dağıdılıb, bölgənin tarixi və mənəvi kimliyini məhv etməyə cəhd göstərilib.

O vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma prosesində ən böyük çətinlik mina problemi olub.

"ANAMA-nın fəaliyyəti nəticəsində minatəmizləmə işləri sürətləndirilib və təhlükəsiz yaşayış mühitinin formalaşdırılması istiqamətində mühüm addımlar atılıb", - deyə Vahid Hacıyev qeyd edib.

Digər çıxış edənlər - London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində (LSE) coğrafiya və ətraf mühit üzrə qonaq tədqiqatçı Din Şarp, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin azad edilmiş ərazilərdə layihə idarəetməsi üzrə şöbə müdiri Ramil Cahangirov, İsveçrədə Cenevrə Universitetinin baş müəllimi Aleksandr Hecazi, İsveçrədə "Drees & Sommer" şirkətində İnteqrasiya olunmuş Şəhər Həlləri üzrə direktor Haris Piplas və Almaniyanı təmsil edən mədəni irs strategiyası və mədəni turizm üzrə mütəxəssis Dalya Altuntepe bildiriblər ki, müasir dövrdə urbisidin müharibə aləti kimi istifadəsi şəhərlərin sosial-iqtisadi inkişafına və dayanıqlılığına ciddi zərbə vurur. Onların sözlərinə görə, münaqişələr zamanı şəhərlərin, yaşayış məntəqələrinin, mühüm infrastruktur obyektlərinin və mədəni irs nümunələrinin məqsədli şəkildə dağıdılması yalnız fiziki mühitə deyil, həm də cəmiyyətin sosial strukturuna və tarixi yaddaşına ağır təsir göstərir.

Çıxışlarda vurğulanıb ki, Qarabağ və ətraf bölgələrdə baş verən dağıntılar bunun bariz nümunəsidir. Şəhərlərin və kəndlərin viran qoyulması, infrastrukturun məhv edilməsi və mədəni irs abidələrinin dağıdılması regionun uzun illər ərzində inkişaf imkanlarını məhdudlaşdırıb.

Bildirilib ki, ekoloji zərər və genişmiqyaslı mina çirklənməsi azad edilmiş ərazilərdə həyatın bərpası prosesində əsas çağırışlardan biridir. Bu amillər ərazilərin təhlükəsizliyinə birbaşa təsir göstərməklə yanaşı, onların uzunmüddətli yaşayış üçün yararlılığını da azaldır.

Məruzəçilər Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma işlərinin beynəlxalq təcrübə ilə uzlaşdırılmasının vacibliyini qeyd edərək, bu prosesdə innovativ yanaşmaların tətbiqinin önəmini diqqətə çatdırıblar.

Eyni zamanda, Qarabağ və ətraf bölgələr üçün strateji planlaşdırmanın həyata keçirilməsi, gələcəyə yönəlmiş məkan inkişafı konsepsiyalarının hazırlanması və müasir urbanizasiya tendensiyalarının nəzərə alınmasının vacibliyi vurğulanıb.

Bundan əlavə, “Ağıllı şəhər” modelləri, rəqəmsal infrastrukturun inkişafı və bərpaolunan enerji zonalarının yaradılması kimi müasir yanaşmaların regionun dayanıqlı inkişafında mühüm rol oynayacağı bildirilib.

Beləliklə, müzakirələr urbisid, postmünaqişə dövründə şəhərlərin bərpası və Azərbaycanın yenidənqurma təcrübəsinin beynəlxalq səviyyədə təhlili üçün mühüm platforma rolunu oynayır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Venesuelada 300 məhbus azadlığa buraxılır

22:31
20 May

Azərbaycanda qaz nəqli 2,8 faiz artıb

22:21
20 May

WUF13 çərçivəsində “Şəhərsalma yarmarkası” təşkil olunub  

22:16
20 May

OECD rəsmisi: WUF13-ün təşkilatçılığı məni heyran etdi

21:52
20 May

Aİ-nin Avropa Xarici Fəaliyyət Xidmətinin rəsmisi ilə regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb  

21:39
20 May

Əhalinin istehlak xərcləri 26,1 milyard manatı ötüb

21:27
20 May

WUF13-də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib  

20:58
20 May

Bakının mərkəzində milli geyimlərdə gəzinti-yürüş təşkil olunub

20:48
20 May

Zelenski: Ukrayna Rusiya ordusunun Çerniqov-Kiyev istiqamətində hücum əməliyyatları planlarını təhlil edib  

20:41
20 May

WUF13 çərçivəsində qlobal mənzil öhdəliklərinin icrasına dair parlament üzvlərinin dəyirmi masası təşkil edilib  

20:39
20 May

WUF13-də “Dayanıqlı Şəhər İnkişafı üçün Tranzit Yönümlü İnkişaf və Şəhərlərin Yaşıl Transformasiyası” sessiyası 

20:36
20 May

Bolqarıstan Prezidenti Sumqayıt Sənaye Parkının fəaliyyəti ilə tanış olub  

20:26
20 May

BTC ilə 8,4 milyon tona yaxın neft nəql olunub

20:22
20 May

WUF13 çərçivəsində SPECA Şəhərlər Forumu baş tutub

20:16
20 May

TDT Ağsaqqallar Şurasının sədri Kayseridə “Şuşa Azərbaycan Evi”ni ziyarət edib  

20:14
20 May

Baş prokuror Qarabağ Universitetinin tələbələri üçün mühazirə keçib  

20:06
20 May

WUF13: Şəhər idarəçiliyində məlumat əsaslı strategiyalar və rəqəmsal dönüşüm nəzərdən keçirilib

19:57
20 May

WUF13 çərçivəsində yaşıl, davamlı və yerli mənbəli evlərin qurulması ilə bağlı sessiya baş tutub - YENİLƏNİB  

19:51
20 May

WUF13 çərçivəsində qeyri-formal məskunlaşmaların transformasiyasına dair fikir mübadiləsi aparılıb  

19:47
20 May

İqtisadiyyat Nazirliyində Dünya Bankı Qrupunun vitse-prezidenti ilə görüş olub  

19:41
20 May

WUF13: İqlim dəyişikliyi fonunda Azərbaycan və Latın Amerikasının şəhərsalma təcrübəsi öyrənilib  

19:31
20 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!