22 May 2026 16:01
87
CƏMİYYƏT
A- A+
WUF13 çərçivəsində rəqəmsal transformasiya və inklüziv şəhər inkişafı müzakirə olunub

WUF13 çərçivəsində rəqəmsal transformasiya və inklüziv şəhər inkişafı müzakirə olunub


Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Rəqəmsal Şəhər Ümumi Məkanı: Dayanıqlı Gələcək naminə İnklüziv İnnovasiyalara Liderlik edən Şəhərlər” mövzusunda yüksəksəviyyəli yan tədbir təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbir Qlobal Dayanıqlı İnkişaf Məqsədləri və Liderliyin İnkişafı Mərkəzi (GSLDC), Qlobal Rəqəmsal İqtisadiyyat Şəhərləri Alyansı (DEC40), Qlobal Süni İntellekt İnnovasiya və Əməkdaşlıq Assosiasiyası (GAIA) və “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi tərəfindən birgə təşkil edilib.

Bakı Olimpiya Stadionundakı Qlobal Cənub QHT Platformasının (GSNP) pavilyonunda keçirilən tədbirdə müxtəlif ölkələrdən şəhər siyasətçiləri, beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər və vətəndaş cəmiyyəti təmsilçiləri iştirak ediblər.

WUF13-ün “Dünyaya mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusu fonunda keçirilən sessiyada şəhərlərin rəqəmsal texnologiyaların etik və inklüziv idarəedilməsində rolu, süni intellektin dayanıqlı şəhər inkişafına töhfəsi, rəqəmsal idarəetmə və ağıllı infrastruktur məsələləri müzakirə olunub.

Tədbirin açılışında GSLDC-nin şəhər rəhbərləri və siyasətçilər üçün rəqəmsal əməkdaşlıq şəbəkələrinin formalaşdırılması istiqamətində fəaliyyəti diqqətə çatdırılıb. Bildirilib ki, mərkəzin həyata keçirdiyi potensialın artırılması proqramları şəhər qərarvericilərinin süni intellekt və yeni texnologiyalar sahəsində praktiki siyasət alətləri ilə təmin olunmasına yönəlib.

Qlobal Şəhərlər Mərkəzinin həmdirektoru Kamelia Kemileva çıxışında rəqəmsal uçurumun aradan qaldırılmasının vacibliyini vurğulayıb. O, Rio-de-Janeyro nümunəsini qeyd edərək süni intellekt dəstəyi ilə həyata keçirilən şəhər planlaşdırmasının həssas icmalarda yaşayış şəraitinin yaxşılaşdırılmasına töhfə verdiyini bildirib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin strategiya və dayanıqlılıq üzrə baş direktoru Rza Əliyev isə insan hüquqlarına əsaslanan təhlükəsiz və şəffaf məlumat idarəçiliyinin əhəmiyyətindən danışıb. O, Seul və Pekin kimi şəhərlərdə rəqəmsal idarəetmə modellərinin yerli icmaların şəhər idarəçiliyində iştirakını gücləndirdiyini diqqətə çatdırıb.

Panel müzakirələri GSLDC-nin beynəlxalq proqramlar üzrə məsləhətçisi Lionel Mbanda tərəfindən aparılıb. Paneldə Ekvadorun sabiq xarici işlər naziri, Qlobal Cənub QHT Platformasının baş katibinin müavini Luis Galleqos, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədr müavini Nədimə Rəhimli, İqtisadiyyat Nazirliyi yanında C4IR Azərbaycan / 4SİM-in Layihələrin İdarəedilməsi Departamentinin rəhbəri Gülnarə Malikzadə və GSLDC-nin direktoru Tan Enq Han iştirak ediblər.

Müzakirələr zamanı texnoloji transformasiyanın insan mərkəzli və ədalətli şəkildə həyata keçirilməsi, şəhərlərdə inklüziv innovasiyaların təşviqi və Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun rəqəmsal idarəetmə mexanizmləri ətrafında fikir mübadiləsi aparılıb.

Sessiyada Ubertas World təşkilatının sədri və “Power of Policy” təşəbbüsünün təsisçisi şahzadə Cahnavi Kumari Mevar da fəxri qonaq qismində iştirak edib. O, Bioharmonik Sivilizasiya konsepsiyası çərçivəsində təbiət və cəmiyyət arasında harmoniyanın qorunmasının vacibliyindən bəhs edib.

Tədbirin sonunda GSLDC-nin direktoru Tan Enq Han iki yeni beynəlxalq təşəbbüs təqdim edib. Bildirilib ki, ITU, ITC və DEC40 ilə birgə həyata keçiriləcək Qlobal Rəqəmsal İqtisadiyyat Mayak Proqramı uğurlu rəqəmsal innovasiya nümunələrinin müəyyənləşdirilməsi və qlobal miqyasda təşviqinə xidmət edəcək. Seçilmiş layihələrin “Lighthouse Casebook 2026” nəşrində yer alacağı və Pekinlə Cenevrədə keçiriləcək yüksəksəviyyəli sammitlərdə təqdim olunacağı qeyd edilib.

Bununla yanaşı, şəhər rəhbərlərinin “Ağıllı şəhər” layihələri üzrə təlim, texniki dəstək və maliyyə institutlarına çıxış imkanları ilə təmin olunmasına yönəlmiş Qlobal Rəqəmsal Şəhər İnnovasiya və Potensialın Gücləndirilməsi Mərkəzinin yaradıldığı bildirilib.

Tədbir iştirakçılar arasında əməkdaşlıq və təcrübə mübadiləsinə həsr olunan şəbəkələşmə görüşləri ilə başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında gender bərabərliyinin təşviqinə həsr olunan tədbir keçirilib  

20:49
22 May

Əli Əsədov: Azərbaycan Avropa ilə Asiya arasında etibarlı nəqliyyat-logistika mövqeyini gücləndirir

16:53
22 May

WUF13-də tarixi şəhərlərin rəqəmsal transformasiyası və “ağıllı qoruq” yanaşması müzakirə olunub

16:48
22 May

Baş nazir: Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 2025-ci ildə 10 faizdən çox artıb

16:33
22 May

WUF13 çərçivəsində qlobal rəqəmsal sazişin şəhər səviyyəsində lokallaşdırılmasına dair müzakirələr aparılıb

16:25
22 May

Əli Əsədov: Humanitar əməkdaşlıq MDB ölkələrinin qarşılıqlı fəaliyyətinin əsas istiqamətlərindən biri olaraq qalır  

16:23
22 May

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevdən

16:21
22 May

WUF13-də Strateji Ekoloji Qiymətləndirmənin şəhərsalma planlaşdırmasında rolu müzakirə olunub 

16:19
22 May

WUF13-də “Resurs səmərəliliyi və davamlılığın kəsişməsində mənzil” mövzusunda panel iclas baş tutub  

16:17
22 May

Əmək və əhalinin sosial müdafiə naziri Xankəndidə vətəndaşların müraciətlərini dinləyib

16:04
22 May

WUF13 çərçivəsində rəqəmsal transformasiya və inklüziv şəhər inkişafı müzakirə olunub

16:01
22 May

İran BƏƏ ərazisinə 3300 raket və PUA atıb

15:35
22 May

UNCTAD-ın Baş katibi Azərbaycanın regional iqtisadi əməkdaşlıq və bağlantı layihələrində artan rolunu yüksək qiymətləndirib

15:35
22 May

Energetika naziri İstanbul Təbii Sərvətlər Zirvəsində iştirak edib

15:33
22 May

Mədəniyyət naziri Beyləqanda vətəndaşların müraciətlərini dinləyib

15:31
22 May

WUF13-də inklüziv və iqlimədavamlı mənzil təminatı diqqət mərkəzində olub

15:26
22 May

“Azərpambıq” ilə Tacikistan şirkəti arasında müqavilə imzalanıb

15:23
22 May

Şavkat Mirziyoyev: TDT türk birliyinin və tərəqqinin rəmzinə çevrilib

15:18
22 May

32 il əvvəl itkin düşən şəhid Rəşadət Piriyev Bərdədə dəfn edilib

15:15
22 May

WUF13-də metropolitan idarəetmənin dayanıqlı şəhər inkişafında rolu müzakirə olunub

15:12
22 May

WUF13 panel sessiya - Belemdən Busana: dəniz səviyyəsinin qalxmasına qarşı şəhər dözümlülüyünün gücləndirilməsi  

15:07
22 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!