22 İyul 2026 16:51
623
SİYASƏT
A- A+
Milli Məclisin sədri ASEAN Parlamentlərarası Assambleyasının tədbirində çıxış edib

Milli Məclisin sədri ASEAN Parlamentlərarası Assambleyasının tədbirində çıxış edib

Milli Məclisin sədri Sahibə Qafarova iyulun 22-də İndoneziya Respublikası Nümayəndələr Palatasının təşkilatçılığı ilə keçirilən "Mürəkkəb qlobal çağırışların həllində Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) mərkəzi mövqeyinin gücləndirilməsində parlamentin rolu" mövzusunda ASEAN Parlamentlərarası Assambleyası (ASEAN PA) qrupunun 17-ci iclasında iştirak edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirə onlayn formatda qatılan Sahibə Qafarova qeyd edib ki, müasir dünyada dövlətlər bir-biri ilə sıx şəkildə əlaqəlidir və heç bir dövlət qlobal çağırışları təkbaşına həll etməyə qadir deyil. Onun sözlərinə görə, sülh və təhlükəsizliyin təmin olunması, dayanıqlı inkişaf, iqlim fəaliyyəti, ərzaq və enerji təhlükəsizliyi kimi sahələrdə irəliləyiş yalnız birgə səylər nəticəsində mümkündür. Bu baxımdan parlamentin sədri vurğulayıb ki, beynəlxalq hüquqa, bərabərhüquqlu dialoqa və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan səmərəli çoxtərəfli əməkdaşlıq bu gün hər zamankından daha böyük əhəmiyyət kəsb edir.

Çıxışında regional təşkilatların beynəlxalq əməkdaşlığın mühüm dayaqlarından biri olduğunu qeyd edən Sahibə Qafarova bildirib ki, bu təşkilatlar dövlətlər arasında dialoqun inkişafına, etimadın möhkəmlənməsinə və praktik əməkdaşlığın təşviqinə xidmət edir. O vurğulayıb ki, bu mənada ASEAN regional sülhə, sabitliyə və rifaha mühüm töhfə verməkdə davam edir və təşkilatın mərkəzi rolu regional əməkdaşlığın gücləndirilməsi, eləcə də ümumi çağırışlara effektiv cavab verilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Spiker qeyd edib ki, qurumun Parlamentlərarası Assambleyası ASEAN üzv dövlətlərinin parlamentlərini bir araya gətirməklə bu səyləri tamamlayır və beləliklə də ASEAN-ın strateji prioritetlərini dəstəkləyərək regional əməkdaşlığın parlament ölçüsünü gücləndirir.

Azərbaycanın ASEAN PA-da müşahidəçi parlament kimi təşkilatla əməkdaşlığa böyük önəm verdiyini bildirən Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizin ASEAN üzv dövlətləri ilə dialoqu daha da genişləndirmək əzmində olduğunu diqqətə çatdırıb.

S.Qafarova parlament diplomatiyasının etimadın möhkəmləndirilməsi, dialoqun təşviqi və ümumi çağırışların sülh yolu ilə həllinin dəstəklənməsi baxımından mühüm vasitə olduğunu deyib. O vurğulayıb ki, Azərbaycan beynəlxalq hüquqa, dövlətlərin suveren bərabərliyi və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan effektiv çoxtərəfli əməkdaşlığa sadiqdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvan yeni inkişaf mərhələsinə qədəm qoyub

14:52
18 Avqust

Azərbaycan klubu 4 legioner voleybolçu transfer edib

14:49
18 Avqust

Almaniya Silahlı Qüvvələrində 186 min 700 kişi və qadın xidmət edir

14:47
18 Avqust

Hazırda 4 minədək uşağa sosial xidmət və reabilitasiya dəstəyi göstərilir

14:45
18 Avqust

TRIPP layihəsi Azərbaycanın tranzit-logistika mövqeyini gücləndirə bilər

14:42
18 Avqust

Naxçıvan geosiyasi və iqtisadi reallıqlar fonunda yeni inkişaf mərhələsinə qədəm qoyur 

14:39
18 Avqust

Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb

14:37
18 Avqust

Myanma 300 min müsəlmanın qayıdışına şərt qoyub

14:35
18 Avqust

Kolumbiyada zəlzələdən dəymiş ziyanın məbləği 9,5 milyard dollardır

14:33
18 Avqust

Tramp Administrasiyasında zəngin məmurların sayı rekord həddə çatıb

14:30
18 Avqust

Fransanın qərbində yanğın nəzarət altına alınıb

14:27
18 Avqust

C vitamini soyuqdəyməni müalicə edirmi?

14:25
18 Avqust

Avropada təbii qaz bahalaşmağa başlayıb

14:21
18 Avqust

Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib

13:46
18 Avqust

Bu il dövlət büdcəsinin xərclərinin 40,8 milyard manat olacağı gözlənilir

13:44
18 Avqust

Türk dünyasının arxeoloqları Macarıstanda ortaq rəqəmsal irs bazası yaradacaqlar

13:42
18 Avqust

Maliyyə Nazirliyi dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayışı açıqlayıb

13:40
18 Avqust

İlin sonuna dövlət büdcəsinin gəlirlərinin 39,3 milyard manat olacağı gözlənilir

13:38
18 Avqust

Rusiya Xarkov vilayətinə raket zərbəsi endirib, 10 mülki şəxs həlak olub

13:35
18 Avqust

Xırdalanda təmizlik və abadlıq işləri aparılıb

13:33
18 Avqust

DSX rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

13:29
18 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!