20 İyul 2026 12:49
416
Mədəniyyət
A- A+
Azərbaycan UNESCO Dünya İrs Komitəsində mədəni irsin qorunması üzrə öhdəliklərini bir daha təsdiqləyib

Azərbaycan UNESCO Dünya İrs Komitəsində mədəni irsin qorunması üzrə öhdəliklərini bir daha təsdiqləyib

Azərbaycan UNESCO-nun Dünya İrs Komitəsinin Cənubi Koreyanın Busan şəhərində keçirilən 48-ci sessiyasında mədəni və təbii irsin qorunmasına sadiqliyini bir daha bəyan edib.

AZƏRTAC xəbər verir ki, ölkəmiz Dünya İrs Komitəsinin 48-ci sessiyasında Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyi, Azərbaycanın UNESCO üzrə Milli Komissiyası, Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyinin nümayəndələrindən ibarət heyətlə təmsil olunur.

Sessiyanın ümumi müzakirələri zamanı Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev ölkəmizin milli bəyanatını təqdim edib.

Daimi nümayəndə UNESCO-nun Dünya İrs Komitəsinin 48-ci sessiyasında ölkəmizin mədəni irsin qorunması sahəsində həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

Bəyanatda bildirilib ki, yaxın zamanda qəbul edilmiş “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası mədəni irsin idarə olunması sisteminin təkmilləşdirilməsi, irs obyektlərinin sənədləşdirilməsi, onların hüquqi müdafiəsinin gücləndirilməsi və tarixi abidələrin bərpası istiqamətində uzunmüddətli strateji çərçivə yaradır.

Çıxışda həmçinin mina təhlükəsinin davam etdiyi ərazilərdə mövcud çətinliklərə baxmayaraq, mədəni irs obyektlərinin inventarlaşdırılması və sənədləşdirilməsi işlərinin davam etdirildiyi qeyd olunub.

Azərbaycanın daimi nümayəndəsi vurğulayıb ki, mədəni irsin qorunması istiqamətində görülən işlərin nəticələrindən biri kimi “Xınalıq xalqının mədəni landşaftı və Köç Yolu transhumans marşrutu” Dünya İrsi ərazisinin tərkib hissəsi olan Xınalıq kəndi 2025-ci ildə BMT Turizm Təşkilatı tərəfindən “Ən Yaxşı Turizm Kəndləri” siyahısına daxil edilib. Bu tanınma mədəni irsin qorunması ilə yerli icmaların və davamlı turizmin inkişafı arasındakı əlaqəni nümayiş etdirir.

Bəyanatda 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edildiyi də diqqətə çatdırılıb. Bildirilib ki, Bakıda keçirilən XIII Ümumdünya Şəhərsalma Forumunda təqdim olunan SECURE (Sustainable and Empowering Cultural Revitalization) təşəbbüsü mədəni irsin qorunması, dayanıqlı inkişaf və bərpa proseslərinə mühüm töhfə verə bilər.

Qeyd olunub ki, Dünya İrs Komitəsinin 48-ci sessiyası çərçivəsində iyulun 23-də SECURE təşəbbüsünə həsr olunmuş xüsusi tədbir keçiriləcək.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev ölkənin Afrika dövlətləri ilə əməkdaşlığın genişləndirilməsinə sadiq olduğunu bildirib. O, Azərbaycanın Dünya İrsi üzrə Afrika Strategiyasının və Kiçik Ada İnkişaf etməkdə olan Dövlətlər (SIDS) üzrə Dünya İrs Strategiyasının həyata keçirilməsinə dəstək verəcəyini açıqlayıb.

Çıxışda həmçinin Azərbaycanın hazırladığı “Azərbaycan–SIDS Dünya İrsi Potensialının Gücləndirilməsi Proqramı” barədə məlumat təqdim olunub. Bildirilib ki, proqramın məqsədi kiçik ada dövlətlərində dünya irsi sistemlərinin institusional imkanlarını artırmaq, ekspert hazırlığını dəstəkləmək və gələcək nominasiya proseslərinə yardım göstərməkdir.

Çıxışının sonunda Elman Abdullayev Azərbaycanın Dünya İrs Komitəsinin üzvü kimi bütün tərəfdaş dövlətlər, UNESCO-nun Dünya İrs Mərkəzi və məsləhətçi qurumlarla sıx əməkdaşlıq etməyə hazır olduğunu bildirib. O, Azərbaycanın Konvensiyanın məqsədlərinin həyata keçirilməsinə və daha balanslı, inklüziv və səmərəli dünya irsi sisteminin inkişafına töhfə vermək niyyətində olduğunu vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə

02:35
21 İyul

"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:35
21 İyul

"Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında

02:34
21 İyul

"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 13 iyul tarixli 447-VIIQD nömrəli Qanununun tətbiqi və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 avqust tarixli 2307 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

02:33
21 İyul

Vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının dövlət idarəetməsinin həyata keçirilməsinə cəlb edilməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 12 avqust tarixli 472 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Elektron Hökumət İnformasiya Sistemi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

02:33
21 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında

02:31
21 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında

02:30
21 İyul

“Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi Qaydası”nın təsdiq edilməsi barədə

02:28
21 İyul

“Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 26 yanvar tarixli 589 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

02:27
21 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 26 aprel tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük yığımlarının məbləğləri”ndə dəyişiklik edilməsi haqqında

02:26
21 İyul

Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

22:49
20 İyul

Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əməkdaşlıq genişlənir

21:47
20 İyul

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya rəsmi səfərə gəlib

21:22
20 İyul

Sosial şəbəkə platformalarında özəlləşdirmə çekləri ilə bağlı kompensasiya ödənilməsinə dair yayılan məlumatlar saxtadır

18:49
20 İyul

Xaçmazda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətləri dinlənilib

18:38
20 İyul

XİN: Suriyadan 16 nəfər Azərbaycan vətəndaşı ölkəyə repatriasiya olunub

18:07
20 İyul

İran Prezidenti: Bu gün ən vacib döyüş meydanı iqtisadiyyat və xalqın dolanışığıdır

17:29
20 İyul

Nazir Məcnun Məmmədov Kəlbəcərdə vətəndaşlarla görüşüb

17:29
20 İyul

Altı ayda Azərbaycanın pambıq ipliyi ixracı 2 dəfədən çox artıb

17:16
20 İyul

Rəqəmsal inkişaf və nəqliyyat naziri Xaçmazda vətəndaşlarla görüşüb

17:07
20 İyul

Azərbaycan-Özbəkistan mədəni əməkdaşlığı genişlənir

16:57
20 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!