10 Aprel 2019 00:44
593
İQTİSADİYYAT
A- A+
Vergi Məcəlləsinə edilən dəyişikliklərin əksəriyyəti gizli iqtisadiyyatın aradan qaldırılmasına xidmət edir

Vergi Məcəlləsinə edilən dəyişikliklərin əksəriyyəti gizli iqtisadiyyatın aradan qaldırılmasına xidmət edir


Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzinin yaydığı xəbərdə bildirilir ki, cari il üzrə vergi xidmətinin əsas prioritetləri dəyişməz qalır. Bu, ilk növbədə, gizli iqtisadiyyatın aradan qaldırılması istiqamətində görüləcək işlərdir.

Nazirlik gizli iqtisadiyyatın və vergidən yayınmanın miqyasının azaldılması, gəlirlərin leqallaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirir. Buraya, ilk növbədə, vergi qanunvericiliyinə edilmiş dəyişikliklər və vergi-gömrük əlaqələndirilməsi yolu ilə uçotun izlənilməsi imkanlarının bərqərar olması - vahid risk platformasının yaradılması daxildir.

Vergi Məcəlləsinin 300-dən çox maddəsinə dəyişiklik edilib ki, bunların böyük əksəriyyəti gizli iqtisadiyyatın aradan qaldırılmasına yönəldilib. Buraya, ilk növbədə, özəl sektorda çalışan işçilərin əməkhaqqından tutulan gəlir vergisi üzrə vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması, əmək müqaviləsi bağlamadan işçilərin işə cəlb olunmasına görə işəgötürənə tətbiq edilən maliyyə sanksiyalarının artırılması, malların sənədsiz dövriyyəsinə, o cümlədən malların sənəd təqdim edilmədən satılmasına və alınmasına, habelə xərclərin sənədlərlə rəsmiləşdirilməməsinə və vergidən azad olunan gəlirlərin sənədləşdirilməməsinə və bəyan edilməməsinə görə maliyyə sanksiyalarının tətbiqi, dövlət orqanları ilə aparılan elektron məlumat mübadiləsinin genişləndirilməsi daxildir.

Bundan başqa, səyyar vergi yoxlamalarının sayının kəskin azaldılması, biznes əməliyyatlarının elektron qaimə-faktura ilə rəsmiləşdirilməsi, aksizli məhsullar üzərində nəzarət tədbirlərinin gücləndirilməsi, iri biznes subyektləri ilə müntəzəm görüşlərin keçirilməsi mühüm addımlar hesab edilə bilər.

2018-ci ildə gizli iqtisadiyyatın miqyasının azaldılması vergi xidmətinin başlıca istiqaməti olub. Bəzi sektorlarda, xüsusilə aksizli malların istehsalı və satışı, tibbi xidmətlər sektoru, şəbəkə ticarəti kimi sahələrdə nəzarət tədbirləri gücləndirilib. Vergi orqanlarının keçən il iri topdansatış müəssisələrində apardığı vergi nəzarəti tədbirləri zamanı 930 milyon manat, şəbəkə marketləri üzrə 122 milyon manat, özəl tibb xidmətləri sahəsində 230 milyon manatdan çox dövriyyənin gizlədildiyi aşkar olunub. Bu rəqəmlər yalnız vergi orqanlarının nəzarət tədbirlərinə cəlb olunmuş bəzi sektorlardakı vergiödəyicilərini əhatə edir. Bu, milyonlarla manat verginin və sosial ödəmələrin büdcədən yayındırılması deməkdir.

Gizli iqtisadiyyatın vergi gəlirlərini azaltması və sosial müdafiə sisteminin maliyyələşməsini zəiflətməsi kimi mənfi makroiqtisadi təsirlərlə yanaşı, şirkətlər arasında ədalətli rəqabəti aradan qaldıran mikroiqtisadi təsirlər də mövcuddur. Sahibkarların böyük əksəriyyəti ədalətli, rəqabətli bir mühitdə çalışmaq niyyətindədir. Məhz bu səbəbdən, vergi qanunvericiliyinə edilmiş son dəyişikliklərdə aparılan islahatlara etimadı artırmaq üçün bu dəyişikliklər uzunmüddətli güzəştlər sistemi ilə möhkəmləndirilib.

Vergilər Nazirliyi biznes münasibətlərinin digər tərəfi olan vətəndaşları da bu prosesə cəlb etmək niyyətindədir. Yalnız inzibati mexanizmlə yüksək nəticəyə nail olmaq mümkün deyil, mütləq təşviq mexanizmi də formalaşdırılmalıdır. Başqa sözlə, nağdsız və nağd alış-verişdə ƏDV-nin geri qaytarılması yolu ilə vətəndaşı bu prosesə qoşaraq ümumi biznesin leqallaşdırılmasına nail olmaq mümkündür.

Həmçinin elektron ödəmələrin geniş tətbiqi gizli iqtisadiyyatın miqyasını azaltmağa kömək etməklə, onun qarşısını alan ən mühüm amildir. Elektron ödəmələrin çoxluq təşkil etdiyi Böyük Britaniya və Qərbi Avropa ölkələrində gizli iqtisadiyyatı çox cüzidir. Araşdırmalara görə, ardıcıl 4 il müddətində elektron ödəmələrin həcminin illik 10 faiz artırılması gizli iqtisadiyyatın həcmini 5 faiz aşağı salır. İşveç kimi bir ölkədə restoranlar artıq nağd ödəniş qəbul etmir.

Azərbaycanda gizli iqtisadiyyatın səviyyəsi haqqında beynəlxalq təşkilatlar və yerli müstəqil ekspertlər tərəfindən müxtəlif fikirlər səsləndirilir və onun həcminin azaldılması tövsiyə olunur. Ölkəmizdə son illərdə aparılan köklü islahatlar nəticəsində gizli iqtisadiyyatın həcmi getdikcə azalsa da, onun mövcud miqyası hələ də arzuolunan səviyyədə deyil. Vergilər Nazirliyi gizli iqtisadiyyatın aradan qaldırılması istiqamətində tədbirləri bundan sonra davam etdirəcək.

Abşeron Logistika Mərkəzi İstanbul-Bakı marşrutu ilə ilk blok qatarı qəbul edib

İlk dəfə olaraq İstanbuldan Bakıya yola düşən beynəlxalq yük qatarı aprelin 5-də Bakıya çatıb. Qatar Abşeron Logistika Mərkəzində qarşılanıb.

Qarşılama mərasimində açılış sözü ilə Abşeron Logistika Mərkəzinin baş direktoru Ziya Ağayev çıxış edib. Z.Ağayev bildirib ki, təyinat nöqtəsi Abşeron Logistika Mərkəzi olan yükün daşınması Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzərindən Azərbaycan, Türkiyə və Gürcüstan dəmir yollarının dəstəyi ilə Abşeron Logistika Mərkəzi tərəfindən həyata keçirilib. Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur.

"Şərq-Qərb nəqliyyat dəhlizi” çərçivəsində baş tutan bu yük daşıması ölkə iqtisadiyyatı üçün də çox böyük əhəmiyyət kəsb edir. Ölkə başçısının rəhbərliyi ilə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, ölkəmizin tranzit imkanlarının genişləndirilməsi istiqamətində mühüm layihələr həyata keçirilib. Nəqliyyat sahəsinin inkişafı istiqamətində aparılan məqsədyönlü islahatlar nəticəsində ölkəmiz beynəlxalq yükdaşımalarda regional qovşağa çevrilib.

Belə ki, Azərbaycanın çox əlverişli coğrafi mövqedə yerləşməsi tranzit potensialının artırılması istiqamətində əvəzsiz rol oynayır, bununla da büdcə gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına zəmin yaradır.

Abşeron Logistika Mərkəzi tarixi İpək yolunun üzərində, ölkəmizin paytaxtı Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşir. Mərkəzin sutkalıq yükaşırma gücü 30 min ton təşkil edir ki, bu da ildə təqribən 11 milyon ton yükə bərabərdir. Abşeron Logistika Mərkəzi bütün xidmətləri təklif etməklə vaxta qənaəti və xərclərin azalmasını təmin edir.

Terminal vahid gömrük məntəqəsi kimi qəbul olunub. İdxal, ixrac və tranzit gömrük əməliyyatları ərazidə yerləşən gömrük orqanları tərəfindən həyata keçirilir.

Burada müştərilərə müasir və yüksək səviyyəli xidmətin göstərilməsi "bir pəncərə” sistemi ilə bir nöqtədən təmin olunur.

Abşeron Logistika Mərkəzində 2400 konteyner tutumu olan terminal, tutumu 21 min ton olan iriölçülü yük terminalı, 8100 kvadratmetrlik qapalı anbar sahəsi, açıq yük platforması və ən müasir texnikalar xidmət göstərir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının növbəti ildönümü qeyd olunub  

20:24
18 Dekabr

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Azərbaycanda kritik informasiya infrastrukturlarının təhlükəsizlik vəziyyəti ilk dəfə sistemli şəkildə qiymətləndirilib  

20:08
18 Dekabr

Ankarada “Türk Dövlətləri Dezinformasiya ilə Mübarizə Forumu”nun iştirakçıları Şuşada keçiriləcək mediaforuma dəvət olunublar  

19:49
18 Dekabr

Azərbaycan–Oman iqtisadi əməkdaşlığı müzakirə edilib  

19:43
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!