21 Oktyabr 2026 14:58
162
CƏMİYYƏT
A- A+
Vəkillər Kollegiyasının Rəyasət Heyəti yeni qərarlar qəbul edib

Vəkillər Kollegiyasının Rəyasət Heyəti yeni qərarlar qəbul edib


Oktyabrın 21-də Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Kollegiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclası açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə görülən işlər, əldə olunan nəticələr və qarşıda duran əsas prioritet istiqamətlər barədə məlumat verib.

Sonra iclasın gündəliyinə uyğun olaraq, ixtisas imtahanlarının yazılı və şifahi mərhələlərini, eləcə də icbari təlimi uğurla başa vuran vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilib. Yeni vəkillərə vəsiqələr təqdim olunub və onlara gələcək peşə fəaliyyətlərində uğurlar arzulanıb. Bundan əlavə, vəkillik fəaliyyəti ilə bağlı bir sıra hüquqi məsələlər və qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər müzakirə olunub. Müzakirələrin yekununda həmin təkliflərin aidiyyəti orqana göndərilməsi barədə qərar qəbul edilib.

İclasda bəzi vəkillərin digər vəkil qurumlarına keçirilməsi, eləcə də müəyyən müddətə üzvlük haqqının ödənilməsindən azad olunması ilə bağlı müraciətlərə baxılıb və müvafiq qərarlar qəbul edilib. Həmçinin Kollegiya sədrinin müavinlərinin regionlarda fəaliyyət göstərən vəkil qurumlarının və fərdi qaydada fəaliyyət göstərən vəkillərin işinin yerində öyrənilməsi ilə bağlı məruzələri dinlənilib. Bildirilib ki, səfərlər çərçivəsində sədr müavinlərinin müəyyən etdiyi bir sıra pozuntular aşkarlanıb. Həmin pozuntuların qısa müddətdə aradan qaldırılması tapşırılıb, yerində öyrənilmə mexanizmlərinin isə gələcəkdə daha da təkmilləşdirilməsi qərara alınıb.

Daha sonra dövlət hesabına göstərilən hüquqi yardım üzrə ödənişlərin audit yoxlanılması məsələsinə, eləcə də dövlət hesabına göstərilən hüquqi yardım üzrə təqdim edilən qərarlarda aşkar edilən nöqsanlara dair təqdimata baxılaraq, müvafiq qərarlar qəbul olunub.

İclasda VK Rəyasət Heyətinin üzvü, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun müdiri Ramiz İbrahimovun Kollegiyanın Ağsaqqallar Şurasının sədri vəzifəsinə təyin olunması barədə qərar qəbul edilib.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəyləri müzakirə olunub. Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verilən intizam pozuntularına görə 2 vəkilə töhmət verilib və 4 vəkilə xəbərdarlıq edilib.

Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər müzakirə edilib, onların həlli istiqamətində müvafiq qərarlar qəbul olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Neftçalada müşavirə keçirilib  

17:13
21 Oktyabr

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr müzakirə olunub  

17:06
21 Oktyabr

“Startup School 4” proqramının tərəfdaşlarının investisiya portfeli 3 milyard dolları ötür  

17:06
21 Oktyabr

Sürtünmə zamanı materialların struktur dəyişikliklərini izləmək üçün üsul hazırlanıb  

16:56
21 Oktyabr

“AzərEnerji” Dünya Bankı ilə enerji sektorunda əməkdaşlığın genişləndirilməsini dəyərləndirib

16:54
21 Oktyabr

“Sirli gedişlər”in beynəlxalq ədəbi yolu  

16:53
21 Oktyabr

D.Tramp: İranla müharibə çox yaxında bitəcək, neft qiymətləri kəskin düşəcək  

16:39
21 Oktyabr

BMT: Qlobal istiləşmə təhlükəli həddə çatır

16:33
21 Oktyabr

Fermerlər üçün aqrar təlimlər təşkil olunub

16:31
21 Oktyabr

Siz hansı türk tayfasındansınız?  

16:19
21 Oktyabr

“AzerGold”un xarici ölkədə ilk törəmə şirkəti – “AzerGold Uzbekistan” təsis edilib  

16:03
21 Oktyabr

İranlı general: İnfrastrukturumuz hədəf alınarsa, Hörmüz boğazının dibindən keçən kabelləri məhv edə bilərik  

15:54
21 Oktyabr

Dezinformasiya və kiberhücumlar: hibrid təhdidlərin yeni reallığı  

15:49
21 Oktyabr

Azad edilmiş ərazilərdə sakinlərə cins damazlıq heyvanlar verilir  

15:41
21 Oktyabr

Makron hakimiyyətinin və Fransa demokratiyasının əsl siması  

15:26
21 Oktyabr

Növbəti iki günün hava proqnozu: bölgələrdə yağış yağacaq, dolu düşəcək  

15:14
21 Oktyabr

Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib  

15:06
21 Oktyabr

Azərbaycan və İndoneziya arasında siyasi məsləhətləşmələr keçirilib  

15:05
21 Oktyabr

Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

15:01
21 Oktyabr

Vəkillər Kollegiyasının Rəyasət Heyəti yeni qərarlar qəbul edib

14:58
21 Oktyabr

Yaşıl gələcəyə açılan səhifə  

14:50
21 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!