21 Oktyabr 2026 17:13
151
CƏMİYYƏT
A- A+
Neftçalada müşavirə keçirilib  

Neftçalada müşavirə keçirilib  

 

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan müşavirədə rayon və hüquq-mühafizə orqanlarının, YAP rayon təşkilatının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

Rayon icra hakimiyyətinin başçısı Mirhəsən Seyidov YAP-ın VIII Qurultayının ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olmasını, qurultayın Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasından sonra keçirilən ilk qurultay olması baxımından xüsusi əhəmiyyətini vurğulayıb, milli təhlükəsizliyin təmin olunması və dayanıqlı inkişafın davam etdirilməsi istiqamətində qarşıda duran prioritetlər barədə danışıb. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. RİH başçısı bütün bunların nəticəsi olaraq Azərbaycanın böyük inkişaf yolu keçdiyini, dövlətimizin beynəlxalq mövqelərinin möhkəmləndiyini, iqtisadi potensialının artdığınıı, ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunduğunu xüsusi olaraq qeyd edib. 

Prezident cənab İlham Əliyevin qurultaydakı nitqinin yeni tarixi mərhələdə Azərbaycanın qarşısında duran strateji hədəfləri, dövlət siyasətinin əsas prioritetlərini və qarşıdakı dövrdə həyata keçirilməli olan mühüm vəzifələrini özündə əks etdirdiyini diqqətə çatdıran natiq gənc nəslin vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyəsinin,  milli-mənəvi dəyərlərin qorunması, onların təhsilinə və inkişafına diqqətin artırılması, dövlət siyasətinin prioritetlərinin ictimaiyyətə çatdırılması və maarifləndirmə işinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. 

Çıxış edənlər rayon Ağsaqqallar Şurasının sədri Əbülfəz Ağayev, Xol Qaraqaşlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru Ruhəngiz Nəcəfova, Gənclər və idman sektorunun müdiri Araz Əhmədov, Vətən Müharibəsi Qəhrəmanı şəhid Camal İsmayılovun anası Filarə İsmayılova, Vətən müharibəsi iştirakçısı və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun əməkdaşı Vüqar Qələşov, veteran təhsil işçisi, Əməkdar müəllim Hüsniyyə Zeynalova və "Neftçala-Gündoğar" qəzetinin redaktoru Bədirə Niftalıyeva  Azərbaycanın müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsində milli birliyin, tarixi yaddaşın və dövlətçilik ənənələrinə sədaqətin müstəsna rolunu, gənc nəslin Vətən qarşısında məsuliyyət ruhunda yetişdirilməsini, təhsil və maarifləndirmə vasitəsi ilə cəmiyyətin mənəvi dayaqlarının gücləndirilməsini, bu istiqamətdə bütün ictimai qüvvələrin birgə fəaliyyətinin əhəmiyyətini vurğulayıblar. 


Seyran CAVADOV,

 “Azərbaycan” 


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yaddaş zəifləməsini ləngitməyin sadə yolu tapılıb

17:52
21 Oktyabr

NATO Qara dənizdə gəmilərin mühafizəsi üçün bölgəyə əlavə qüvvələr göndərir  

17:35
21 Oktyabr

Neftçalada müşavirə keçirilib  

17:13
21 Oktyabr

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr müzakirə olunub  

17:06
21 Oktyabr

“Startup School 4” proqramının tərəfdaşlarının investisiya portfeli 3 milyard dolları ötür  

17:06
21 Oktyabr

Sürtünmə zamanı materialların struktur dəyişikliklərini izləmək üçün üsul hazırlanıb  

16:56
21 Oktyabr

“AzərEnerji” Dünya Bankı ilə enerji sektorunda əməkdaşlığın genişləndirilməsini dəyərləndirib

16:54
21 Oktyabr

“Sirli gedişlər”in beynəlxalq ədəbi yolu  

16:53
21 Oktyabr

D.Tramp: İranla müharibə çox yaxında bitəcək, neft qiymətləri kəskin düşəcək  

16:39
21 Oktyabr

BMT: Qlobal istiləşmə təhlükəli həddə çatır

16:33
21 Oktyabr

Fermerlər üçün aqrar təlimlər təşkil olunub

16:31
21 Oktyabr

Siz hansı türk tayfasındansınız?  

16:19
21 Oktyabr

“AzerGold”un xarici ölkədə ilk törəmə şirkəti – “AzerGold Uzbekistan” təsis edilib  

16:03
21 Oktyabr

İranlı general: İnfrastrukturumuz hədəf alınarsa, Hörmüz boğazının dibindən keçən kabelləri məhv edə bilərik  

15:54
21 Oktyabr

Dezinformasiya və kiberhücumlar: hibrid təhdidlərin yeni reallığı  

15:49
21 Oktyabr

Azad edilmiş ərazilərdə sakinlərə cins damazlıq heyvanlar verilir  

15:41
21 Oktyabr

Makron hakimiyyətinin və Fransa demokratiyasının əsl siması  

15:26
21 Oktyabr

Növbəti iki günün hava proqnozu: bölgələrdə yağış yağacaq, dolu düşəcək  

15:14
21 Oktyabr

Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib  

15:06
21 Oktyabr

Azərbaycan və İndoneziya arasında siyasi məsləhətləşmələr keçirilib  

15:05
21 Oktyabr

Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

15:01
21 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!