21 Oktyabr 2026 16:19
170
CƏMİYYƏT
A- A+
Siz hansı türk tayfasındansınız?  

Siz hansı türk tayfasındansınız?  


Üzünüzdəki  10  sirli əlamət

Üz quruluşunuza görə hansı türk tayfasının nəslindənsiniz? Yanaq sümükləriniz, göz quruluşunuz və çənə xəttiniz kökləriniz haqqında nə deyir? Güzgüyə baxanda  bu söylədiklərimizin  minilliklərə söykənən genetik bir şifrə daşıdığını görürsünüzmü? 

Qıpçaqların sarışın və əzəmətli görkəmini, oğuzların səciyyəvi üz cizgilərini, yoxsa tatarların sirli baxışlarını daşıyırsınız? DNT analizi etdirməzdən əvvəl bədəninizin sizə pıçıldadığı tarixi və mədəni əlamətlərə diqqət yetirin. Köklərinizi kəşf etməyə imkan verən, üz cizgilərinizə əsaslanan bu təəccüblü nəsil ağacı bələdçisi ilə tanış olun. Üzünüzdə gizlənən şifrələri çözməyə və əsl köklərinizi kəşf etməyə hazırsınızsa,  əcdadlarınıza aparacaq heyrətamiz oxşarlıqlarla tanış olun!

 Sarışın və açıqgözlü döyüşçülər: qıpçaqlar (kumanlar)

 Gözləriniz rənglidirsə, saçlarınız sarıya çalırsa və günəşə çıxanda qaralmaq əvəzinə dəriniz tez qızarırsa,  damarlarınızda böyük ehtimalla Qara dənizin şimalından gələn əfsanəvi və qorxmaz qıpçaq döyüşçülərinin mirası yatır.

Anadolunun təməl daşı: oğuzlar (türkmənlər)

 Görünüşünüzdə klassik Aralıq dənizi, Yaxın Şərq və Mərkəzi Asiya xüsusiyyətlərinin qarışığı hiss olunursa, günəş altında çətinlik çəkmədən xoş bir qarabuğdayı rəng alırsınızsa və gözləriniz badam formasındadırsa, tarixin gedişatını dəyişən oğuz boylarının nəslindən gəlmiş ola bilərsiniz.

Çöl  övladları: tatarlar

Üzünüzdə sanki bir heykəltəraşın əli ilə formalaşdırılmış kimi qabarıq yanaq sümükləri və kəskin çənə cizgiləri varsa, gözləriniz isə günəş işığında rəngi dəyişirmiş kimi fındıq rənginə və ya yaşıla çalırsa, təsirli baxışları ilə tanınan tatar mənşəli əcdadlarınız, sanki, sizə göz vurur.

Uzaq Asiyanın mirası: Sibir boyları (yakut və tuvalar)

Gözlərinizin daxili küncünü örtən üst göz qapağı büküşü (epikantus) varsa, saçlarınız isə formaya düşməyəcək qədər qalın telli və düzdürsə, əcdadlarınızın Sibirin dondurucu soyuqlarına meydan oxuyaraq bu günə qədər gəlib çatmış yakut və ya tuva xalqları ilə tarixi bağları ola bilər.

Nəhəng və əzəmətli: qarluqlar (uyğur mənşəlilər)

 Ailənizdə iri cüssəli, enli çiyinli, qalın sümüklü insanlar çoxluq təşkil edirsə və üzünüz uzunsov deyil, daha çox yumru cizgilərə malikdirsə, bu əlamətlər sizi oturaq həyat tərzinə erkən keçən, əzəmətli və uzaqgörən qarluq türklərinin tarixinə aparır!

Qafqazın qızıl saçlı tacirləri: xəzərlər

Ailənizdə səbəbi bilinməyən şəkildə qırmızı və ya mis rəngli saçlara, çillərə sahib insanlar varsa və burnunuz qabarıq, səciyyəvi formaya malikdirsə, İpək Yolunun hakimlərindən biri olmuş sirli və qüdrətli Xəzər türklərinin mirasını daşıyırsınız.

Dağların möhkəm övladları: qırğızlar

 Üzünüzdə həmişə yüngül çəhrayılıq və ya qızartı varsa, gözləriniz aydın seçilən badam formasına və ya qıyıq quruluşa malikdirsə, üstəlik soyuğa qarşı qeyri-adi dərəcədə dözümlüsünüzsə, kökləriniz birbaşa əzəmətli Tanrı dağlarının ətəklərinə, qırğız xalqının qədim yurduna gedib çıxa bilər!

İnadkar və çevik çöl döyüşçüləri: peçenqlər

 Əgər “incə qamət kimi” deyiləcək qədər arıq bədən quruluşunuz, ensiz üzünüz, kəskin və çıxıntılı sümük cizgiləriniz, baxışlarınızda isə qartal itiliyi varsa, bədəninizdə Bizans imperiyasına çətin anlar yaşadan peçeneqlərin tükənməz sürəti və çevikliyi gizlənmiş ola bilər.

Ural dağlarının mülayim siması: başqırdlar

Üzünüzdə kəskin sümük cizgilərindən çox yumşaq, yumru və uşaqsayağı xətlər üstünlük təşkil edirsə, dəriniz açıq rənglidirsə, gözləriniz isə bal və ya fındıq rəngindədirsə, tatar və qıpçaq genlərinin Ural dağlarının təbiəti ilə qovuşduğu başqırdlarla qohumluğunuzun olması ehtimalı yüksəkdir.

Volqanın sakit və zərif sakinləri: çuvaşlar

Ailənizdə boy göstəriciləri, adətən, çox yüksək deyilsə, sümükləriniz incədirsə, üz cizgiləriniz isə daha kiçik və zərif quruluşa malikdirsə, kökləriniz türk dünyasının ən təcrid olunmuş, dil xüsusiyyətləri baxımından ən qədim qollarından birinə mənsub olan və Avropanın sərhədlərində yaşayan özünəməxsus çuvaş xalqına gedib çıxa bilər.

Züleyxa ƏLİYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Neftçalada müşavirə keçirilib  

17:13
21 Oktyabr

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr müzakirə olunub  

17:06
21 Oktyabr

“Startup School 4” proqramının tərəfdaşlarının investisiya portfeli 3 milyard dolları ötür  

17:06
21 Oktyabr

Sürtünmə zamanı materialların struktur dəyişikliklərini izləmək üçün üsul hazırlanıb  

16:56
21 Oktyabr

“AzərEnerji” Dünya Bankı ilə enerji sektorunda əməkdaşlığın genişləndirilməsini dəyərləndirib

16:54
21 Oktyabr

“Sirli gedişlər”in beynəlxalq ədəbi yolu  

16:53
21 Oktyabr

D.Tramp: İranla müharibə çox yaxında bitəcək, neft qiymətləri kəskin düşəcək  

16:39
21 Oktyabr

BMT: Qlobal istiləşmə təhlükəli həddə çatır

16:33
21 Oktyabr

Fermerlər üçün aqrar təlimlər təşkil olunub

16:31
21 Oktyabr

Siz hansı türk tayfasındansınız?  

16:19
21 Oktyabr

“AzerGold”un xarici ölkədə ilk törəmə şirkəti – “AzerGold Uzbekistan” təsis edilib  

16:03
21 Oktyabr

İranlı general: İnfrastrukturumuz hədəf alınarsa, Hörmüz boğazının dibindən keçən kabelləri məhv edə bilərik  

15:54
21 Oktyabr

Dezinformasiya və kiberhücumlar: hibrid təhdidlərin yeni reallığı  

15:49
21 Oktyabr

Azad edilmiş ərazilərdə sakinlərə cins damazlıq heyvanlar verilir  

15:41
21 Oktyabr

Makron hakimiyyətinin və Fransa demokratiyasının əsl siması  

15:26
21 Oktyabr

Növbəti iki günün hava proqnozu: bölgələrdə yağış yağacaq, dolu düşəcək  

15:14
21 Oktyabr

Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib  

15:06
21 Oktyabr

Azərbaycan və İndoneziya arasında siyasi məsləhətləşmələr keçirilib  

15:05
21 Oktyabr

Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

15:01
21 Oktyabr

Vəkillər Kollegiyasının Rəyasət Heyəti yeni qərarlar qəbul edib

14:58
21 Oktyabr

Yaşıl gələcəyə açılan səhifə  

14:50
21 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!