03 Sentyabr 2025 09:15
9786
Səhiyyə
A- A+
Vəba təhlükəsi artıb

Vəba təhlükəsi artıb


Tarixdə iz qoymuş ən qorxunc xəstəliklərdən biri vəbadır. Orta əsrlərdə milyonlarla insanın həyatına son qoyan vəba yalnız bir xəstəlik deyil, həm də sosial, iqtisadi və mədəni həyatı alt-üst edən bir fəlakət olub. Xəstəlik ilk dəfə Hindistanda qeydə alınıb, sonrakı dövrlərdə Yaxın Şərq, Avropa və Asiyanı təsiri altına alıb. O, yoluxuculuq qabiliyyəti və ölüm sayına görə tezliklə pandemiya elan edilib.

Tarixdə indiyədək 7 vəba pandemiyası olub. 14-cü əsrdə Avropada baş verən böyük epidemiya 25 milyondan çox insanın ölümü ilə nəticələnib. 1348-ci ildə xəstəlik Londona çatdıqda, şəhər əhalisinin yarısı 18 ay ərzində həyatını itirib. Küçələr boşalıb, kütləvi məzarlar dolub, insanlar kilsələrə pənah aparıb. ÜST tərəfindən 2022-ci ildə bildirilib ki, 1961-ci ildə başlayan 7-ci pandemiya hələ də davam edir.

Vəba "Vibrio cholerae" (Vəba vibronu) adlı bakteriyanın səbəb olduğu nazik bağırsağın infeksion xəstəliyidir. Bu xəstəlik üçün qusma, ishal, orqanizmin kəskin susuzlaşması və nazik bağırsağın zədələnməsi xarakterik cəhətlərdir. Xəstəliyin ölümcül olmasına səbəb vəba vibronunun nazik bağırsaqda ifraz etdiyi CTX adlanan güclü zəhərdir. CTX normal natrium və xlorid axınına qarışaraq bağırsağın divarlarına yapışır. Bu zaman bədən bol miqdarda su ifraz edir ki, bu da öz növbəsində ishala, sürətli maye və duz itkisinə səbəb olur. Qəflətən başlayan bu simptomlar 12 saatdan 5 günə qədər müddətdə özünü göstərir. Ağır vəbalı şəxslərdə kəskin ishal müşahidə edilir. Bu da bədənin duzsuz və susuz qalmasına səbəb olur,  nəticədə ölüm qaçılmaz olur.

Müasir dövrdə asanlıqla müalicə oluna bilən vəbanın elm və tibbin inkişafı nəticəsində artıq əvvəlki kimi böyük epidemiyalara səbəb olmayacağı düşünülür. Bu gün təhlükə əvvəlki qədər böyük olmasa da, risk hələ də qalır. Ona görə də vəba yalnız keçmişin qorxulu xatirəsi deyil, həm də bizə daim ayıq-sayıq olmağı xatırladan həyat dərsidir. Qlobal səhiyyə qurumlarının və hökumətlərin tədbirləri nəticəsində illərdir azalan vəba iqlim dəyişikliyi, yoxsulluq və münaqişələr kimi səbəblərlə yenidən yayılmağa başlayıb.

Vəba ilə bağlı xəbərdarlıq edən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəstəliyin bütün dünyada sürətlə yayıldığını və ölənlərin sayının artdığını açıqlayıb. ÜST-nin son hesabatına görə, hazırda 31 ölkəyə yayılan epidemiya nəticəsində 5 minə yaxın insan həyatını itirib və ölənlərin sayı getdikcə artır. Hesabatda bildirilib ki, vəbanın ölkələr arasında yayılma riski olduqca yüksəkdir.

ÜST epidemiyanın artmasının əsas səbəbləri kimi münaqişə, yoxsulluq və qeyri-adekvat infrastrukturu qeyd edib. Bildirilib ki, risk xüsusilə təmiz suya çıxışın məhdud olduğu kənd yerlərində və daşqınlardan təsirlənən ərazilərdə daha yüksəkdir. Xüsusilə Konqo, Cənubi Sudan və Nigeriya ən çox ölüm hadisəsinin baş verdiyi ölkələrdir.

Mütəxəssislərin fikrincə, vəba qlobal miqyasda təkcə inkişaf etməkdə olan ölkələrin deyil, bütün dünyanın sağlamlığını təhdid edir. ÜST həmçinin vəba peyvəndi ehtiyatlarının qlobal səviyyədə 5 milyon dozluq təcili ehtiyat həddinin altında olduğunu və hazırda 4,1 milyon doza düşdüyünü açıqlayıb. Hesabatda bu səviyyənin epidemiyaların qarşısını almaq üçün vacib olan peyvənd kampaniyalarına maneə yaratdığı qeyd olunub. "Vəba riski qlobal miqyasda çox yüksəkdir" xəbərdarlığı edilən hesabatda beynəlxalq ictimaiyyətin mümkün bir epidemiya üçün daha çox resurs ayırmalı olduğu vurğulanıb. ÜST ölkələri təcili tədbirlər görməyə, təmiz su və kanalizasiya infrastrukturunu gücləndirməyə çağırıb.

Ölkəmizdə uzun müddətdir ki, vəbaya yoluxma halı qeydə alınmayıb. Bunun səbəbi isə içməli su hövzələrinin, mərkəzləşmiş su sistemlərinin gigiyena-epidemiologiya mərkəzləri tərəfindən daimi nəzarətdə olmasıdır. İnfeksionistlər xəstəlikdən qorunmaq üçün sanitar-gigiyena qaydalarına riayət etməyi, immunitetin zəifləməsinə yol verməməyi tövsiyə edirlər. Epidemik-endomik zonalara səfər edən insanlar ehtiyat tədbirlərinə riayət etməlidirlər. Belə ki, bakteriya daşıyıcısı olan insanlar təmas zamanı digər şəxsləri də yoluxdura bilərlər.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezidentin sosial şəbəkə hesablarında dövlətimizin başçısının Hərbi Dəniz Qüvvələrində olması ilə bağlı paylaşım edilib  

20:48
06 Sentyabr

Milli Məclisin sədri Amerika Birləşmiş Ştatlarında işgüzar səfərdədir  

18:58
06 Sentyabr

Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub 

15:40
06 Sentyabr

Şəhid atası: Tarix yazan oğulların adını harasa yazmağa ehtiyac yoxdur 

14:55
06 Sentyabr

Sentyabrın 7-si üçün hava proqnozu: bəzi ərazilərə leysan və dolu düşəcək  

14:51
06 Sentyabr

Pərvin Kərimzadə: Şəhidlərin xatirəsi qorunmalı, tarixi irsimiz yaşadılmalıdır  

14:24
06 Sentyabr

Sabah Bakıda hava kəskin dəyişəcək - yağış və güclü külək gözlənilir  

12:50
06 Sentyabr

Deputat: Şuşanın qayaları xatirə dəftəri deyil, qan yaddaşımızın canlı salnaməsidir  

12:40
06 Sentyabr

Tural Gəncəliyev: Tarixi abidələrin qorunması ümumbəşəri məsuliyyətdir  

12:30
06 Sentyabr

Prezident: Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb  

12:20
06 Sentyabr

Esvatininin Kralı Əlahəzrət III Msvatiyə  

12:10
06 Sentyabr

Tarixi-mədəni və təbii irsi qorumaq hər birimizin məsuliyyətidir ŞƏRH  

12:00
06 Sentyabr

Əlverişsiz hava yollarda vəziyyəti çətinləşdirə bilər - BDYPİ-dən xəbərdarlıq  

11:45
06 Sentyabr

Vətən müharibəsi iştirakçısı: Qarabağın tarixi irsinə hörmətlə yanaşmaq hər birimizin borcudur  

11:30
06 Sentyabr

Ağdam rayonunda mina partlayışı baş verib  

11:15
06 Sentyabr

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

11:00
06 Sentyabr

Qazi: Şuşanın hər daşı, hər qayası xalqımızın keçdiyi ağır və şərəfli yolun canlı şahididir  

10:30
06 Sentyabr

Kreml görüşü 3 saatdan çox çəkib 

10:00
06 Sentyabr

Azamat Tleujanov: Qazaxıstan ilə Azərbaycan ŞƏT və Orta Dəhliz vasitəsilə iqtisadi əlaqələri gücləndirə bilər  

20:27
05 Sentyabr

Şəkidə “Kəndə gəl” yay düşərgəsində folklorla bağlı təqdimat olub

16:35
05 Sentyabr

Cıdır mövsümünün növbəti yarışlarının qalibləri məlum olub  

16:30
05 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!