06 Noyabr 2026 18:32
221
CƏMİYYƏT
A- A+
Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı

8 Noyabr – Zəfər Günü münasibətilə Laçın rayonunda keçirilən silsilə tədbirlər çərçivəsində “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Mədəniyyət Nazirliyinin Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin və “Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-nin təşkilatçılığı ilə keçirilən tədbirdə rayonda fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilatların əməkdaşları, rayon sakinləri, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.

Konsert proqramından əvvəl tədbir iştirakçıları Laçın şəhərində yerləşən Şəhidlər xiyabanını ziyarət ediblər. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ruhuna dualar oxunub. Sonra Şəhidlər xiyabanına əklil və gül dəstələri qoyulub.

Bayram tədbiri “Lacinema” kino mərkəzində Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Xüsusi nümayəndəliyin rəsmisi Hüseyn Quliyev iştirakçıları Zəfər Günü münasibətilə təbrik edib. O, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələnən tarixi Zəfərin xalqımızın yaddaşında xüsusi yer tutduğunu vurğulayıb. Çıxışda 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birlik və həmrəylikdən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən bəhs olunub. Vətən uğrunda canlarından keçən şəhidlərin qəhrəmanlığının heç vaxt unudulmayacağı, qazilərin fədakarlığının daim ehtiramla yad ediləcəyi qeyd olunub. Zəfərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində və milli qürur hissinin möhkəmləndirilməsində əhəmiyyəti vurğulanıb.

Daha sonra Milli Qəhrəman Oqtay Güləliyevin həyat yoldaşı Afət Novruzova çıxış edərək Azərbaycanın qazandığı tarixi Zəfərin xalqımızın milli birliyinin, iradəsinin və qəhrəmanlığının təcəssümü olduğunu vurğulayıb. Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinin daim uca tutulmasının, onların əziz xatirəsinin yaşadılmasının hər birimizin mənəvi borcu olduğunu qeyd edib.

Rəsmi hissədən sonra Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim edilib. Tədbirin sonunda rayonun ictimai-mədəni həyatında fəallığı ilə seçilən şəxslərə fəxri fərman və təşəkkürnamələr təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÜST-5 Rifah İndeksinin Azərbaycan versiyası Ümumdünya Səhiyyə Təşkilatının saytında yerləşdirilib

22:01
06 Noyabr

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsinin layihəsi müzakirə olunub

19:37
06 Noyabr

Bakıda keçirilən BMT İdarəetmə İnnovasiyaları Sammiti başa çatıb

19:18
06 Noyabr

Parlamentin komitəsində büdcə zərfinə daxil olan qanun layihələri müzakirəyə çıxarılıb

18:59
06 Noyabr

Qarğıdalı genləri düyünün məhsuldarlığını onlarla faiz artıra bilər  

18:58
06 Noyabr

Kaliforniya qubernatoru 548 məhkumun cəzasını ömürlük həbslə əvəz edib

18:46
06 Noyabr

Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər

18:36
06 Noyabr

İnternetə yeni qoşulanları kiberfırıldaqçılardan necə qorumaq olar?

18:34
06 Noyabr

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı

18:32
06 Noyabr

Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

18:23
06 Noyabr

Göbələk infeksiyalarına qarşı yeni molekullar hazırlanıb  

18:23
06 Noyabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər YENİLƏNİB

18:19
06 Noyabr

Çin dizel ixracını azaltmağı planlaşdırır

18:17
06 Noyabr

“ASAN xidmət”in və BMT-nin sammitində innovativ idarəetmə həlləri hazırlanıb

18:13
06 Noyabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər YENİLƏNİB

18:09
06 Noyabr

Rubio istefa verəcəyi barədə məlumatları təkzib edib

18:09
06 Noyabr

Donald Tramp: ABŞ Hörmüz boğazında tam nəzarəti təmin edib

17:59
06 Noyabr

XVI əsrə aid şifrəli qıfılın kodu açılıb  

17:47
06 Noyabr

Azərbaycan ilə BMT arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub  

17:36
06 Noyabr

"Qırmızı qızıl" azalır  

17:31
06 Noyabr

Fransada aksiyaçıların sayı artıb

17:15
06 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!