10 İyun 2026 08:15
568
CƏMİYYƏT
A- A+
Uşaqların sosial şəbəkə platformalarında qeydiyyatı qanunla tənzimlənəcək

Uşaqların sosial şəbəkə platformalarında qeydiyyatı qanunla tənzimlənəcək


Son illərdə dünyada uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı narahatlıqlar daha da artıb. Bir çox ölkə azyaşlıların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması üçün yeni hüquqi proseslər tətbiq edir, yaş məhdudiyyətlərini müəyyənləşdirir və sosial şəbəkə platformalarının məsuliyyətini artırır. Uşaqların zərərli məzmunlardan qorunması artıq qlobal gündəliyin əsas məsələlərindən biridir. Bu, Azərbaycanda da diqqət mərkəzindədir. 

İyunun 8-də Milli Məclisin komitələrində  müzakirə olunan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi də bu məsələləri nəzərdə tutur. Təklif olunan dəyişikliklər uşaqların sosial şəbəkə platformalarında qeydiyyatının hüquqi əsaslarla tənzimlənməsini müəyyən edir. 

Qanun layihəsinə əsasən, İnzibati Xətalar Məcəlləsinə 388-4-cü maddə əlavə edilir. Yeni maddə yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə məsuliyyəti müəyyənləşdirir. Həmçinin "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna yeni anlayışlar əlavə olunur. Bunlar "sosial şəbəkə platforması", "yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platforması", "platforma provayderi" və "fərdi rəqəmsal hesab" anlayışlarıdır.

Qanun layihəsində ən mühüm yeniliklərdən biri "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda uşaqların sosial şəbəkələrdə qeydiyyatına dair tələblərin müəyyənləşdirilməsidir. Qanuna təklif edilən 13-4-cü maddəyə əsasən, 16 yaşı tamam olmamış şəxslərin yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarında fərdi rəqəmsal hesab yaratmasına yol verilməyəcək. Hansı platformalara bu qaydaların tətbiq olunacağı isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən ediləcək. 16 yaş həddinin seçilməsi uşaqların psixoloji yetkinlik səviyyəsi və müstəqil qərar qəbul etmə qabiliyyəti ilə birbaşa bağlıdır. Bu yaşa qədər uşaqlar internet mühitindəki gizli manipulyasiyalara, zərərli ideologiyalara və qeyri-etik məzmunlara qarşı daha müdafiəsiz olurlar. Müvafiq dövlət qurumu tərəfindən xüsusi monitorinqlər aparılacaq və uşaqlar üçün risk daşıyan, kütləvi istifadəçi bazasına malik qlobal və yerli platformalar bu məhdudiyyət siyahısına daxil ediləcək. 

Provayderlər bu qanun qüvvəyə minənədək yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarında (və həmin platformalarda yaradılan fərdi rəqəmsal hesablarda) yaş həddinin müəyyən edilməsi ilə bağlı rəqəmsal həllərin tətbiqi üçün texniki imkanları təmin etməli və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməlidirlər. Həmçinin provayderlər bu qanun qüvvəyə mindikdən sonra 16 yaşdan aşağı uşaqlara məxsus mövcud fərdi rəqəmsal hesablara girişin məhdudlaşdırılmasını, şəxsin 16 yaşının tamam olmasını təsdiq edən məlumat təqdim edilmədikdə həmin hesabların və fərdi məlumatlarının silinməsini təmin etməli və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma məlumat verməlidirlər.

Beləliklə, Azərbaycanda uşaqların sosial şəbəkələrdən istifadəsi daha geniş hüquqi çərçivədə tənzimlənəcək. Məqsəd uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması, onların zərərli məzmunlardan qorunması və valideyn nəzarətinin gücləndirilməsidir. Unutmaq olmaz ki, bu prosesdə cəmiyyətin, məktəblərin və xüsusilə valideynlərin üzərinə də böyük məsuliyyət düşür. Rəqəmsal savadlılığın artırılması və dövlətin yaratdığı bu hüquqi çərçivədən düzgün istifadə edilməsi gələcəyimiz olan uşaqları virtual dünyanın təhlükələrindən qorumağın ən etibarlı yoludur.


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çinin hərbi attaşesi: Azərbaycan ilə hərbi əməkdaşlıq ikitərəfli münasibətlərin mühüm hissəsidir

20:33
28 İyul

Çin səfiri: Çin ordusu Azərbaycan Silahlı Qüvvələri ilə əməkdaşlığı daha da dərinləşdirməyə hazırdır

20:26
28 İyul

Fransanın Jirond departamentində yanğınlar davam edir, ərazidəki bəzi müəssisələr bağlanır

20:16
28 İyul

Qədim Qəbələnin yerləşdiyi ərazidə saray tipli ictimai binanın qalıqları aşkarlanıb

20:09
28 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində çıxışlar başa çatıb

20:02
28 İyul

Azərbaycan-Serbiya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb

19:54
28 İyul

Ağ evdə Trampla Zelenski arasında görüş keçirilir

19:47
28 İyul

Sənətşünas: “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyası ölkənin beynəlxalq imicini daha da gücləndirəcək

19:40
28 İyul

Naxçıvanda iyul ayı üzrə bütün növ sosial müavinətlərin ödənilməsi başa çatıb

19:33
28 İyul

Azərbaycan Milli QHT Forumu BMT-nin Ətraf Mühit Proqramında rəsmi müşahidəçi statusu qazanıb

19:26
28 İyul

İnformasiya Texnologiyaları İnstitutunda proqram mühəndisliyi istiqamətində elmi tədqiqatlar aparılır

19:19
28 İyul

Azərbaycan-Almaniya münasibətlərində strateji gündəliyin əhəmiyyəti vurğulanıb

19:12
28 İyul

Milli Məclisin sədri Efiopiyada rəsmi səfərdədir

19:05
28 İyul

I və IV ixtisas qrupları üzrə imtahanlarda ən yüksək nəticə göstərən abituriyentlər məlum olub

18:58
28 İyul

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

18:51
28 İyul

İyulun 12-də keçirilən qəbul imtahanının nəticələri elan edilib

18:44
28 İyul

Orta Dəhliz Avrasiya məkanında yeni iqtisadi əməkdaşlıq modelini formalaşdıran strateji platformadır

18:37
28 İyul

Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb

18:30
28 İyul

Tramp: İranla razılaşmasaq, Pikaks dağını da məhv edəcəyik

18:23
28 İyul

Rəqəmsallaşma Orta Dəhlizlə yükdaşımaların həcmini daha da artıracaq

18:16
28 İyul

“Sabah” fransalı futbolçunu tanınmış kluba satıb

18:09
28 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!