29 Mart 2023 15:09
1551
Səhiyyə
A- A+

Uşaqlarda boy artımı

 

Uşaqların sağlam inkişafı dedikdə ilk ağla gələn həm də onların boy məsələsidir. Müasir dövrdə körpələrin çoxunun boyunun çəkisinə uyğun olmaması xüsusilə valideynlərin narahatlığına səbəb olur. Onların əksəriyyəti övladlarının ləng inkişafına mane törədən məsələləri müəyyənləşdirə bilmirlər. Həkim-pediatrlar həmin problemi ilk növbədə genetik faktorlar, düzgün qidalanmamaq, normal yuxu rejiminin olmaması və digər məsələlərlə əlaqələndirirlər.

Həkim-pediatr Günay Rəsulova deyib: “Boy hormonu uşaqlarda bəlli saatlarda sintez olunur. Gec yatan, vaxtında yatmayan uşaqlarda yuxu hormonu sintezi zəifləyir və azalır. Beləliklə uşaqlar zəif boy artırlar. Bundan başqa stres faktoru uşaqların boy artmasına təsir göstərir, yəni xroniki stressdə, gərginlikdə olan uşaqlarda boy artımı ləngiyir. Ona görə uşaqları stresdən maksimum uzaq saxlamaq lazımdır”.

Həkimlərin dediyinə görə, hətta bəzi dərman preparatları da uşaqların boy artımına əngəl olur, onların sinir sisteminə mənfi təsir göstərir. Boy inkişafı ən çox cinsi yetişkənlik dövründə başlayır. Həmin yaş dövründə hansısa problemlə üzləşmə zamanı mütləq müayinədən keçmək lazımdır. Həmçinin qida amili də körpələrdə boy artımına kömək edən mühüm faktorlardan biridir.

Böyümə prosesinə müsbət təsir edən əsas qidalara lobya, toyuq əti, badam, tərəvəzlər, şirin kartof, yumurta, giləmeyvələr və süd məhsulları daxildir. Bütün bunlar nə qədər erkən tətbiq esilsə, uşaqda bir o qədər sağlam inkişaf gedər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video