10 İyul 2026 12:05
114
CƏMİYYƏT
A- A+
Uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit yaradılır

Uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit yaradılır


Sosial şəbəkələrin uşaqlara təsiri ailələrlə birlikdə dövlətlərin də diqqət mərkəzində saxladığı məsələlərdən biridir. Müzakirə olunan əsas məsələ uşaqların sosial şəbəkələrdən istifadə edib-etməməsi deyil, onların bu mühitdə necə qorunmasıdır. Ona görə də son illər dünyanın bir çox ölkəsində sosial şəbəkələrə qeydiyyat zamanı yaşın yoxlanılması və müəyyən məhdudiyyətlərin tətbiqi ilə bağlı hüquqi mexanizmlər formalaşdırılır. Milli Məclisdə üçüncü oxunuşda qəbul edilən dəyişikliklər də məhz bu məqsədə xidmət edir. Dəyişikliklərin əsas mahiyyəti uşaqların zərərli rəqəmsal təsirlərdən qorunması və qeydiyyat zamanı yaşın yoxlanılması mexanizminin tətbiqidir. Qanuna əsasən, 16 yaşına qədər uşaqlar müəyyən ediləcək platformalarda hesab yarada bilməyəcək, 16-18 yaşarası yeniyetmələr isə valideynlərin razılığı ilə sosial şəbəkələrdən istifadə edə biləcəklər. Bu yanaşma həm uşaqların maraqlarını qoruyur, həm də valideynlərin məsuliyyətini gücləndirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun vitse-prezidenti Oğuz Mirzəyev səsləndirib.

O, bu prosesin hüquqi baxımdan yeni yanaşma olmadığını bildirərək əlavə edib: “Bu gün də uşaqların sağlamlığını və təhlükəsizliyini qorumaq məqsədilə alkoqollu içkilərin, tütün məmulatlarının və digər zərərli məhsulların satışına, eləcə də müəyyən məzmunlara çıxışa yaş məhdudiyyətləri tətbiq olunur. Rəqəmsal mühitdə yaşın yoxlanılması da eyni məqsədə xidmət edir. Bu sahədə hüquqi baza artıq mövcuddur. 2018-ci ildə qəbul edilmiş "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanun uşaqların zərərli məzmundan qorunmasının əsaslarını müəyyən edib. Hazırkı dəyişikliklər həmin siyasətin sosial şəbəkələr sahəsində davamıdır. Qanunun 12 ay sonra qüvvəyə minməsi keçid dövründə platformaların müəyyənləşdirilməsi, texniki həllərin hazırlanması və maarifləndirmə tədbirlərinin həyata keçirilməsinə imkan yaradacaq. Beynəlxalq təcrübə də göstərir ki, uşaqların rəqəmsal təhlükəsizliyi qlobal gündəliyin əsas mövzularından biridir. Avstraliya, Fransa, Norveç, Almaniya, Türkiyə, Böyük Britaniya və bir sıra digər ölkələr bu istiqamətdə müxtəlif hüquqi mexanizmlər tətbiq edir və ya hazırlayır. Qazaxıstan və Özbəkistanda da analoji təşəbbüslər müzakirə olunur. Dünyanın müxtəlif ölkələrində bu məsələ ilə bağlı oxşar yanaşmaların formalaşması təsadüfi deyil. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media platformalarının uşaqların psixologiyasına mənfi təsirləri ilə bağlı narahatlığını ifadə edib. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen isə bildirib ki, əsas məsələ gənclərin sosial mediaya çıxışı deyil, sosial medianın gənclərə təsiridir. Bütövlükdə, qəbul edilən dəyişikliklər sosial şəbəkələrin qadağa olunmasına xidmət etmir, bu addımlar uşaqların rəqəmsal təhlükəsizliyini gücləndirməyə yönəlmiş preventiv tədbirdir. Məqsəd uşaqları rəqəmsal mühitdən uzaqlaşdırmaq yox, onları bu mühitdə daha təhlükəsiz və məsuliyyətli şəkildə fəaliyyətə hazırlamaqdır”, - deyə O. Mirzəyev deyib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bir sıra qanunlarda dəyişikliklər təklif edilir

13:25
10 İyul

Qarabağ Universitetinin yeni proqramları Britaniya universitetləri ilə birgə hazırlanıb

13:23
10 İyul

Yusif Vəliyev: Gənclər Fondu olaraq fəaliyyətimizi genişləndirməkdə israrlıyıq

13:20
10 İyul

Özbəkistan ərazisində film çəkən xarici şirkətlərə təzminat ödəniləcək

13:17
10 İyul

İşğaldan azad edilən ərazilərdə ilk qadın kooperativi Ağalıda yaradılır

13:15
10 İyul

“Abşeron” yatağından indiyədək çıxarılan təbii qaz və kondensatın həcmi açıqlanıb

13:13
10 İyul

Ukraynalı uşaqlara sosial-psixoloji reabilitasiya xidmətləri göstərilir 

13:10
10 İyul

Kamilo Duran: “Seltik”in təklifini dərhal qəbul etdim

13:07
10 İyul

Aleksandr Sırski: Rusiyanın genişmiqyaslı hücumu uğursuzluqla nəticələnib

13:05
10 İyul

Özəl klinikalarda yoxlama necə aparılır?

13:03
10 İyul

DSMF-nin birinci yarımil üzrə gəlir və xərcləri açıqlanıb

13:00
10 İyul

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib

12:57
10 İyul

BMU-da yeni ixtisaslaşma: “Mühəndislikdə idarəetmə”

12:55
10 İyul

Azərbaycan ilə Rusiya arasında baytarlıq və fitosanitar nəzarəti sahəsində əməkdaşlıq genişləndirilir

12:53
10 İyul

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Maliyyə Kəşfiyyatı Orqanlarının Əməkdaşlıq Platforması yaradılıb

12:50
10 İyul

Prezident İlham Əliyev müasir liderlik modelini nümayiş etdirən dövlət xadimidir

12:47
10 İyul

“Qarabağ”ın yeni transferi: Baş məşqçinin tapşırıqlarını yerinə yetirdik və qələbə qazandıq

12:45
10 İyul

Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Maliyyə Kəşfiyyatı Orqanlarının beynəlxalq forumu işə başlayıb 

12:43
10 İyul

Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə rəsmi qəbul təşkil edilib

12:40
10 İyul

“ASAN xidmət”də 100 milyonuncu müraciət qeydə alınıb

12:37
10 İyul

Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair yeni şərtlər müəyyən olunub

12:35
10 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!