10 İyul 2026 12:03
130
CƏMİYYƏT
A- A+
Bakıda “Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər” mövzusunda mühüm müzakirə keçiriləcək

Bakıda “Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər” mövzusunda mühüm müzakirə keçiriləcək


İyulun 11-də Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə paytaxtımızda “Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu konfrans müstəmləkə ərazilərini təmsil edən media nümayəndələrinin iştirakı ilə Azərbaycanda keçirilən ilk belə platformadır. Tədbir həmin ərazilərdən olan jurnalistlərlə yerli media nümayəndələri arasında interaktiv formada təşkil ediləcək.

Konfransda keçmiş və indiki müstəmləkə ərazilərini təmsil edən media qurumlarının rəhbərləri və media nümayəndələri, jurnalistlər, siyasi şərhçilər, diaspor təşkilatlarının nümayəndələri, media və kommunikasiyalar üzrə ekspertlər, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, tədqiqatçılar, diplomatlar və dövlət qurumlarının nümayəndələri və yerli media təmsilçiləri iştirak edəcəklər.

Konfransda neokolonial istismara məruz qalan və müstəmləkə əsarəti altında yaşayan xalqların və etnik azlıqların səsinin beynəlxalq informasiya məkanında gücləndirilməsində medianın rolu və qarşıda duran çağırışlar müzakirə olunacaq. Tədbirdə uzun illər kölgədə saxlanılmış müstəmləkə həqiqətlərinin – ərazilərin iqtisadi istismarı, təbii sərvətlərin talanı, mədəni kimliyin silinməsi, sistemli ayrı-seçkilik, yerli xalqlara qarşı repressiyalar, habelə Kanaki (Yeni Kaledoniya) və Boneyra nümunəsində yerli əhalinin demoqrafik tərkibinin məqsədli şəkildə gəlmə əhali hesabına dəyişdirilməsi siyasətinin beynəlxalq mediada işıqlandırılması məsələlərinə xüsusi diqqət yetiriləcək.

Konfrans çərçivəsində müstəmləkə ərazilərində yaradılan süni informasiya blokadasının aradan qaldırılması, dezinformasiya və saxta məlumatlarla mübarizədə qabaqcıl süni intellekt alətlərinin tətbiqi, jurnalistlər və media qurumları arasında beynəlxalq koordinasiya şəbəkəsinin yaradılması, beynəlxalq media təşkilatları və yerli jurnalistlər arasında əməkdaşlığın gücləndirilməsi ətrafında fikir mübadiləsi aparılacaq.

Müzakirələrdə medianın dekolonizasiya proseslərində yalnız informasiya ötürən vasitə deyil, həm də müstəmləkə siyasəti yürüdənlərə beynəlxalq təzyiq mexanizmi kimi rolu xüsusi vurğulanacaq. Bu kontekstdə müstəmləkə cinayətlərinin sənədləşdirilməsi, kolonial narrativlərin ifşası, müstəmləkə dövlətlərinin rəsmi informasiya siyasətinin faktlara əsaslanan araşdırmalarla yoxlanılması, yerli xalqların mövqeyinin beynəlxalq auditoriyaya çatdırılması, insan hüquqları pozuntularının monitorinqi, ekoloji ədalət məsələlərinin, o cümlədən Qvadelup və Martinikdə xlordekon pestisidinin yaratdığı fəsadların qlobal gündəmdə daim saxlanılması, reparasiya tələblərinin təşviqi, habelə Kanak, Maohi, Qvadelup, Martinik, Boneyra, Sint Martin və digər müstəmləkə ərazilərində fəaliyyət göstərən jurnalistlər, hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti institutları arasında beynəlxalq həmrəylik və əməkdaşlıq şəbəkələrinin formalaşdırılması istiqamətində praktiki təşəbbüslər müzakirə ediləcək.

Qeyd edək ki, Kanakıda (Yeni Kaledoniya) nikel ehtiyatlarının istismarı, Kanak xalqının hüquqları və 2024-cü ilin may hadisələri zamanı baş vermiş mülki itkilərlə bağlı araşdırmalar aparan jurnalistlər Fransa tərəfindən informasiya məhdudiyyətləri və müxtəlif təzyiq formaları ilə üzləşiblər. Beynəlxalq media təşkilatları həmin dövrdə jurnalistlərə qarşı təhdid, fiziki hücum və peşə fəaliyyətinə maneə törədilməsi hallarını sənədləşdiriblər. Fövqəladə vəziyyət rejiminin tətbiqi və sərt təhlükəsizlik tədbirləri isə hadisələrin müstəqil və obyektiv işıqlandırılması imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb.

Qvadelupada (Fransa Karib hövzəsi) xlordekon pestisidinin uzunmüddətli istifadəsi nəticəsində yaranmış ekoloji fəsadlar, torpaq və su çirklənməsi, eləcə də əhalinin sağlamlığına təsirləri araşdıran tədqiqatçı jurnalistlər Fransanın məsuliyyəti məsələsini gündəmə gətirdiklərinə görə müxtəlif təzyiqlərlə üzləşiblər. 1970–1990-cı illərdə geniş tətbiq edilən bu zəhərli maddənin yaratdığı ekoloji və ictimai sağlamlıq problemləri bu gün də davam edir. BMT ekspertləri ekoloji problemləri və onların nəticələrini işıqlandıran media nümayəndələrinə qarşı təzyiq və senzura iddiaları ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Həmçinin Belçikanın indiki Konqo Demokratik Respublikasının ərazisində, eləcə də Ruanda və Burundidə törətdiyi məcburi əmək, kütləvi zorakılıq və əllərin amputasiyası kimi insanlıq əleyhinə cinayətləri tarixçilərlə əməkdaşlıq şəraitində araşdıran jurnalistlər tarixi məsuliyyət və reparasiya məsələlərini beynəlxalq gündəmə çıxardıqlarına görə uzun illər müxtəlif təzyiq və maneələrlə üzləşiblər. Həmin araşdırmalar Belçikanın müstəmləkə irsi ilə bağlı beynəlxalq elmi və siyasi müzakirələrin genişlənməsinə, həmçinin beynəlxalq təşkilatlar səviyyəsində tarixi ədalət və reparasiya məsələlərinin daha fəal şəkildə gündəmə gətirilməsinə mühüm töhfə verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycandakı sabitlik və inkişaf Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir

13:30
10 İyul

Bu il qlobal neft tələbatı sutkada 103 milyon barelə enəcək

13:28
10 İyul

Bir sıra qanunlarda dəyişikliklər təklif edilir

13:25
10 İyul

Qarabağ Universitetinin yeni proqramları Britaniya universitetləri ilə birgə hazırlanıb

13:23
10 İyul

Yusif Vəliyev: Gənclər Fondu olaraq fəaliyyətimizi genişləndirməkdə israrlıyıq

13:20
10 İyul

Özbəkistan ərazisində film çəkən xarici şirkətlərə təzminat ödəniləcək

13:17
10 İyul

İşğaldan azad edilən ərazilərdə ilk qadın kooperativi Ağalıda yaradılır

13:15
10 İyul

“Abşeron” yatağından indiyədək çıxarılan təbii qaz və kondensatın həcmi açıqlanıb

13:13
10 İyul

Ukraynalı uşaqlara sosial-psixoloji reabilitasiya xidmətləri göstərilir 

13:10
10 İyul

Kamilo Duran: “Seltik”in təklifini dərhal qəbul etdim

13:07
10 İyul

Aleksandr Sırski: Rusiyanın genişmiqyaslı hücumu uğursuzluqla nəticələnib

13:05
10 İyul

Özəl klinikalarda yoxlama necə aparılır?

13:03
10 İyul

DSMF-nin birinci yarımil üzrə gəlir və xərcləri açıqlanıb

13:00
10 İyul

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib

12:57
10 İyul

BMU-da yeni ixtisaslaşma: “Mühəndislikdə idarəetmə”

12:55
10 İyul

Azərbaycan ilə Rusiya arasında baytarlıq və fitosanitar nəzarəti sahəsində əməkdaşlıq genişləndirilir

12:53
10 İyul

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Maliyyə Kəşfiyyatı Orqanlarının Əməkdaşlıq Platforması yaradılıb

12:50
10 İyul

Prezident İlham Əliyev müasir liderlik modelini nümayiş etdirən dövlət xadimidir

12:47
10 İyul

“Qarabağ”ın yeni transferi: Baş məşqçinin tapşırıqlarını yerinə yetirdik və qələbə qazandıq

12:45
10 İyul

Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Maliyyə Kəşfiyyatı Orqanlarının beynəlxalq forumu işə başlayıb 

12:43
10 İyul

Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə rəsmi qəbul təşkil edilib

12:40
10 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!