12 Avqust 2026 20:10
273
CƏMİYYƏT
A- A+
Uşaq Səfirlər Məclisinin məzunlarına təşəkkürnamələr, yeni üzvlərə kartlar təqdim olunub  

Uşaq Səfirlər Məclisinin məzunlarına təşəkkürnamələr, yeni üzvlərə kartlar təqdim olunub  


Avqustun 12-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Uşaq Səfirlər Məclisinin məzunları və yeni seçilmiş üzvləri ilə görüşüb.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Məclisin fəaliyyəti, əldə olunan nəticələr, uşaqların hüquqlarının müdafiəsi və ictimai həyatda fəal iştirakının təmin edilməsi istiqamətində görülən işlər müzakirə olunub.

Aynur Sofiyeva Uşaq Səfirlər Məclisinin uşaqların şəxsi inkişafı, liderlik keyfiyyətlərinin formalaşması və yeni təcrübə qazanması baxımından Dövlət Komitəsinin uğurlu layihələrindən biri olduğunu vurğulayıb.

O, Məclisin hər bir üzvünün Azərbaycan gəncinin layiqli nümunəsi olduğunu qeyd edərək, məzunların qazandıqları bilik və təcrübənin gələcək həyatlarında mühüm rol oynayacağını bildirib.

Məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayan A.Sofiyeva onlara öz potensiallarını reallaşdırmaq üçün yaradılan imkanlardan səmərəli istifadəni tövsiyə edib.

Sonra məzunlara təşəkkürnamələr təqdim edilib.

Qeyd edək ki, Uşaq Səfirlər Məclisinin məzunlarının hər biri dünyanın nüfuzlu universitetlərində təhsil almaq hüququ qazanıb. Onlardan üçü “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın iştirakçısı olub.

Görüşdə Məclisin yeni üzvləri seçilmiş səfirlərlə fikir mübadiləsi aparılıb. A.Sofiyeva yeni səfirlərə fəal iştirak və uşaqların hüquqlarının müdafiəsi istiqamətində təşəbbüslərlə çıxış etməyi tövsiyə edib.

Göstərilən etimada görə təşəkkürlərini bildirən səfirlər Azərbaycan uşaqlarının hüquq və mənafelərinin müdafiəsində fəal iştirak edəcəklərini bildiriblər.

Yekunda yeni səfirlərə üzvlük kartları təqdim edilib, xatirə fotosu çəkilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Azərkosmos” şəhər təsərrüfatının idarə edilməsində “WebGIS” platformasını tətbiq edir  

20:30
12 Avqust

Bu ilin ikinci Günəş tutulması başlayıb  

20:25
12 Avqust

Parlamentlərdə gənclərin təmsilçiliyi diqqət mərkəzindədir  

20:20
12 Avqust

Prezident İlham Əliyevin Naxçıvana səfəri Gürcüstan mətbuatının diqqət mərkəzində olub  

20:15
12 Avqust

Uşaq Səfirlər Məclisinin məzunlarına təşəkkürnamələr, yeni üzvlərə kartlar təqdim olunub  

20:10
12 Avqust

Naxçıvanın yeni inkişaf salnaməsi yazılır ŞƏRH  

20:05
12 Avqust

Xocavənddə buldozer minaya düşüb, 2 nəfər xəsarət alıb  

20:02
12 Avqust

Mütəxəssis: Xəzər dənizinin səviyyəsinin enməsi 2040-2050-ci illərə qədər davam edəcək  

19:05
12 Avqust

Naxçıvan regional və beynəlxalq nəqliyyat sisteminin mühüm qovşaqlarından birinə çevrilir ŞƏRH  

19:00
12 Avqust

Azərbaycan Batumidə keçirilən musiqi festivalında təmsil olunub  

18:55
12 Avqust

Pakistanlı ekspert: Azərbaycanın coğrafi mövqeyi iqtisadi və strateji təsir imkanlarına çevrilə bilər  

18:50
12 Avqust

Politoloq: Naxçıvanın qarşısında böyük inkişaf imkanları açılır  

18:46
12 Avqust

Kapital bazarının inkişafı üzrə görülmüş işlər nəzərdən keçirilib

18:25
12 Avqust

Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb

18:20
12 Avqust

“Dinamo”nun baş məşqçisi: “Qarabağ”la oyun gərgin və maraqlı alınacaq

18:15
12 Avqust

Heydər Əliyev Beynəlxalq Aeroportu karbon idarəçiliyində növbəti mərhələnin prioritetlərini müəyyənləşdirir

18:10
12 Avqust

Naxçıvanda iqtisadi potensialın və regional imkanların reallaşdırılması əsas hədəfdir

18:05
12 Avqust

Bu il neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 33 faizi ötüb

18:00
12 Avqust

Türkiyənin Yalova vilayətində təlim təyyarəsi qəzaya uğrayıb

17:55
12 Avqust

V ixtisas qrupu üzrə abituriyentlər üçün kitabça təqdim edilib

17:50
12 Avqust

Azərbaycan güləş yığmalarının U-20 dünya çempionatı üçün heyəti bəlli olub

17:45
12 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!